Bazar günü, 2024-04-28, 9:05 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Şübhə doğuran suallar » Şübhə doğuran suallar

Şübhə doğuran suallar
2012-10-17, 6:46 AM
Həzrət Əli (ə) niyə üç oğlunun adını üç xəlifənin adlarından qoyub?




Bismillahir-rəhmanir-rəhim

Sual: Həzrət Əli (ə) niyə üç oğlunun adını üç xəlifənin adlarından qoyub? Bu məgər onların arasında olan xoş münasibətə dəlalət etmirmi?

Cavab: Yığcam cavab:

Əbubəkr adlandırması:

1) Əgər həzrət Əli (ə) öz oğlunun adını Əbubəkrin adını qoyurdusa gərək onun kunyəsini dyeil əsl adını qoyaydı (Abdullah, Ətiq, Əbdul-Kəbə tarixlərdə olan ixtilafa əsasən).

2) Əbubəkr həzrət Əli (ə)-ın oğlunun künyəsi idi. Oğlun künyəsi də atanın ixtiyarında deyil. Onu şəxs özü və ya da həyatında baş vermiş hadislər nəticəsində insana verilir.

3) Bir nəzəriyyəyə görə həzrətin bu oğlunun adı Abdullah olub. Və Kərbəla hadisəsində 25 yaşında şəhid olub.

Əbül Fərəc İsfahani yazır.

قتل عبد الله بن علي بن ابي طالب و هو ابن خمس و عشرين سنة و لا عقب له .

"Əli (ə)-ın oğlu Abdullah 25-yaşında Kərbəlada şəhid olub və heç bir övladı da olmayıb.”

"Məqatilut-talibin”, 1-ci cild, səh: 22.

Bunu nəzərə aldıqda məlum olur ki, Abdullah həzrətin xilafətinin əvvəllərində dünyaya gəlib. Məhz o dövürlərdə həzrət özündən əvvəl ki, xəlifələrdən kəskin intiqad edirdi.

Ömər adlandırması:

1) Ömərin adətlərindən biri də insanların adını dəyişmək idi. Tarixçilərin dediklərinə istinadən Ömər özü bu adı ona qoymuşdur. Sonralar da elə bu adlada tanındı. Bəlazəri "Ənsabul-əşraf” kitabında yazır:

وكان عمر بن الخطاب سمّى عمر بن عليّ بإسمه.

"Ömər İbn Xəttab Əlinin (ə) oğluna öz adını qoyaraq Ömər adlandırdı.”

"Ənsabul-əşraf”, 1-ci cild, səh: 297.

Zəhəbi "Siyəru əlamun-nübəla” kitabında deyir:

ومولده في أيام عمر. فعمر سماه باسمه

"Bu uşaq Ömərin vaxtında dünyaya gəldi və Ömər öz adını ona verərək onu Ömər adlandırdı.”

"Siyəru əlamun-nübəla”, 4-cü cild, səh: 134.

Ömər başqalarınında adını dəyişib. Biz onların üç nəfərinə işarə edirik:

1-İbrahim ibn Harisin adın Əbdulrrəhman edib:

عبد الرحمن بن الحارث.... كان أبوه سماه إبراهيم فغيّر عمر اسمه

"Atası onun adını İbrahim qoymuşdu. Ömər onu dəyişərək Əbdulrrəhman etdi.”

"Əl-isabətu fi təmyizis-səhabə”, 5-ci cild, səh: 29.

2- Əl-Əcdə Əbi Məsruqu Əbdürrəhman edib:

الأجدع بن مالك بن أمية الهمداني الوادعي... فسماه عمر عبد الرحمن

"Ömər Əcdə İbn Malikin adını dəyişərək Əbdürrəhman etdi.”

"Əl-isabətu fi təmyizis-səhabə”, 1-ci cild, səh: 186.

