Cümə günü, 2024-04-26, 8:24 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Şübhə doğuran suallar » Şübhə doğuran suallar

PEYğƏMBƏR (s)-in QIZI FATıMƏNıN şƏHADƏTı ƏFSANƏ DEYıL (2CI hissə)
2013-03-25, 4:01 PM
PEYğƏMBƏR (s)-in QIZI FATıMƏNıN şƏHADƏTı ƏFSANƏ DEYıL
(2CI hissə)

ıkinci bölmə:- Möhsin ibn Əlinin şəhadəti:
1- ıbn şəhr Aşub «əl-Mənaqib» kitabında (3/132) Ibn Quteybə Dinurinin «əl-Məarif» kitabından nəql edir: "Fatimənin (s) övladları ibarətdirlər: Həsən, Huseyn, Zeynəb, Ummu Gulsum və Muhsin. Muhsin Fatimənin evinə hucum olunan zaman Qunfuzun zərbəsi ilə həlak oldu”
2- Məsudi «ısbatul-vəsiyyət» kitabında (səh. 142) yazır:- «....Onlar Fatimənin evinə hücum çəkəndə Xanımların seyyidəsini qapı ilə divar arasında elə sıxdılar ki, O, Möhsini ziyan etdi!»
3- şəhrestani «əl-Miləlu vən-nihəl» kitabında (1/57 Beyrut nəşri) yazır: Nizam deyib:- "ömər beyət alınan günü Fatimənin qarnına elə bir zərbə vurdu ki, Fatimə bətnində olan uşağı saldı”
4- Zəhəbi «əl-Mizanul-iitidal» kitabında (1/139, 552-ci bölümdə) yazır:- "...Heç şübhəsiz ömər Fatiməyə elə təpik vurdu ki, hətta Muhsin onun bətnindən ziyan oldu”
5- Səfdi «əl-Vafi bil-vafiyat» kitabında (6/17) yazır:- "Nizam mötəzili bu əqidəyə qaildir ki, ömər beyət alınan günü Fatiməni elə vurdu ki, Muhsini onun bətnindən saldı”
6- ısfəraini Təmimi «əl-Fərq beynəl-firəq» kitabında (107-ci səh) cərəyanı yuxarıdakı ibarətə oxşar şəkildə nəql edib.
7-Həmui Cuvəyni şafei «əl-Fəraidus-səmtəyn» kitabında (2/35)ıbn Əbbasa istinad edərək rəvayət edir:-Rəsulullah(s) buyurdub:-"Həqiqətən mən gözlərimlə görürəm ki, məndən sonra qızım Fatimənin evinə qəm və qüssə varid olur. Görürəm ki, onun ehtiramı sındırılıb haqqı qəsb olunur. Görürəm ki, onun irsi əlindən alınıb qabırğası sındırılır. Fatimə fəryad edir ya Muhəmməda! Kimsə onun fəryadına cavab vermir”
8- ıbn Əbil Hədid Mötəzili «şərhu nəhcul-bəlağə» kitabında (14/192 Beyrut nəşri) yazır:- "Muşriklərdən bir dəstə o cümlədən Hibbar ibn Əsvəd Rəsulullahın qızı Zeynəbi incitmək qəsdi ilə (Zeynəb Məkkədən Mədinəyə tərəf yola düşmüşdü) onu təqib edirdi. Zeynəbin dəvəsinə birinci özünü yetirən Hibbar ibn Əsvəd oldu. Hibbar yetişən kimi əlindəki nizəni Zeynəbin kəcavəsinə tərəf atdı. Zeynəb bu vaxt hamilə idi və ona olunan hucumdan bərk qorxdu. Mədinəyə yetişəndə bətnindəki uşaq ziyan oldu. Ona görə də Rəsulullah (s) əmr etdi ki, hər yerdə Hibbar ibn Əsvədi gördülər onu qətlə yetirsinlər”
ıbn Əbil Hədid bu xəbəri nəql edəndən sonra deyir: Mən bu xəbəri Nəqib Əbu Cəfərə oxudum. Nəqib dedi:- "Rəsulullah (s) Hibbar ibn Əsvədin qanını Zeynəbi qorxudub onun bətnindəki uşağın ziyan olduğuna görə mubah edib. Elə isə əgər Rəsulullah (s) dünyada olsaydı heç şübhəsiz Fatiməni qorxudub uşağının ziyan olmasına səbəb olanların qanını da mubah edərdi”
ıbn Əbil Hədid deyir: Nəqibə dedim ki, «Bir dəstə Fatimənin evinə hücum edib onu qorxutdular və nəticədə Fatimə bətnindəki uşağı saldı» xəbəri sənin adından nəql etməyə icazə verirsənmi? Nəqib dedi:- "Yox! Mənim adımdan nəql etmə və xəbərin batil olmasını da mənim tərəfimdən nəql etmə. çünki mən bu barədə heç bir fikir söyləmirəm”
Nəqibin söylədiklərini təhlil edəndə məlum olur ki, Fatimənin uşağını salması hadisəsi onun üçün sübuta yetmiş olub. çünki bu xəbər sübut olmasaydı mənsub olduğu sünnü məzhəbinin əqidəsinə görə gərək onu inkar edəydi. Deyərdi ki, xeyir mən bu xəbəri batil olduğu üçün qəbul etmirəm və onun yalan olduğunu mənim tərəfimdən nəql et. Amma məlum olur ki, xəbərin səhih olduğu ona sübüt olub, lakin məzhəbinə olan təəsübü qəti şəkildə onu təsdiq etməyə imkan verməyib. Nəticədə bu macəranı qəti şəkildə təsdiq etməyib hadsənin baş verməsində şəkk etdiyini bildirib.
