Bazar günü, 2024-04-28, 0:08 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Şübhə doğuran suallar » Şübhə doğuran suallar

Şübhə doğuran suallar
2012-10-17, 9:09 PM
ALLAH ÖVLİYALARININ TƏVƏLLÜDÜNÜ BAYRAM KEÇİRMƏK BİDƏT, YAXUD ŞİRKDİRMİ?

Cavab: Allahın layiqli və saleh bəndələrinin xatirəsini əzizləmək, o cümlədən onların təvəllüd günlərini bayram keçirməyin əql sahibləri nəzərindən bəyənilən bir iş olmasına baxmayaraq bu barədə hər növ şübhənin aradan qaldırılması üçün onun şərən icazə verilən bir iş olmasının dəlillərini qeyd edirik:
1-Bu kimi mərasimlərin keçirilməsi onlara məhəbbət izhar etmək üçündür.
Quran Peyğəmbəri Əkrəm (s.ə.v.v) və onun Əhli-beyti ilə dostluq göstərib onlara məhəbbət bəsləməyi müsəlmanlara əmr edib buyurur:
قُل لَّا اَسْاَلُكُمْ عَلَيْهِ اَجْرًا اِلَّا الْمَوَدَّةَ فِي الْقُرْبَي
"(Ey Peyğəmbər,) de: Mən sizdən ən yaxın adamlarıma məhəbbət bəsləməkdən başqa bir şey istəmirəm.” ("Şura” surəsi, ayə:23)
Şübhəsiz, ilahi övliyaların təvəllüd münasibətləri ilə əlaqədar bayram keçirmək insanların onlara eşq və məhəbbətlərinin cilvəsidir ki, bu da Quran nəzərindən qəbul olunur.
2-Bu mərasimlərin keçirilməsi Peyğəmbəri Əkrəm (s.ə.v.v)-ə hörmət və təzimdir.
Quran Peyğəmbəri Əkrəm (s.ə.v.v)-ə kömək etməkdən əlavə, onun məqamını yüksək dəyərləndirməyi də səadət və xoşbəxtlik amili kimi qeyd edir:
فَالَّذِينَ آمَنُواْ بِهِ وَعَزَّرُوهُ وَنَصَرُوهُ وَاتَّبَعُواْ النُّورَ الَّذِيَ اُنزِلَ مَعَهُ اُوْلَئِكَ هُمُ الْمُفْلِحُونَ
"O kəslər ki, Peyğəmbərə iman gətirib onu əzizlədilər və ona kömək etdilər, ona göndərdiyimiz nura itaət etdilər, məhz onlar nicat tapanlardır.” ("Əraf” surəsi, ayə:157)
Bu ayədən aydın olur ki, Peyğəmbəri Əkrəm (s.ə.v.v)-i əzizləmək islam nəzərindən bəyənilən bir işdir, eləcə də onun əziz xatirəsini canlandıran mərasimlərin, o həzrətin yüksək məqamını xatırladan mərasimlərin keçirilməsi də Allahın razı olduğu işlərdir. Çünki bu ayədə nicat tapanlar üçün dörd sifət bəyan edilmişdir:
a) İman: "Əlləzinə amənu bihi” – yəni o kəslər ki, ona iman gətirmişlər.
b) Onun nuruna itaət etmək: "Vəttəbəun-nurəlləzi unzilə məəhum”: ona nazil olunan nura itaət edərlər.
v) Ona kömək etmək: "və nəsəruhu” ona kömək etdilər.
q) Peyğəmbər (s.ə.v.v)-in məqamına təzim etmək və ehtiram göstərmək: "və əzzəruhu” onu əzizlədilər.
Deməli, Peyğəmbəri Əkrəm (s.ə.v.v)-ə ehtiram göstərmək və ona təzim etmək – ona iman gətirib kömək etmək və göstərişlərinə əməl etməkdən əlavə – zəruri bir işdir və Peyğəmbər (s.ə.v.v)-i əzizləmək "vəəzzəruhu” ifadəsinə əməl yetirməkdir.
3-Bu kimi mərasimlərin keçirilməsi Allah-Taalaya tabe olmaqdır.
Allah-taala Peyğəmbər (s.ə.v.v)-i tərifləyərək buyurur:
وَ رَفَعْنَا لَكَ ذِكْرَكَ
"Sənin adını dünyada yüksəltdik.” ("İnşirah” surəsi, ayə:4)
Bu şərif ayədən məlum olur ki, Allah-Taala Peyğəmbər (s.ə.v.v)-in əzəmət və cəlalının bütün dünyada yayılmasını istəyir və Özü də Quran ayələrində onu tərifləyir.
Biz də öz asimani kitabımıza tabe olaraq böyük, əzəmətli mərasimlər təşkil etməklə kamal və fəzilət nümunəsi olan o böyük şəxsiyyətin məqamını əzizləyir və bu yolla da aləmlərin Pərvərdigarına tabe olmuş oluruq. Aydındır ki, bu mərasimləri keçirməkdə müsəlmanların əsas hədəfi Peyğəmbəri Əkrəm (s.ə.v.v)-in şənini yüksək tutmaqdan başqa bir şey deyildir.
4-Vəhyin nazil olması süfrənin nazil olmasından heç də az deyil.