3-Sələbə ibn Sədi Müəlla edib:

وكان إسم المعلى ثعلبة، فسماه عمر بن الخطاب المعلى

"Müəllanın adi Sələbə idi. Ömər onu dəyişərək Müəlla etdi.”

"Əl-ənsab”, 1-ci cild, səh: 250.

2) İbn Həcər Əsqəlani "Əl-İsabə fi təmyizis-səhabə” kitabında "adi Ömər olanlar” ünvanı altında 40 nəfər adı Ömər olan səhabənin adın çəkir.

1)-Ömər ibn Səid ibn Malik; 2)-Ömər ibn Əbu Sələmə ibn Əbdüləsəd; 3)-Ömər ibn Vəhəb Əs-səqəli və....

Məgər bunların adları ikinci xəlifəyə olan məhəbbət nəticəsində idi?!

Osman adlandırması:

1-Osman adlandırması üçüncü xəlifənin adi və ona olan məhəbbət nəticəsində deyil. Bəlkə Osman ibn Məzun adlı həzrət Əli (ə)-ın səhabəsinin adıdır. Rəvayətlərdə nəql olur ki, həzrət Əli (ə) buyurdu:

إنّما سمّيته بإسم أخي عثمان بن مظعون

"Oğlumun adını qardaşım Osman ibn Məzunun adından qoydum.”

"Məqatilut-talibin”, 1-ci cild, səh: 23.

2-İbn Həcər Əsqəlanı "Əl-isabə” kitabənda 37 nəfər Osman adlı səhabənin adını çəkir. Məgər bunlar üçüncü xəlifəyə görə adlarını Osman qoymuşdurlar?!

1) Osman ibn Əbu Cəhm Əl-əsləmi; 2) Osman ibn Kəbiə Əs-səqəfi; 3) Osman ibn Məzun və...

Ətraflı cavab:

A- Allah taalanın adları istisna olmaqla heç kimin adı ixtisas deyil. Bəzən bir adı bir çox insanlar qoyur. Bu barədə heç bri millətlər arasında qadağalar, məhdudiyyətlər yoxdur. O zamanlarda rəvac tapmış Əbubəkr, Ömər, Osman kimi adlar da bu qaydadan istisna olmayıb. Peyğəmbər (s)-in zəmanəsində həm çinin Peyğəmbər (s)-dən sonra imamların zəmanəsində bir çox insanlar bu adların sahibi olub və bu adlarla da tanınıblar. İmam Baqir (ə) və imam Sadiq (ə)-ın səhabələrindən olan:

1) Əbubəkr Həzrəmin, Əbubəkr ibn Əbu Səmmak, Əbubəkr Əyyaş və Əbubəkir ibn Məhəmməd.

2) İmam Məhəmməd Baqir (ə)-ın səhabəsindən olan: Ömər ibn Əbdullah Səqəf, Ömər ibn Qeys və Ömər ibn Müəmmər.

3) İmam Sadiq (ə)-ın səhabəsindən olan: Ömər ibn Əban, Ömər ibn Əban Kəlbi, Ömər ibn Əbu Həfz, Ömər ibn Əbu Şübə, Ömər ibn Üzəynə, Ömər ibn Bərra, Ömər ibn Həfz, Ömər ibn Hənzələ və Ömər ibn Sələmə....

4) İmam Baqir (ə) səhabələrindən: Osman Əma Bəsri, Osman ibn Cəbələ və Osman ibn Ziyad.... imam Sadiqin səhabələrindən: Osman İsbəhani, Osman ibn Yəzid və Osman ibn Nəva...