üçüncü bölmə: Əbu Bəkr səhv və xəta etdiyini etiraf edir.
Fəsilin kamil surətdə başa çatması üçün bu bölmədə Əhli sünnət alimlərinin kitablarında Əbu Bəkrin ömrünün axırlarında aşkar şəkildə Fatmənin evinə hucum haqqında etdiyi səhvlərinə etirafı haqqında xəbərləri dərc edirik. Bu barədə rəvayətlərin çox olmasına baxmayaraq biz yalnız onların bəzilərinə işarə edirik.
1- ıbn Cərir Təbəri "Tarixul-uməmi vəl-muluk” (2/619) "....Əbu Bəkr dedi:- Dünyada heç bir şey haqqında təəsüf etmirəm. Yalnız gördüyüm üç işə görə təəssüf edirəm. Ey kaş onları etməyəydim!......Ey kaş Fatimənin evinə qarşı hörmətsizlik etməyəydim, hətta əgər mənə qarşı müharibə elan etsəydilər!”
2- Məsudi «Murəvvicuz-zəhəb» (2/194) "....Əbu Bəkr dedi:- Mənim əncam verdiyim üç işdən başqa heç bir şeydən qorxum yoxdur. ....Ey kaş Fatimənin evinin təftişinə əmr verməyəydim”
3- Təbərani «əl-Mucəmul-kəbir» (1/62) "....Əbu Bəkr dedi:- Ey kaş Fatmənin evinə hucum etməyəydim. Gərək onları öz başlarına buraxaydım hətta mənim əleyhimə müharibə əhdi-peymanı bağlayaydılar”
4- ıbn Əbil Hədid «şərhu Nəcil-bəlağə» (2/47) "....Əbu Bəkr dedi:- Ey kaş Fatimənin evinə hücum etməyəydim! Gərək oranı öz başına buraxaydım, hətta əgər mənim əleyhimə müharibə etməyə əhdi-peyman bağlayaydılar”
5- Muttəqi «Hindi Kənzul-ummal» kitabul-xilafət (5/631) "....Əbu Bəkr dedi:- Ey kaş Fatimənin evinə hucum etməyəydim! Gərək oranı öz başına buraxaydım, hətta əgər mənim əleyhimə müharibə etməyə əhdi-peyman bağlayaydılar”
Bu məsələni eyni və ya oxşar ibarətlərlə kitablarında nəql edən əhli sünnət alimlərinin bəzilərinə işarə edirik.
1- Dəhləvi Hindi «ızalətul-xifa» 2/29 2- Zəhəbi «Mizanul-iitidal» 2/215
3- ıbn Həcər Əsqəlani «Lisanul-mizan» 4/219 4- ıbn Quteybə Dinuri «əl-ımaməti vəs-siyasət» 1/18 5- Hafiz Əbu Ubeyd «əl-Əmval» səh. 194
Əhli sünnətin böyük alimlərinin kitablarında Əbu Bəkrin dilindən nəql olunmuş etirafları mutaliə edən insaf sahibi olan hər bir insan ağlını və vicdanını hakim qərar versə Fatimənin evinə hücum edib oranı yandırmaq məsələsi ona asanlıqla sübüt olar. Əbu Bəkrin etirafı məsələni malalayıb evin yandırılmasının baş vermədiyini fəqət ömərin yandırmaqla onları qorxutmaq istədiyini iddia edənlərə möhkəm bir cavabdır. Onlar iddia edirlər ki, ömər yandırmaqla qorxudandan sonra onlar evdən adi şəkildə çıxıb beyət etdilər. Fatmənin evi yandırılmadı və heç kəsdən zorla beyət alınmadı.
