Şənbə günü, 2024-04-27, 7:08 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Şübhə doğuran suallar » Şübhə doğuran suallar

Şübhə doğuran suallar
2012-10-17, 9:13 PM
PEYĞƏMBƏR (S.Ə.V.V)-İN ƏHLİ-BEYTİ KİMLƏRDİR?

Qeyd olunan rəvayətlərdən aydın olur ki, Peyğəmbəri Əkrəm (s.ə.v.v) bütün müsəlmanları öz Əhli-beytinə tabe olmağa çağırmış, özündən sonra onları Quranla yanaşı insanların müraciət yeri kimi təqdim etmiş və tam aşkar şəkildə buyurmuşdur ki, "Quran və itrət heç vaxt bir-birindən ayrılmayacaq.”
Deməli, Əhli-beytin kimlər olduğunu araşdırmalıyıqæ belə ki, onlar Peyğəmbər (s.ə.v.v) tərəfindən Quranla yanaşı təqdim edildiyi üçün ismət məqamına malik olmalı və islam maarifinin zülal çeşməsindən bəhrələnməlidirləræ əks halda Allahın kitabından ayrılmış olacaqlar. Halbuki Peyğəmbər (s.ə.v.v) buyurmuşdur: "Quran və itrət Kovsər hovzunda mənə gəlib çatana qədər bir-birində ayrılmazlar.”
Beləliklə Əhli-beytin özləri və onların bariz səciyyələrinin dəqiq şəkildə tanınmasının zəruri bir məsələ olması aydınlaşır ki, bu da yalnız Peyğəmbər (s.ə.v.v) itrətindən olan şiə imamları ilə uyğun gəlir.
İndi isə islam mühəddislərinin rəvayətlərinə əsaslanan dəlillərimizi bəyan edirik:
1-Müslim ibni Həccac "Səqələyn” hədisini bəyan etdikdən sonra yazır: "Yəzid ibni Həyyan Zeyd ibni Ərqəmdən soruşdu: Peyğəmbər (s.ə.v.v)-in Əhli-beyti kimlərdir? Onlar Peyğəmbər (s.ə.v.v)-in zövcələridirmi? Zeyd ibni Ərqəm cavabında dedi:
لَا وَ ايْمُ اللّهِ اِنَّ الْمَرْاَةَ تَكُونُ مَعَ الرَّجُلِ الْعَصْرَ مِنَ الدَّهْرِ ثُمَّ يُطَلِّقُهَا فَتَرْجِعُ اِلَي اَبِيهَا وَ قَوْمِهَا، اَهْلُ بَيْتِهِ اَصْلُهُ وَ عُصْبَتُهُ الَّذِينَ حُرِمُوا الصَّدَقَةَ بَعْدَهُ
"Xeyr (belə deyil)! Allaha and olsun, qadın bir zaman müddətində kişi ilə yanaşıdıræ kişi o qadına təlaq verə bilər, bu zaman o, atasının, qohum-əqrəbasının yanına qayıdar. Peyğəmbər (s.ə.v.v)-in Əhli-beyti o kəslərdir ki, əsl – yəni dərin qohumluq əlaqələrinə malik və onun ən yaxın adamlarından olsunæ o kəslər ki, Peyğəmbər (s.ə.v.v)-dən sonra sədəqə almaq onlara haramdır.” (Səhihi Müslim”, 7-ci cild, (Misir çapı), səh.123)
Bu rəvayət göstərir ki, Peyğəmbər (s.ə.v.v)-in itrəti (onlara sarılmaq Allahın kitabına sarılmaq kimi vacibdir) dedikdə məqsəd o həzrətin zövcələri deyilæ onun Əhli-beyti cismi (fiziki) baxımdan o həzrətə mənsub edilməkdən əlavə, onunla mənəvi bağlılığa və xüsusi ləyaqətə malik olmalıdırlar ki, dünya müsəlmanlarının müraciət yeri kimi Quranla yanaşı qərar verilə bilsinlər.
2-Peyğəmbəri Əkrəm (s.ə.v.v) təkcə Əhli-beytin vəsfini bəyan etməklə kifayətlənmədi, onların sayının on iki nəfər olduğunu da aşkar şəkildə buyurdu. Müslim Cabir ibni Səmrətdən belə hekayət edir:
سَمِعْتُ رَسُولَ اللّهِ صَلَّي اللّهُ عَلَيْهِ وَ آلِهِ˝ وَ سَلَّمَ يَقُولُ لَا يَزَالُ الآِسْلَامُ عَزِيزًا اِلَي اِثْنَيْ عَشَرَ خَلِيفَةً ثُمَّ قَالَ كَلِمَةً لَمْ اَفْهَمْهَا فَقُلْتُ لِاَبِي مَا قَالَ؟ فَقَالَ كُلُّهُمْ مِنْ قُرَيْشٍ
"Rəsuli Əkrəm (s.ə.v.v)-in belə buyurduğunu eşitdim: "İslam on iki xəlifə ilə əziz olacaqdır.” Sonra bir söz dedi, amma mən onu başa düşmədim, atamdan "nə dedi?” deyə soruşduqda cavab verdi: Hamısı Qureyşdəndir.” ("Səhihi Müslim”, 6-cı cild, səh.3, Misir çapı)