B Heç şək-şübhə yoxdur ki, şiələr Yəzid ibn Maviyəyə və onu törətdiyi nalayiq əmələ nifrət edirlər. Amma eyni halda görürük ki, şiələr və imamların səhabələri arasında Yəzid adları da var. Məsələn: İmam Səccad (ə)-ın səhabəsi Yəzid ibn Hatəm. İmam Baqir (ə)-ın səhabəsi Yəzid ibn Əbdul-Məlik, Yəzid Saiğ və Yəzid Kənasi... İmam Sadiq (ə)-ın səhabəsi Yəzid ibn Xəlifə, Yəzid ibn Xəlil, Yəzid ibn Ömər ibn Təlhə, Yəzid ibn Fərqə və Yəzid Mövla Həkəm. Hətta imam Sadiq (ə)-ın bir səhabəsinin adı " Şimr ibn Yəzid” idi.

"Cameur-rəvat və izahətul-iştibahat ənit-toroqi vəl isnad”, 1-ci cild, səh: 402.

Bütün bu adlar Maviyə oğlu Yəzidin şiə yanında məhbubiyyətinə dəlalət edərmi?!

V- Övladlar üçün nəzərdə tutulmuş bütün adlar şəxsiyyətlə olan məhəbbətdən irəli gəlməyib. Belə olduğu təqdirdə gərək bütün müsəlmanlar öz övladlarına Peyğəmbərin (s) adını qoysunlar!

İbn Bəttal və İbn Həzər "Səhihi Buxari”-yə yazdıqları şərhində beyirlər:

كتب عمر إلى أهل الكوفة الا تسموا أحدًا باسم نبى

"Ömər Kufə camaatına məktub yazaraq göstəriş verdi ki, heç kim Peyğəmbərin (s) adını qoymasın.”

"Şərhi səhihi Buxari”, 9-cu cild, səh: 344.

Əl-Eyni "Ömdətul-qari” kitabında yazir:

وكان عمر رضي الله تعالى عنه كتب إلى أهل الكوفة لا تسموا أحدا باسم نبي وأمر جماعة بالمدينة بتغيير أسماء أبنائهم المسمين بمحمد حتى ذكر له جماعة من الصحابة أنه أذن لهم في ذلك فتركهم

"Ömər Küfə camaatına məktub yazaraq bildirdi ki, heç kim Peyğəmbərin (s) adını qoymasın. Mədinə camaatını isə Məhəmməd adlı övladlarının adlarını dəyişmək əmrini verdi.”

"Ömdətul-qari”, 15-ci cild, səh: 39.

Q- Səhabələrdən birinin adı "Ömər ibn Əbu Sələmə Qureyşi” idi Ümmi Sələmənin oğlu Peyğəmbərin (s) oğulluğu idi. Kim deyə bilər Əli (ə) öz oğlunun adını Peyğəmbərin (s) oğulluğunun adını qoymayıb?!

E- Şeyx Müfidin nəqlinə əsasən imam Həsən (ə)-ın bir oğlunun adı "Əmr” olub. Məgər demək olarmı həzrət oğlunun adını "Əmr ibn Əbdəvudun” və ya "Əmr ibn Haşimin” (Əbu Cəhl) adından götürüb və onlara görə öz oğlunun adını "Əmr” qoyub?!

"Əl-irşad”, 2-ci cild, səh: 20.

Səhihi Müslimdə Ömərin dilindən nəql edir ki. Həzrət Əli (ə) Əbubəkri, Öməri yalançı, günahkar və xain hesab edirdi. Ömər, həzrət Əli (ə)-a və Əbbasa xitabən deyri:

فَلَمَّا تُوُفِّىَ رَسُولُ اللَّهِ -صلى الله عليه وسلم- قَالَ أَبُو بَكْرٍ أَنَا وَلِىُّ رَسُولِ اللَّهِ -صلى الله عليه وسلم- فَجِئْتُمَا تَطْلُبُ مِيرَاثَكَ مِنَ ابْنِ أَخِيكَ وَيَطْلُبُ هَذَا مِيرَاثَ امْرَأَتِهِ مِنْ أَبِيهَا فَقَالَ أَبُو بَكْرٍ قَالَ رَسُولُ اللَّهِ -صلى الله عليه وسلم- « مَا نُورَثُ مَا تَرَكْنَا صَدَقَةٌ ». فَرَأَيْتُمَاهُ كَاذِبًا آثِمًا غَادِرًا خَائِنًا وَاللَّهُ يَعْلَمُ إِنَّهُ لَصَادِقٌ بَارٌّ رَاشِدٌ تَابِعٌ لِلْحَقِّ ثُمَّ تُوُفِّىَ أَبُو بَكْرٍ وَأَنَا وَلِىُّ رَسُولِ اللَّهِ -صلى الله عليه وسلم- وَوَلِىُّ أَبِى بَكْرٍ فَرَأَيْتُمَانِى كَاذِبًا آثِمًا غَادِرًا خَائِنًا

