Bazar günü, 2024-04-28, 12:14 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Şübhə doğuran suallar » Şübhə doğuran suallar

Şübhə doğuran suallar
2012-10-17, 9:20 PM
"ZƏHZAH” HƏDİSİNİN ARAŞDIRILMASI

Bəzi yazıçılar, o cümlədən Buxari və Müslim Süfyan ibni Səid Suri, Əbdülməlik ibni Ümeyr, Əbdül Əziz ibni Məhəmməd Dəravərdi, Leys ibni Səid kimi ravilərə istinad edərək Peyğəmbərdən aşağıdakı hədisi nəql etmişlər:
a)
وَجَدْتُهُ فِي غَمَرَاتٍ مِنَ النَّارِ فَاَخْرَجْتُهُ اِلَي ضَحْضَاحٍ
"(Onu Əbu Talibi) odla dolu bir yerdə tapdım, sonra onu "Zəhzah”a apardım.” ("Səhihi Buxari”, 5-ci cild, mənaqib babları, qissətu Əbu Talib babı, səh.52, Misir çapı və 8-ci cild, kitabul-ədəb künyətul-müşrik babı, səh.46)
b)
لَعَلَّهُ تَنْفَعُهُ شَفَاعَتِي يَوْمَ الْقِيَامَةِ فَيُجْعَلُ فِي ضَحْضَاحٍ مِنَ النَّارِ يَبْلُغُ كَعْبَيْهِ يَغْلِي مِنْهُ دِمَاغُهُ
"Bəlkə də qiyamət günündə mənim şəfaətim ona – Əbu Talibə fayda çatdıra, sonra cəhənnəm odunun "Zəhzah”ında qərar tutar ki, dərinliyi onun ayaqlarının çıxıntısına qədər çatar, belə ki, onun beyni qaynayar.” ("Mizanul etidal” (Zəhəbi), 2-ci cild, səh.169, Beyrut çapı, 1382)
Əbu Talibin aydın imanını göstərən çoxlu dəlillər və rəvayətlər namərdcəsinə olan bu böyük töhmət və iftiranın (Zəhzah hədisinin) əsassız olduğunu isbat edir, lakin məsələyə daha aydınlıq gətirmək üçün "Zəhzah” hədisini iki yöndən araşdırırıq:
1-Onun sənədlərinin əsassız olmasıæ
2-Onun mətninin Allahın kitabı və Peyğəmbər sünnəsi ilə müxalif olması.
ZƏHZAH HƏDİSİNİN SƏNƏDLƏRİ ƏSASSIZDIR
Qeyd olunduğu kimi "Zəhzah” hədisinin raviləri aşağıda-kılardır:
Süfyan ibni Səid Suri, Əbdülməlik ibni Ümeyr, Əbdül Əziz ibni Məhəmməd Dəravərdi və Leys ibni Səd. İndi sünnülərin rical alimlərinin (onlar mühəddislərin hansı vəziyyətdə olmalarını araşdırırlar) bu barədə olan sözlərinə istinad edərək adları qeyd olunan ravilərin vəziyyətini araşdırırıq:
a) Süfyan ibni Səid Suri
Əbu Əbdillah Məhəmməd ibni Əhməd ibni Osman Zəhəbi (sünnülərin böyük şəxsiyyətli rical alimidir) onun barəsində belə deyir:
كَانَ يُدَلِّسُ عَنِ الضُّعَفَاءِ
"Süfyan ibni Suri zəif ravilərdən saxta (qondarma) hədisləri hekayət edirdi.” ("Mizanul-etidal”, 2-ci cild, səh.660, Beyrut çapı)
Bu söz göstərir ki, Süyfan Suri hədisləri təhrif edir, zəiflərdən, yaxud vəziyyətləri aşkar olmayan ravilərdən hədis nəql edirdi. Deməli, onun hədisləri etibar dərəcəsindən düşür.
