Şənbə günü, 2024-04-27, 6:43 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Şübhə doğuran suallar » Şübhə doğuran suallar

Şübhə doğuran suallar
2012-10-17, 6:47 AM
NƏ ÜÇÜN ƏLİ İBNİ ƏBİ TALİB (Ə) PEYĞƏMBƏRİ ƏKRƏM (S.Ə.V.V)-İN CANİŞİNİ VƏ VƏSİSİDİR?

Cavab: Yuxarıda qeyd olunduğu kimi, şiələr xilafət məqamının Allah tərəfindən təyin olunmasına inanır və deyirlər ki, Peyğəmbəri Əkrəm (s.ə.v.v)-dən sonra imamət məqamı müəyyən cəhətlərdən eynilə nübüvvət (peyğəmbərlik) kimidir: yəni Peyğəmbəri Əkrəm (s.ə.v.v) Allah tərəfindən təyin olunduğu kimi, onun canişini də Allah tərəfindən təyin olunmalıdır.
Peyğəmbər (s.ə.v.v)-in həyat tarixi bu müddəaya canlı şahiddir. Çünki o həzrət çoxlu münasibətlərlə əlaqədar olaraq Əli (ə)-ı özünün xəlifəsi ünvanı ilə təyin etmişdir. Biz onlardan üçünü qeyd edirik:
1-Besətin əvvəlində
Allah tərəfindən Peyğəmbəri Əkrəm (s.ə.v.v)-ə əmr olunmuşdu ki, "və ənzir əşirətəkəl-əqrəbin” ("Şüəra” surəsi, ayə:214) ayəsinin hökmünə görə öz qohum-əqrəbasını tovhid ayininə dəvət etsin. Bu yığıncaqda Peyğəmbəri Əkrəm (s.ə.v.v) onlara xitabən buyurmuşdu:
فَاَيُّكُمْ يُوَازِرُنِي فِي هذَا الاَمْرِعَلَي اَنْ يَكُونَ اَخِي وَوَزِيرِي وَخَلِيفَتِي وَوَصِيِّي فِيكُمْ
"Sizlərdən hansı biriniz bu işdə mənə kömək edər ki, mənim qardaşım, vəzirim, vəsim və sizin aranızla canişinim olsun?”
Bu asimani çağırışa müsbət cavab verən yeganə şəxs Əliyyibni Əbi Talib (ə) oldu. Bu zaman Peyğəmbəri Əkrəm (s.ə.v.v) öz qohum-əqrəbalarına xitabən buyurdu:
اِنَّ هذَا اَخِي وَ وَصِيِّي وَ خَلِيفَتِي فِيكُمْ فَاسْمَعُوا لَهُ وَ اَطِيعُوهُ
"Bu (yəni Əli) mənim qardaşım, vəsim və sizin aranızdakı canişinimdir. Onun sözlərinə qulaq asın və ona itaət edin.”
2-”Təbuk” qəzvəsi
"Təbuk” qəzvəsində Peyğəmbər (s.ə.v.v) Əli (ə)-a buyurdu:
اَمَا تَرْضَي اَنْ تَكُونَ مِنِّي بِمَنْزِلَةِ هَارُونَ مِنْ مُوسَي اِلاّ اَنَّهُ لَا نَبِيَّ بَعْدِي
"Razı olmazsanmı ki, səninlə mənim münasibətim Harunla Musanın münasibəti kimi olsunæ bu fərqlə ki, məndən sonra heç bir peyğəmbər yoxdur.” ("Tarixi Təbəri”, 2-ci cild, səh.62-63, "Tarixi Kamil”, 2-ci cild, səh.40-41æ "Müsnədi Əhməd”, 1-ci cild, səh.111æ "Nəhcül-bəlağə”nin şərhi (İbni Əbil Hədid), 13-cü cild, səh.210-212æ "Sireyi ibni Hişam”, 2-ci cild, səh.520æ "Əssəvaiqul-muhriqə” (İbni Həcər), Misir çapı, 2-ci çap, 9-cu bab 2-ci fəsil səh.121.) (Yəni Harun həzrəti Musandan sonra onun vəsisi və canişini olduğu kimi, sən də mənim xəlifəm və canişinimsən.)
3-Hicrətin 10-cu ilində
Peyğəmbəri Əkrəm (s.ə.v.v) vida həccindən qayıdanda "Qədir-Xum” adlı bir diyarda Əli (ə)-ı böyük bir cəmiyyət arasında müsəlmanların rəhbəri və möminlərin əmiri kimi təqdim edərək buyurdu:
مَنْ كُنْتُ مَوْلَاهُ فَهذَا عَلِيٌّ مَوْلَاهُ
"Mən (indiyə qədər) hər kəsin rəhbəri və ixtiyar sahibi idimsə, (bundan sonra da) bu Əli onun mövlası və rəhbəridir.”