Qurani-Məcid ilahi peyğəmbər olan İsanın dilindən belə hekayət edir:
قَالَ عِيسَي ابْنُ مَرْيَمَ اللَّهُمَّ رَبَّنَا اَنزِلْ عَلَيْنَا مَآئِدَةً مِنَ السَّمَاءِ تَكُونُ لَنَا عِيداً لِّاَوَّلِنَا وَآخِرِنَا وَآيَةً مِّنكَ وَارْزُقْنَا وَاَنتَ خَيْرُ الرَّازِقِينَ
"İsa ibni Məryəm dedi: Pərvərdigara, ey bizim Rəbbimiz, bizə asimandan bir süfrə göndər ki, bizim hamımız üçün bayram, Sənin tərəfindən bir nişanə olsunæ bizə ruzi ver, çünki sən ruzi verənlərin ən yaxşısısan.” ("Maidə” surəsi, ayə:114)
Həzrəti İsa (ə) Allahdan istəyir ki, onlara asimani bir süf-rə nazil etsin və onun nazil olma gününü bayram keçirsinlər.
Biz soruşuruq: Əziz bir ilahi peyğəmbər asimani süfrə olan, insanın sadəcə cismi cəhətdən ləzzət almasına səbəb olan bir ruzinin nazil olmasını bayram keçirirsə (və bu iş şirk və bidət sayılmırsa) dünya müsəlmanlarının ilahi vəhy nazil olmasını, bütün insanların xilaskarı və bəşər cəmiyyətinə yeni həyat verən bir şəxsin – Peyğəmbəri Əkrəm (s.ə.v.v)-in milad gününü bayram keçirməsi şirk və bidət sayılarmı?!
5-Müsəlmanların adət-ənənəsi
İslam dini ardıcılları qədim dövrlərdən etibarən Peyğəmbəri Əkrəm (s.ə.v.v)-in əziz xatirəsinin dirçəldilməsi üçün təşkil etdikləri mərasimi davam etdirmişlər. Hüseyn ibni Məhəmməd Diyar Bəkri "Tarixul-Xəmis” kitabında belə yazır:
وَ لَا يَزَالُ اَهْلُ الاِسْلَامِ يَحْتَفِلُونَ بِشَهْرِ مَوْلُودِهِ عَلَيْهِ السَّلَامُ وَ يَعْمَلُونَ الْوَلَائِمَ وَ يَتَصَدَّقُونَ فِي لَيَالِيهِ بِاَنْوَاعِ الصَّدَقَاتِ وَ يُظْهِرُونَ السُّرُورَ وَ يَزِيدُونَ فِي الْمَبَرَّاتِ وَ يَعْتَنُونَ بِقِرَائَةِ مَوْلِدِهِ الْكَرِيمِ وَ يطْهر عَلَيْهِمْ مِنْ بَرَكَاتِهِ كُلَّ فَضْلٍ عَمِيمٍ
"Dünya müsəlmanları tarix boyu Peyğəmbəri Əkrəm (s.ə.v.v)-in doğum ayında bayram keçirir, bu ayın gecələrində ehsan və sədəqə verir, şadlıq keçirir, müxtəlif yaxşılıqlar edir, onun təvəllüd münasibətilə şer oxuyurlaræ bu işlərlə onun hərtərəfli rəhmət və bərəkəti hamıya aşkar olur.” ( "Tarixul-Xəmis” (Hüseyn ibni Muhəmməd ibni Həsən Diyar Bəkri), Beyrut çapı, 1-ci cild, səh.223    
"Əl-fiqhu ələl-məzahibil-ərbəə”, kitabus-səlat, əl-cəmu bəynəs-səlat təqdimən və təxirən  )
Deməli, Quran və müsəlmanların adət-ənənəsindən ilahi övliyaların əziz xatirələrini dirçəltmək üçün keçirilən mərasimlərin caiz və layiqli bir iş olması barəsində ümumi bir hökm əldə olunur. Beləliklə Allah dərgahında əziz olan şəxsiyyətlərin təvəllüdlərini bayram keçirməyi şirk və bidət hesab edənlərin sözlərinin tam əsassız olduğu aydın olur. Çünki bidət o şeydir ki, xüsusi, yaxud ümumi şəkildə, Quran və sünnədən istifadə edilmədən bir şey icazə verilmiş olsun, halbuki Quran ayələrindən, müsəlmanların əbədi adət-ənənələrindən qeyd olunan məsələnin külli hökmü əldə olundu. Həmçinin bu mərasimlər yalnız Allahın layiqli bəndələrinə ehtiram göstərmək, eləcə də onların Allahın bəndələri və Allaha ehtiyaclı olmalarına etiqad bəsləməklə keçirilir. Deməli qeyd olunan əməl tovhid və yeganəpərəstliklə tamamilə uyğundur və ilahi övliyaların təvəllüdləri ilə əlaqədar bayram mərasimi keçirməyin şirk olduğunu deyənlərin sözləri tam əsassızdır.

Müəllif: Seyyid Rza Hüseyninəsəb

Category: Şübhə doğuran suallar | Added by: Ənfal
Views: 337 | Downloads: 0 | Comments: 1 | Rating: 5.0/1
Total comments: 1
0  
1 GADİR   (2014-01-17 8:02 AM) [Daxil et]
ALLAH RAZİ OLSUN

Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]