b) Əbdülməlik ibni Ümeyr
Zəhəbi onun barəsində yazır:
طَالَ عُمْرُهُ وَ سَاءَ حِفْظُهُ قَالَ اَبُو حَاتَمٍ لَيْسَ بِحَافِظٍ تَغَيَّرَ حِفْظُهُ وَ قَالَ اَحْمَدُ ضَعِيفٌ يُخَلِّطُ وَ قَالَ اِبْنُ مُعِينٍ مُخَلِّطٌ وَ قَالَ ابْنُ خَرَاشٍ كَانَ شعْبَةً لَا يَرْضَاهُ وَ ذَكَرَ الْكُوسَجُ عَنْ اَحْمَدَ اَنَّهُ ضَعَّفَهُ جِدًّا
"Onun ömrü uzun oldu, hafizəsində xələl yarandı.” Əbu Hatəm deyir: "Onun hədisi qoruyub saxlamaq qüdrəti yox idi, hafizə qüvvəsi də dəyişilmişdi.” Əhməd ibni Hənbəl də deyir: "Əbdülməlik ibni Ümeyr zəif və səhvlə doludur (yəni əsassız və saxta rəvayətləri nəql edirdi).” İbni Muin deyir: "O, düzgün olmayan hədisləri düzgün hədislərlə qarışdırmışdır.” İbni Xəraş deyir: "Şöbə də ondan razı deyildi”. Kushəc, Əhməd ibni Hənbəldən hekayət edir ki, o, Əbdülməlik ibni Ümeyrin şiddətlə zəif olduğunu demişdir. (Yenə orada, səh.634)
Bu sözlərin məcmusundan aydın olur ki, Əbdülməlik ibni Ümeyr aşağıdakı sifətlərə malik olmuşdur:
1-Hafizəsiz və unutqandıræ
2-Zəifdir (rical elmi istilahında), yəni onun rəvayətlərinə etimad olunmazæ
3-Səhvləri çoxduræ
4-Düzgün hədisləri düzgün olmayan hədislərlə qarışdırırmış.
Aydındır ki, bu sifətlərdən hər biri təklikdə Əbdülməlik ibni Ümeyrin hədislərinin əsassız olduğunu göstərir, halbuki onda bu sifətlərin hamısı mövcuddur.
v) Əbdül Əziz ibni Məhəmməd Dəravərdi
Sünnülərin rical alimləri onu unutqan və hafizəsiz hesab etmiş və demişlər ki, onun rəvayətlərinə əsaslanmaq olmaz. Əhməd ibni Hənbəl onun barəsində deyir:
اِذَا حَدَّثَ مِنْ حِفْظِهِ جَاءَ بِبَوَاطِيلَ
"Hər vaxt hifzdən (əzbərdən) rəvayət desəydi əsassız və dəxli olmayan mətləblər deyirdi.” (Yenə orada, səh.634)
Əbu Hatəm də onun barəsində "onun sözlərinə əsaslanmaq olmaz” deyirdi.
Əbu Zəraə onu "səyyiul-hifz”, yəni hafizəsi pis olan şəxs kimi təqdim etmişdir. ("Mizanul-etidal”, 3-cü cild, Beyrut çapı, səh.420-421)
q) Leys ibni Səd
Rical elmində yazılan sünnü kitablarına müraciət etməklə aydın olur ki, adları Leys olan ravilərin hamısı tanınmaz və məchul, yaxud zəif adamlar olmuşlar ki, onların hədislərinə etimad etmək, onu dəlil gətirmək olmaz. (Yenə orada, səh.423)
Leys ibni Səd də rəvayətlərdə zəif və laqeyd bir adam olmuşdur. Belə ki, o, hədis eşitmək və rəvayəti nəql etdiyi şəxslər barəsində səhlənkarlıq edirmiş. Yəhya ibni Muin onun barəsində deyir:
اِنَّهُ كَانَ يَتَسَاهَلُ فِي الشُّيُوخِ وَ السِّمَاعِ
"Leys ibni Səd rəvayəti nəql edən adamlar barəsində, eləcə də hədis eşitməkdə səhlənkarlığa yol verirdi.” ("Şeyxul-Əbtəh”, səh.75æ "Mizanul-etidal”, 3-cü cild, səh.423)
Nəbati onu zəiflər cərgəsində bilmiş, onun adını özünün yalnız zəif raviləri təqdim edən "Ət-təzlilu ələl-kamil” kitabında bəyan etmişdir. ("Fatir” surəsi, ayə:36)
Deməli, "Zəhzah” hədisinin raviləri son dərəcə zəif olmuşdur və onların hədisinə etimad etmək olmaz.