"Peyğəmbərin (s) vəfatından sonra Əbubəkir dedi: "Mən Peyğəmbərin (s) canişiniyəm.” Siz iki nəfər (Abbas və Əli (ə)) gəldiniz. Sən Abbas qardaşın oğlu Peyğəmbərin və Əli (ə) Peyğəmbərin qızı Fatimənin atasından qalan mirasi istədiniz. Əbubəkir dedi: "Peyğəmbər (s) buyurub: Biz irs qoymuruq, qoyduqlarımız sədəqədir.” Siz onu yalancı, gübahkar, hiləgər və xain adlandırdınız. Halbuki Allah bilir o, düzdanışan, dindar və haqqa tabe olandır. Əbubəkir öldükdən sonra mən Peyğəmbərin (s) və Əbubəkirin canişini oldum. Siz ikiniz məni də yalançı, günahkar, hiləgər və xəyanətkar adlandırdınız.”

"Səhihi Müslüm”, 3-cü cild, səh: 1378, 1757-ci hədis.

Səhih Buxari Əbubəkirə xitabən Əli (ə)-ın dilində belə nəlq edir:

وَلَكِنَّكَ اسْتَبْدَدْتَ عَلَيْنَا بِالْأَمْرِ وَكُنَّا نَرَى لِقَرَابَتِنَا من رسول اللَّهِ صلى الله عليه وسلم نَصِيبًا

"Sən güclə bizə müsəllət oldun, biz Peyğəmbərə olan yaxınlığmıza görə xilafət məqamına daha layiqliyik.”

"Səhihi Buxari”, 4-cü cild, səh: 1549, 3998-ci hədis.

Digər rəvayətdə isə nəql edir ki, həzrət Əli (ə) Ömərin üzünü belə gürmək istəmirdi.

فَأَرْسَلَ إلى أبي بَكْرٍ أَنْ ائْتِنَا ولا يَأْتِنَا أَحَدٌ مَعَكَ كَرَاهِيَةً لِمَحْضَرِ عُمَرَ

Əhli-təsənnünün Buxari və Müslüm kimi böyüklərinin nəql etdiyi həzrət Əli (ə)-ın xəlifələrlə bu cür sərt və kəskin rəftarını nəzərə aldıqda yenə mümkündürmü iddia oluna həzrət öz övldlarına adlarını xəlifələrə görə və onlarla etdiyi dostluğu görə onların adların qoyub?! Əhli-sünnət iddia edir ki, həzrət Əli (ə) bütün bu adları xəlifələrə olan məhəbbəti nəticəsində qoyub. Əgər doğurdanda belədirsə onda niyə xəlifələr öz övladlarının adın Peyğəmbər (s) balası ola Həsən və Hüseyn adlarından qoymayıblar?! Bir tərəfli dostluq olarmı?! Həzrət Əli (ə)-ın bəzi övladlarının adı xəlifələrin adıyla eyni olmasında həzrətlə xəlifələr arasında olan isti və dostluq münasibətləri istifadə edərək xanım Fatimə (ə) səhadətinin inkar etmək həqiqətən çox uzaqdır.



İslammarifində elmi tədqiqat mərkəzi

İslammaarifinde.com
Category: Şübhə doğuran suallar | Added by: Ənfal
Views: 329 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]