Müslim Peyğəmbər (s.ə.v.v)-dən digər bir hədis nəql edir:
لَا يَزَالُ اَمْرُ النَّاسِ مَاضِيًا مَا وَلِيُّهُمْ اِثْنَا عَشَرَ رَجُلاً
"İslam ümmətinə on iki nəfər hökmranlıq edincəyə qədər onların işləri ləyaqətlə ötüb keçəcəkdir.” (Yenə orada)
Bu iki rəvayət şiələrin dediyi "on iki imam Peyğəmbər (s.ə.v.v)-dən sonra ümmətin həqiqi rəhbərləridir” - deyə sözlərinin düzlüyünə aşkar dəlildir. Çünki Peyğəmbər (s.ə.v.v)-in vəfatından bilavasitə sonra müsəlmanların bütün işlərində müraciət yeri sayılan, islamın əzəmət və şövkətinə səbəb olan on iki xəlifə yalnız Əhli-beyt imamlarından ibarətdir və digər nümunəsi yoxdur. Belə ki, əgər müsəlmanların istilahında "raşidin xəlifələri” adı ilə tanınan dörd xəlifəni çıxsaq, tarixin şəhadət verdiyi kimi Bəni-üməyyə və Bəni-Abbas tayfalarından olan sair hakimlər özlərinin yaramaz əməlləri ilə islamın abır-heysiyyətini aparmış, islam ümmətini və müsəlmanları rüsvayçı vəziyyətə salmışlar. Deməli Peyğəmbər (s.ə.v.v)-in Quranla yanaşı qərar verib dünya müsəlmanlarının müraciət yeri kimi təqdim etdiyi Əhli-beyt dedikdə məqsəd o həzrətin Əhli-beytindən olan on iki imamdan ibarətdiræ onlar Peyğəmbər (s.ə.v.v) sünnəsinin qoruyucuları və onun elminin daşıyıcılarıdır.
3-Əmirəl-möminin Əliyyibni Əbi Talib (ə) da müsəlmanların rəhbərinin Bəni-Haşimdən olmasını demişdir, bu da şiələrin Əhli-beytin tanınmasındakı sözlərinin düzgünlüyünə aşkar şəkildə dəlalət edir. O həzrət buyurur:
اِنَّ الآَئِمَّةَ مِنْ قُرَيْشٍ غُرِسُوا فِي هذَا الْبَطْنِ- مِنْ بَنِي هَاشِمٍ لَا تَصْلَحُ عَلَي مَنْ سِوَاهُمْ وَ لَا تَصْلَحُ الْوُلَاةُ مِنْ غَيْرِهِمْ
"İmamlar Qüreyşdən, Bəni-Haşim tayfasından qərar verilmişdir. Onlardan başqalarının insanlara vilayətə (rəhbərliyə) ləyaqəti yoxdur, digər hakimlərin rəhbərlikləri əsassızdır.” ("Nəhcül-bəlağə” (Sübhi Saleh), xütbə-144)
NƏTİCƏ:
Rəvayətlərin məcmusundan iki həqiqət aşkar olur:
1-Peyğəmbər (s.ə.v.v) Əhli-beytinə sarılıb onlara tabe olmaq Allahın kitabına itaət etməklə yanaşı, vacibdir.
2-Quranın bərabəri və bütün müsəlmanların hər bir sahədəki mərcəyi (müraciət yeri) kimi təqdim olunan Əhli-beyt aşağıdakı xüsusiyyətlərə malikdir:
a) Onların hamısı Qüreyşdən, Bəni-Haşim tayfasındandır.
b) Onların hamısı Peyğəmbər (s.ə.v.v)-lə elə yaxınlığa malikdirlər ki, sədəqə onlara haramdır.
v) Onların hamısı ismət məqamına malikdirləræ əks halda əməli olaraq Qurani-Məciddən ayrılardılar, halbuki Peyğəmbər (s.ə.v.v) buyurur ki, o ikisi – Quran və itrət Kovsər hovuzunda mənə gəlib çatana qədər bir-birindən ayrılmazlar.
q) Onların sayı on iki nəfərdir ki, Peyğəmbər (s.ə.v.v)-dən sonra biri digərindən sonra müsəlmanların rəhbəri olmalıdır.
ğ) Bu on iki xəlifə islamın əzəmət və şövkətinə səbəb olur.
Rəvayətlərdə də qeyd olunan bu xüsusiyyətləri nəzərə almaqla aydın olur ki, Peyğəmbər (s.ə.v.v)-in "Əhli-beyt” dedikdə məqsədi (Peyğəmbər onlara tabe olmağı bütün müsəlmanlara tövsiyə etmişdir) o həzrətin itrətindən olan on iki pak imamdır ki, şiələr də onlara tabe olaraq özünün fiqhi hökmlərini onlardan əxz etmələri ilə iftixar edirlər.

Müəllif: Seyyid Rza Hüseyninəsəb    
Category: Şübhə doğuran suallar | Added by: Ənfal
Views: 294 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]