Cavab:- Əgər beyət alma adi şəkildə olubsa və evi yandırma məsələsi olmayıbsa bəs onda Əbu Bəkrin peşiman və təəssüf etməsinə yer yoxdur. Nəyə görə Əbu Bəkr etdiyi işin səhv və ona görə peşiman olduğunu bildirirdi? Əbu Bəkrin bu peşimançılığından və etiraf etməsindən məlum olur ki, beyət almada yəqinən Peyğəmbərin (s) Əhli beytinə qarşı sonsuz dərəcədə hörmətsizlik olunub.
ıkinci Fəsl:- Fatiməye Zəhranın (s.ə) narazılıqlarına bir işarə
Əhli sünnətin bəhs etməkdən boyun qaçırdıqları məsələlərdən biri Həzrət Fatimənin (s.ə) şeyxlərdən narazı olması məsələsidir. çünki Fatmənin (s.ə) narazılığı Rəsulullahın (s) narazılığı və nəticədə Allah-taalanın narazılığıdır. Əhli sünnətin sələflərinin etimad etdikləri böyük alimlərə istinad edərək bu məsələni və ona dair dəlilləri araşdıracağıq. Nəticə çıxarmağı isə vicdanlı, insaflı və şuurlu insanların öhdəsinə qoyuruq.
Birinci bölmə:- Fatimənin gecə dəfn olunması
Həzrət Fatimənin (s.ə) narazı halda dünyadan getməsini sübut edən dəlillər təkcə şiə mənbələrində deyil, əhli sünnətin mötəbər saydıqları mənbələrdə də zikr olunub.
Maraqlıdır nə səbəbə Rəsulullahın (s.ə) əziz qızı gizli dəfn olunmasını vəsiyyit edib?
Sualın cavabını gərək əhli sünnətin mötəbər mənbələrindən arayıb çıxaraq.
1- Muhəmməd ibn ısmail Buxari "Səhih Buxari” kitabında (5/77 Beyrut nəşr ihyaut turas) səihih saydığı sənədlə Aişədən nəql edir: "....Fatimə Fədək məsələsinə görə qəzəbli halda Əbu Bəkrdən ayrıldı və ölənə qədər onunla danışmadı. Fatimə Rəsulullahdan (s) sonra altı ay yaşadı. Fatimə vəfat edəndə həyat yoldaşı Əli onu gecə dəfn etdi. Əbu Bəkrə ona namaz qılmağa və dəfndə iştirak etməyə icazə vermədi.....”
Əhli sünnət alimlərinin nəzərində "Səhih Buxari” kitabı Allahın Quranından sonra ən etibarlı və dəqiq kitabdır. ("Səhih Muslim” 1/15, "ırşadus-sarı”1/19)
2- Əhməd Beyhəqi "əs-Sünənul-kubra” kitabında (6/300 Beyrut nəşri) yazır:- "Fatimə Əbu Bəkrə qəzəblənib ondan üz döndərdi. Ondan ayrılıb ölənə qədər Əbu Bəkrlə danışmadı. Əli Fatiməni gecə ikən dəfn etdi”
Buna oxşar daha çox rəvayətlər əldə etmək üçün Gəncinin "Kifayətut-talib” kitabının 225-ci səhifəsinə, şeybaninin "Təsəyyərul-vusul ila camiul-usul” kitabının 1-ci cildinin 209-cu səhifəsinə və "ıhqaqul-həqq” kitabının 10-cu cildinin 479-cu səhifəsinə müraciət edə bilərsiniz.
