Şənbə günü, 2024-04-27, 8:04 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Şübhə doğuran suallar » Şübhə doğuran suallar

Şübhə doğuran suallar
2012-10-17, 8:16 PM
ƏGƏR ŞİƏLƏR HAQQDIRSA NƏ ÜÇÜN AZLIQDADIR VƏ DÜNYA MÜSƏLMANLARIN ƏKSƏRİYYƏTİ ONLARI QƏBUL ETMİRLƏR?

Cavab: Haqq ilə batilin ayırd edilməsi onların ardıcıllarının az və ya çox olması ilə deyildir. Müasir dövrdə müsəlmanlar, kafirlərlə müqayisədə dünya əhalisinin beşdə birini, yaxud altıda birini təşkil edir. Uzaq şərqin sakinlərinin əksəriyyətini bütpərəstlər və ilahi qüvvələri inkar edən sair qövmlər təşkil edir. Çinin bir milyarddan artıq olan əhalisi dinsiz kommunizm ideyalarına inanır, Hindistanın təqribən bir milyarda yaxın olan əhalisinin əksəriyyəti inəyə və bütə pərəstiş edirlər.
Deməli, əksəriyyət təşkil etmək haqq olmaq nişanəsi deyildir. Qurani-Məcid çox yerlərdə əksəriyyət təşkil edənləri məzəmmət etmiş, bunun müqabilində isə azlıq təşkil edənləri tərifləmişdir. Nümunə olaraq aşağıdakı ayələri qeyd edirik:
وَلاَ تَجِدُ اَكْثَرَهُمْ شَاكِرِينَ
"Onların əksəriyyətinin şükr edən olmadığını görərsən.” ("Əraf" ayə 18)
اِنْ اَوْلِيَآؤُهُ اِلاَّ الْمُتَّقُونَ وَلَكِنَّ اَكْثَرَهُمْ لاَ يَعْلَمُون
"Onun (Allahın) dostları yalnız pərhizkarlardır, lakin insanların əksəriyyəti bunu bilmir.” ("Ənfal" ayə 34)
وَ قَلِيلٌ مِنْ عِبادِيَ الشَّكُورُ
"Mənim bəndələrimdən az bir qismi şükr edənlərdir.” ("Səba" ayə 13)
Deməli, real görüşə malik olan bir insan heç vaxt öz din və məzhəbinin ardıcıllarının az olmasından qorxmamalı, eləcə də onların çox olması ilə öyünməməlidir, əksinə həmişə əql nurundan istifadə etməlidir.
Bir nəfər Əli (ə)-dan soruşdu: "Necə mümkün ola bilər ki, "Cəməl” müharibəsində nisbi əskəriyyət təşkil edən müxaliflər batil yolda olsun?” İmam (ə) buyurdu:
اِنَّ الْحَقَّ وَالْبَاطِلَ لَا يُعْرَفَانِ بِاَقْدَارِ الرِّجَالِ،اِعْرِفِ الْحَقَّ تَعْرِفْ اَهْلَهُ،اِعْرِفِ الْبَاطِلَ تَعْرِفْ اَهْلَهُ
"Haqq və batil, ardıcıllarının miqdarı ilə ölçülmüræ haqqı tanı (əgər haqqı tanısan) onun əhlini də tanıyarsan. Batili tanı (əgər batili tanısan) onun əhlini də tanıyarsan.”
Hər bir müsəlman şəxs bu məsələ barəsində elm və məntiq əsasında təhqiqat aparmalı, "elmin olmadığı şeylərə tabe olma" ("İsra" ayə 36) ayəsini özünə nümunə götürməlidir.
Şiələrin sayca sünnülərə çatmamasına baxmayaraq əgər dəqiq şəkildə araşdırılma aparılsa dünya müsəlmanlarının dörddə-birinin şiələrdən ibarət olduğu məlum olar. Onlar adətən müsəlman əhalisi olan ölkələrdə yaşayırlar.(Əlavə məlumat üçün "Əyanuş-şiə" 1-ci cild. 12-ci bəhs. səh. 194-ə müraciət edin) Bütün dövrlərdə onların arasından böyük alimlər, yazıçılar, müxtəlif kitab və əsər sahibləri çıxmışdır. Yaxşı olar ki, islam aləmindəki mövcud elmlərin əsasını qoyanların şiə olduğu məlum olsun deyə, onlardan bəzilərinin adlarını qeyd edək:
Əbul-Əsvəd Duəli: Nəhv elminin banisi.
Xəlil ibni Əhməd: Əruz elminin banisi.
Məaz ibni Müslim ibni Əbi Sarə Kufi: Sərf elminin banisi.
Əbu Əbdillah Məhəmməd ibni İmran Katib Xorasani (Mərzibani): Bəlağət elminin ustalarından biri.(Seyyid Həsən Sədrin " Təsisuş-şiə" kitabına müraciət edə bilərsiniz)
Şiə alimlərinin sayı və onların yazıb irs qoyduqları dəyərli əsərlərdən agah olmaq üçün (bu, çox da asan iş deyildir) "Əzzəriətu ila təsanifiş-şiə” kitabına, şiə aləminin böyük şəxsiyyətləri ilə tanış olmaq üçün "Əyanuş-şiə” kitabına, şiələrin tarixindən məlumat kəsb etmək üçün "Tarixuş-şiə” kitabına baxa bilərsiniz.

Category: Şübhə doğuran suallar | Added by: Ənfal
Views: 283 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]