"ZƏHZAH” HƏDİSİNİN MƏZMUNU ALLAHIN KİTABI VƏ PEYĞƏMBƏR SÜNNƏSİ İLƏ UYĞUN GƏLMİR
Qeyd olunan hədisdə Peyğəmbəri Əkrəm (s.ə.v.v)-ə belə bir nisbət verilir ki, guya o həzrət Əbu Talibi cəhənnəm atəşinin içindən, atəşin nisbətən az olduğu yerə aparmış və beləliklə də onun əzabının yüngülləşməsinə səbəb olmuş, yaxud qiyamət günündə ona şəfaət etməsini arzu etmişdir, halbuki Quran ayələri və Peyğəmbər sünnəsinə əsasən peyğəmbərlərin şəfaəti və əzabın yüngülləşdirilməsi yalnız möminlər və müsəlmanlara aiddir. Deməli əgər Əbu Talib kafir olsaydı Peyğəmbər heç vaxt onun əzabını yüngülləşdirə, yaxud ona şəfaət edə bilməzdi.
Deməli hətta Əbu Talibi kafir hesab edənlərin öz sözlərinə əsasən belə, "Zəhzah” hədisinin möhtəvasinin əsassız olduğunu sübuta yetir.
İndi isə bu məsələni Allahın kitabı və Peyğəmbər sünnəsi əsasında aydınlaşdırırıq:
a) Qurani-Kərim buyurur:
وَالَّذِينَ كَفَرُوا لَهُمْ نَارُ جَهَنَّمَ لَا يُقْضَي عَلَيْهِمْ فَيَمُوتُوا وَلَا يُخَفَّفُ عَنْهُمْ مِنْ عَذَابِهَا كَذَلِكَ نَجْزِي كُلَّ كَفُورٍ
"Cəhənnəm atəşi kafirlər üçündüræ nə onlar üçün ölüm gəlib çatar ki, ölsünlər, nə də onların əzabı yüngülləşdirilər. Biz kafirlərə belə cəza verərik!” ("Təfsiri Fəxr Razi”, 1-ci cild, səh.436-437, Misir çapı, 1308)
b) Peyğəmbər (s.ə.v.v)-in sünnəsi də kafirlər üçün şəfaəti inkar edir. Əbuzər Qifari Peyğəmbər (s.ə.v.v)-dən belə nəql edir:
اُعْطِيْتُ الشَّفَاعَةَ وَ هِيَ نَائِلَةٌ مِنْ اُمَّتِي مَنْ لَا يُشْرِكُ بِاللّهِ شَيْئًا
"Mənim şəfaətim ümmətimdən müşrik olmayanlara çatar.”
Deməli "Zəhzah” hədisinin mətni də Əbu Talibi kafir hesab edənlərin sözünə əsasən əsassızdır, Allahın kitabı və Peyğəmbər (s.ə.v.v) sünnəsi ilə müxalifdir.
NƏTİCƏ
Qeyd olunanlardan məlum olur ki, "Zəhzah” hədisi həm sənəd, həm də məzmun və mətn baxımından etibarsızdır və ona istinad etmək olmaz. Beləliklə Əbu Talibin qüvvəli imanını sarsıtmaq üçün sığınacaq kimi istifadə edilən saxta hədis batil olur və Qüreyş mömini, Peyğəmbəri Əkrəmin ən yaxın silahdaşının parlaq çehrəsi daha nurani bir simada cilvələnir.

  Müəllif: Seyyid Rza Hüseyninəsəb  
Category: Şübhə doğuran suallar | Added by: Ənfal
Views: 332 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]