3- Muslim ibn Həccac ("Səhih Muslim” 3/1380 Misir çapı) "Fatimə vəfat edəndən sonra əri Əli gecə ikən ona namaz qılıb dəfn etdi. Əbu Bəkrə xəbər vermədi ki, gəlib ona namaz qılıb dəfnində iştirak etsin”
4- ümumiyyətlə bu haqda daha geniş məlumat üçün ıbn Əsir "əl-Kamil fit-tarix” kitabında 2/126, "Səhih Buxari” kitabul-məğazi 3/38, Muhəmməd ibn Cərir Təbəri "Tarixurrəsul və-muluk” 2/448, "Səhih Muslim” 1/72 və 5/153, ıbn Əbil Hədid "şərhu nəcul-bəlağə” 1/122, Məsudi "Murəvvicuz-zəhəb” 2/144, "Tənbih vəl-Əşraf” səh. 250, "əs-Səvaiqul-muhriqə” ıbn Həcər Heysəmi 1/12, "əl-ıstiab” ıbn Əbdulbir 2/244, "Tarixul-xəmis” Diyar Bəkri 1/193, "əl-ımamətu vəs-siyasət” ıbn Quteybə 1/14, "əl-Bəda vət-tarix” Muqəddəsi 5/66. Bu kitabların hamısında belə bir ibarətlə nəql ilunub:- "Fatimə ilə Əbu Bəkr arasında Rəsulullahın irsi haqqında baş verən ixtilafı Muəmmər Zuhəridən, O da Aişədən nəql edib ki;- Həzrət Zəhra ondan üz döndərdi, vəfat edənə qədər bir daha onunla danışmadı. Fatimə Peyğəmbərin (s) vəfatından sonra altı ay yaşadı. Vəfat edəndən sonra əri Əli onu dəfn etdi və Əbu Bəkrə dəfndə iştirak edib ona namaz qılmağa icazə vermədi”
5- Hafiz Əbduddin Muhəmməd ibn Əbi şeybə ("əl-Musənnəf” 4/141) yazır: "Həqiqətən Əli Fatiməni gecə vaxtı dəfn etdi”
6- Ubey Fəllah Hənbəli ("şuzuratuz-zəhəb” 1/15, Qahirə çapı) yazır: Əli ilə Əsma bintə Umeys Fatiməyə qusl verdilər və gecə onu dəfn etdilər.
7- Syuti ("əs-Suğurulbasimə” səh.15 Bombey çapı) yazır: Fatimənin əri Əli ona qusl verəndən sonra namazını qılıb gecə onu dəfn etdi.
8- Əbdurrəhman ibn Əmr Dəməşqi:- ("Tarixu Əbi Zərə” 1/290 Dəməşq çapı) yazır: Fatimə atasından altı ay sonra vəfat etdi. Əli ibn Əbi Talib onu gecə dəfn etdi.
9- ıbn Əbil Hədid ("şərhu nəcul-bəlağə” 6/50) yazır:- Mənim yanımda Fatmənin vəfat etdiyi zaman Əbu Bəkr və ömərə qəzəbli olması xəbəri səhihdir. Həqiqətən Fatimə vəsiyyət etmişdi ki, o iki nəfər onun cənazəsinə namaz qılmasınlar.
Xatırlatmaq lazımdır ki, istinad olunan mənbələrdə Fatimənin gecə dəfn olunması ilə bərabər Onun Əbu Bəkrdən üz döndərməsi də xatırlanır. Fatimə ömrünün axırına qədər onunla danışmayıb. Bu Fatimənin dünyadan gedəndə ona qarşı necə qəzəbli olmasını göstərir.

Görəsən Rəsulullahın ürəyini bu cür dağlayanlar Qiyamətdə o Həzrətlə necə üz-üzə gələcəklər? O Həzrətə əmanət qoyduğu yeganə yadigarını ondan sonra işgəncələrlə yola saldıqlarına dünyada olduğu kimi hansı donu geyindirəcəklər? Bəlkə əziz qızının başına gətirdikləri müsibətlərə görə yaxşı etmişik deyəcəklər?

ardı var...


Category: Şübhə doğuran suallar | Added by: Ənfal
Views: 1150 | Downloads: 0 | Comments: 1 | Rating: 0.0/0
Total comments: 1
0  
1 AGAHUSEYN   (2013-04-22 7:19 PM) [Daxil et]
ƏN doğrusunu ALLAH bilir ki,onlar Qiyamətdə o Həzrətlə göruşduyleri zaman nece uz -uze gelecekler,hele RESULULLAHİN (s) gözunun nuru olan imam HUSEYNİNİ susuz oldurenler göresen ne edeceklər?Eledikleri emel nece de böyuk gunahdir,ne pis emeldir.(ALLAH BİZİ QİYAMETDE EHLİ -BEYT(S) AYRİ SALMASİN,İNŞƏLLAH)

Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]