Bazar günü, 2024-05-05, 7:22 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Şübhə doğuran suallar » Şübhə doğuran suallar

Şübhə doğuran suallar
2012-10-17, 6:21 AM
Şiə namaz qılarkən niyə əlləri açıq namaz qılır?

Cavab:

1-Çünki şiə əli bağlı namaz qılmağı haram bilir. Və əhli sünnənin dörd məzhəbinin heç birində namazda əli bağlı olmağı vacib etməyiblər. Onu bir müstəhəb əməl hesab edirlər. Bəziləri isə vacibi namazlarda onu məkruh biliblər. Məsələn: Maliki məzhəbinin rəisi qolu bağlı namaz qılmağı məkruh bilir. Zahirən bütün səhabələr qolu açıq namaz qılıblar. Sonra Ömər bu bidəti qoyub. Abdullah ibn Zübeyr (səhabə) Həsən Bəsri və İbn Sirin (tabeindən) Leys ibn Səd və İbrahim Nəxəi (tabei tabein) qolu açıq namaz qılmağa qail idilər. (Tabei tabein o şəxslərə deyilir ki, nə Peyğəmbər (s)-i, nə də səhabələri görüb. Onlar təkcə tabeini görüblər.)

2-Peyğəmbər namazda qolu bağlı namaz qılmayıb. Qurtubi deyir:

اختلف العلماء في وضع اليدين أحدهما علي الأخري في الصلاة فكره ذالك مالك في الفرق و أجازه في النفل و رأي قوم أن هذا من سنن الصلاة و هم الجمهور؟ و السبب في اجتلافهم أنه قد جائت آثار ثابتة نقلت فيها صفة صلاةه عليه الصلاة و السلام و لم ينقل فيها انه كان يضع يده اليمني علي اليسري و ثبت ايضاً أن الناس يؤمرون بذالك .

"Namazda əli-əlin üstünə qoymaqda alimlər arasında ixtilaf olmuşdur. Malik (Maliki məzhəbinin rəisi) onu vacibi namazlarda məkruh bəziləri isə namazın qayda-qanunundan hesab ediblər. Bu nəzəriyyə cümhur əhli sünnənin nəzəriyyəsidir. Bu ixtilafa səbəb budur ki, bizə səhih rəvayətlər yetişib və peyğəmbərin necə namaz qılmasını vəsf etmişdir. Lakin peyğəmbərin namaz qılarkən sağ qolunu sol qolunun üstünə qoyulması nəql olunmamışdı. Və digər tərəfdən isə camaata namaz qılarkən əlini-əlinin üstünə qoyulması əmr olurdu.”

"Bidayətul-müctehid”, 1-ci cild, səh: 136.



3-Cümhurun əsas, ümdə sübutu Buxarinin və Müslümün rəvayətidir:

a)-Buxarinin rəvayəti:

عن ابي حازم عن سهل بن سعد قال: كان الناس يؤمرون ان يضع الرجل اليد اليمني علي ذراعه اليسري في الصلاة قال ابو حازم لا أعلمه إلاّ إن بنمي ذلك الي النبيّ .

"Əbu Kazim Səhl ibn Səddən belə nəql edir: Camaata əmr olunurdu ki, (kişi) namazda sağ qolunu sol qolunun üstünə qoysun. Əbu Kazim deyir: Əmr edən Peyğəmbər olmayanadək mən bu məsələni düz hesab etmərəm.”

"Səhihi Buxari”, 1-ci cild, səh: 135.



Diqqət: Aydın deyil camaata bu işi əmr edən kimdir? Ömər imiş yoxsa başqa bir şəxs?

Eyninin ("Səhih Buxari”-ni şərh edən) və Siyutinin sözündən belə ələ gəlirki, bu rəvayət mürsəldir. (Hədis elmində mürsəl o rəvayətlərə deyilir ki, onun sənədində bəzi ravilər olmasın).

"Ümdətul-qari”, 5-ci cild, səh: 278; "Ət-təvsih ələl-cameis-səhih”, 1-ci cild, səh: 463.

b)-Müslümün rəvayəti:

عن علقمة بن وائل و مولي لهم انهم حدثاه عن ابيه وائل بن حجرأنه راي النبي (ص) رفع يدَيْهِ حين دخل الصلاة... ثم وضع يده اليمني علي اليسري .

"Əlqəmə ibn Vail atası Vail ibn Həcərdən nəql edib deyir: Atam görüb ki, Peyğəmbər namaza başladıqda əllərini qalxızdı... Sonra sağ əlini sol əlinin üstünə qoydu.”

"Səhihi Müslüm”, 1ci cild, səh: 150.

Bu rəvayətdə mürsəldir. Çünki əhli sünnə Əlqəmə ibn Vailin atasından nəql etdiyi rəvayəti mürsəl hesab edirlər.

İbn Həcər ibn Müindən nəql edir:

علقمة بن وائل عن ابيه مرسل .

"Əlqəmə ibn Vail atasından nəql etdiyi mürsəldir.”

"Təhzibut-təhzib”, 7-ci cild, səh: 247; "Təhzibul-kəmal”, 13-cü cild, səh: 193.



4-Əhli beyt (ə) qolu bağlı namaz qılmağı qadağan ediblər. Bəzən

لا تفعل ذلك التكفير .

"O cür əlini sinənə qoyma” və bəzən də

يفعل ذلك المجوس .

"Məcus o, cür edir” ibarətlərilə camaatı bu əməldən çəkindiriblər.

Bəzi rəvayətlərə əsasən bu əməlin kökü əcəm əsirlərinə qayıdır. İkinci xəlifə Ömər ibn Xəttabın bu əməldən xoşu gələrək namazda bu halda dayanmağa göstəriş verdi.

"Cəvahirul-kəlam”, 11-ci cild, səh: 19; "Misbahul-fəqih”, səh: 402.





Hacı İlham Əliyev

İlahiyyatçı



islammaarifinde.com
Category: Şübhə doğuran suallar | Added by: Ənfal
Views: 330 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]