Bazar günü, 2024-04-28, 1:01 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Şübhə doğuran suallar » Şübhə doğuran suallar

Şübhə doğuran suallar
2012-10-17, 6:36 AM
Səhabələrin həyat tərzi


Biz, Peyğəmbər (s.ə.s) səhabələri və o dövrdə yaşayan müsəlmanların həyat tərzinə diqqət yetirsək görərik ki, onlar çətin, məşəqqətli anlarda belə, ibadətlərdə yer üzərinə edilən səcdəyə üstünlük vermişlər. Məşhur səhabələrdən sayılan Cabir ibn Abdullah əl- Ənsaridən nəql edilən hədisdə deyilir: " İstinin şiddətindən əlimdə bir ovuc torpaq tutdum ki, soyudum və Peyğəmbərlə (s) birlikdə zöhr namazını yerinə yetirim". ("Səhihi Buxari", c. 2, səh 202)

Ənəs ibn Malik rəvayət edir ki, çox isti günlərin birində Peyğəmbərlə (s.ə.s) birlikdə namaz qılırdıq. İstinin şiddətindən əlimdə çınqıl saxlayıb soyudurdum ki, onun üzərinə səcdə edə bilək. ("Sünnəni Beyhəqi", c.1, səh 439)

Bu iki hədis vasitəsilə belə bir nəticəyə gəlirik ki, səcdə yalnız yer üzərinə edilməlidir. Əgər döşənmə əşya kimi istifadə edilə bilən və geyim üzərinə səcdə düzgün hesab ediləcəyi, səhabələr əbalarının və ya əmmamələrinin üzərinə səcdə edirdilər. Çünki istinin şiddətində bu cür əşyalar üzərinə edilən səcdə, isti torpaq və çınqılı əldə soyutmaqdan daha asandır.

Xəttab ibn əl-Ərt adlı səhabə belə deyir:" Əllərimizin və alnımızın səcdə edərkən istidən yandığını Peyğəmbərə (s.ə.s) bildirib bu halda şikayət etdikdə, Peyğəmbər (s.ə.s) şikayətimizi qəbul etmədi".

Artıq aydın oldu ki, şəriətdə vacıb edilən bəri, onun mənası və məğzi alnı yer üzərinə qoymaq olmuşdur. Hətta qızmar günlərdə yerin şiddətli istiliyi, çətinliklər və səhabələrin şikayətinə baxmayaraq, Peyğəmbər (s.ə.s) müsəlmanlara paltar və əmmamə kimi əşyalar üzərinə səcdəni qadağan etmişdir. Çünki bu cür əşyalar "yer" adlanmır.

Bəni-Üməyyə belə nəql edir: " Əbu-Bəkr namaz qılarkən yer üzərinə səcdə edirdi" (Kənzül-ümmal" c.4, səh. 212)

Əbi Übadə deyir: " İbn Məsud (ibadət edərkən) yalnız yerə səcdə edərdi". ("Məcmə əz-zəvaid", c.2Ç, səh. 57)

Burada qeyd edilənlərə tarix səhifələrində çox rast gəlmək olar. Məsələn: Məsud ibn Əcdəə adlı təbii (abii-Peyğəmbər (s.ə.s) səhabələrini görmüş, lakin Peyğəmbərin (s.ə.s) özünü görməyən şəxsdir) Abdullah ibn Məsudun arif tələbələrindən biri idi. Bu şəxs Mədinə torpağından özü üçün türbət düzəldərək (namaz qılanda) onun üzərinə səcdə edərdi. Səfərə çıxarkən, ələlxüsüs gəmi ilə bir yerə səfər edəndə bu türbəti özü ilə gətürərdi.

Digər səhabə Übadə ibn Samit namaz qılarkən əmmaməsini alnının üstündən qaldırırdı. ("Əl-Beyhəqinin "Əs Sünən əl Kubra" kit. c.2, səh.105)
Category: Şübhə doğuran suallar | Added by: Ənfal
Views: 313 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]