Diqqət olunmalı mühüm məsələ budur ki, Peyğəmbər (s.ə.v.v) sözünün əvvəlində belə buyurmuşdu:
اَلَسْتُ اَوْلَي بِكُمْ مِنْ اَنْفُسِكُمْ
"Mən sizə, sizin özünüzdən artıq ixtiyar sahibi deyiləmmi?” Müsəlmanlar da hamılıqla bu sözü təsdiq etdilər. Deməli, o həzrət "mövla” kəlməsi ilə "möminlərin tam ixtiyar sahibi və rəhbəri” mənasını nəzərdə tutmuşdu. Buradan belə nəticə alınır ki, Peyğəmbəri Əkrəm (s.ə.v.v) özünün malik olduğu "övləviyyət” məqamını (vilayət və rəhbərliyi) Əli üçün də isbat etmişdir. Məhz həmin gündə Həssan ibni Sabit tarixi Qədir hadisəsini nəzmə çəkmişdir. Onun bir qismi belədir:("Əl-Mənaqib” (Xarəzmi Maliki), səh.80æ "Təzkirətu xəvassil-ummət” (Sibt ibni Covzi Hənəfi), səh.20æ "Kifayətut-talib”, səh.17 (Gənci Şafei) və s.)
يُنَادِيهِمْ يَوْمَ الْغَدِيرِ نَبِيُّهُم بِخُمٍّ وَ اَسْمِعْ بِالرَّسُولِ مُنَادِيًا
فَقَالَ فَمَنْ مَوْلَاكُمْ وَ نَبِيُّكُم فَقَالُوا وَ لَمْ يَبْدُوا اَهُنَاكَ التَّعَامِيَا
اِلَهُكَ مَوْلَانَا وَ اَنْتَ نَبِيُّنَا وَ لَمْ تَلْقَ مِنَّا فِي الْوِلَايَةِ عَاصِيَا
فَقَالَ لَهُ قُمْ يَا عَلِيُّ فَاِنَّنِي رَضِيْتُكَ مِنْ بَعْدِي اِمَامًا وَ هَادِيًا
فَمَنْ كُنْتُ مَوْلَاهُ فَهذَا وَلِيُّهُ فَكُونُوا لَهُ اَتْبَاعَ صِدْقٍ مَوَالِيَا
هُنَاكَ دَعَا اَللَّهُمَّ وَالِ وَلِيَّهُ وَ كُنْ لِلَّذِي عَادَي عَلِيّاً مُعَادِيَا
Qədir günü Peyğəmbərlrəri onlara nida etdi
Xum adlı bir yerdə, Rəsulun carçısı necə də yaxşı eşidəndir!
Buyurdu: Kimdir sizin mövlanız və nəbiniz?
Dedilər: Sənin Allahın bizim mövlamızdır, sən də bizim Peyğəmbərimizsən,
Bizim içərimizdə vilayətə asi olan bir kəs görməzsən.
Peyğəmbər əliyə buyurdu: Qalx ayağa, həqiqətən mən
Sənin özümdən sonra imam və hidayətçi olmağına razı oldum
Mən hər kəsin mövlasıyamsa, bu Əli dəonun vəlisi, rəhbəridir,
Siz də ona sadiq itaət edənlərdən olun!
Orada belə dua etdi: Pərvərdigara, onu sevənləri sev
Əli ilə düşmənçilik edənlərlə düşmən ol!
"Qədir” hədisi islam tarixində mütəvatir hədislərdəndir, şiə alimlərindən əlavə təqribən 360 sünnü alimi də onu nəql etmişdir.
(Nümunə üçün: "Əs-səvaiqul-muhriqə” (ibni Həcər), 2-ci çap, (Misir çapı), 9-cu bab, 2-ci fəsil, səh.123.)
Onların sənədləri 110 nəfər səhabəyə çatır. Böyük islam alimlərindən 26 nəfəri bu hədislərin sənədləri və təriqləri barəsində ayrıca kitab yazmışdır. Məşhur islam tarixçisi Əbu Cəfər Təbəri kimi hədisin sənədlərini iki cildli böyük kitabda bir yerə toplamışdır. Əlavə məlumat üçün "Əl-Qədir” kitabına müraciət edə bilərsiniz.
Category: Şübhə doğuran suallar | Added by: Ənfal
Views: 306 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]