Cümə günü, 2024-04-26, 2:25 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Şübhə doğuran suallar » Şübhə doğuran suallar

PEYğƏMBƏR (s)-in QIZI FATıMƏNıN şƏHADƏTı ƏFSANƏ DEYıL
2013-03-25, 4:02 PM
Əhli-sünnə mənbəylərində bu gün sizə 3 -4 hissədə Xanım Zəhranın(ə) necə şəhid olduqunu ətraflı çatdıracıyıq..

PEYğƏMBƏR (s)-in QIZI FATıMƏNıN şƏHADƏTı ƏFSANƏ DEYıL
(1ci hissə)
«O kəslər ki, Allahı və Onun Peyğəmbərini incidərlər Allah dünyada və axirətdə onlara lənət eləmişdir. Onlar üçün həqarətli bir əzab hazırlamışdır». (Əhzab ayə. 57)
«Fatimə mənim canımın bir parasıdır hər kəs ona əziyyət etsə elə bil mənə əziyyət edib» (Səhih Buxari və Səhih Muslim)
Müqəddimə:
Bu məqalə Rəsulullahın (s) vəfatından sonra yeganə qızı Fatimənin (ə) şəhadətini, Əhli beytə qarşı törədilmiş cinayətləri və zülmləri ya cəhalətdən yaxud da inadkarlıqdan inkar edib onu sübutsuz əfsanə adlandıranlara və həzrət Fatiməyə olunmuş sitəmləri, evinə hücum çəkib yandırılmasını, gecə vaxtı təşiyyə cənazə olub məxfi surətdə dəfn olunmasını və şəhid olana qədər bəzilərindən narazı olmasını inkar edənlərə cavabdır!
Həqiqətdən xəbərsiz və tarixi təhqiqat etməyə fürsəti olmayanlar bu həqiqətləri inkar edənlərin meydana atdığı şübhələri eşidəndə sadəlövhlüklə onlarin dediklərini qəbul edirlər. Bu cür sadəlövhlər tarixi kitablar və həqiqətlərin araşdırılması zəminində yazılmış kitabları mutaliə etsələr başa düşəcəklər ki, islam tarixinin bu kəşməkeşli yolları nə qədər acınacaqlı bir yol keçib. ıslam dininin keşiyində durmuş və rəsulullahın Əhli-beytinin qeyrətini çəkən alimlər bu məsələləri gizlətməyə çalışıb irad etdikləri şübhələri heç vaxt cavabsız qoymamışlar. Amma yenə də bəziləri yenidən həmin cavabı verilmiş şübhələri yeni üsullarla meydana gətirməyə çalışırlar. Tarixin acı səhifələrindən xəbəri olmayan yeni nəsli təzədən şübhəyə salmaq istəyirlər. Onlar qarşılarında qoyduqları vəzifələrinə yaxşı əməl edirlər. Biz Peyğəmbər (s) Əhli beytinin məhəbbətini qəlbimizdə daşıdığımızı iddia etdiyimiz halda görəsən vəzifəmizi bilib ona əməl edirikmi? ıslam tarixinin mühüm məsələləri haqqında axtarış aparırıqmı? Bir para qərəzli yazıçıların qələmləri altında həqiqət itib savadsız kütlələri azdırmağa xidmət etdiyi zamanda bu məsələləri mutaliə edib camaata çatdırmaq bizə daha çox vacibdir.
Xatırladaq ki, bu məqalə qeyri şiələr tərəfindən irad olunmuş şübhələrə cavab əsasında tərtib olunduğuna görə bütün istinad mənbələri əhli sünnətin mötəbər saydıqları kitablardan əxz olunmuşdur. Əsl həqiqətdə şiə məzhəbinin Koleyni, Səduq, Təbərsi, Məclisi və Əmini kimi istinad nöqtələri olduğu halda əhli sünnətin kitablarına ehtiyac yoxdur. çünki şiə alimləri islamın 14 əsrlik tarixində min bir əziyyətlərə qatılaraq bəzən də qanları bahasına Əhli-beytin səhih hədislərini hifz edib bizə çatdırmışlar. ümüd edirik Əhli-beytin eşqi ilə nəfəs alan qardaşlar bu qısa məqaləni oxumaqla daha dərin təhqiqatlar aparmaq imkanı əldə edəcəklər.
Birinci fəsl: - «Fatiməye Zəhranın (s.ə) çəkdiyi müsibətlər»
1-ci şübhə: Fatimənin (s) evinə od vurulub oğlu Möhsinin şəhid olunması və s....kimi hadisələrin yalnız siələrin uydurmaları olduğunu iddia edilməsi.
Bu şübhəni irad edənlər həqiqətdən xəbərdar olmayan insanları azdırmaq üçün deyirlər ki, bütün bunların heç bir etibarlı sənədi yoxdur. Deyilənlər ancaq şiə kitablarında nəql olunub. Hicrətin 3-cü əsrindən bu yana əhli sünnət alimlərinin kitablarında bu dəhşətli hadisəyə dair yazdıqlarını göstərəcəyik. Onları mutaliə edəndən sonra hadisələrin nəqlinin yalnız şiə məzhəbinə məxsus olmadığının şahidi olacaqsınız.
Xatırladırıq ki, bu mənbələr əslində ərəb dilində yazılıb və Azərbaycanda çox cüzi bir kütlənin bu dili bildiyi üçün onlar bundan istifadə edib həqiqəti arxayınlıqla inkar edirlər. Amma bununla belə Allah-təala heç vaxt haqqı xəyanətkarların əlində məhv olmağa qoymur.
Birinci bölmə: -Fatimənin evinə hucum və onun odlanması:
Bu məsələ ətrafında əhli sünnətin kitablarında çoxlu rəvayətlərin nəql olunmasına baxmayaraq biz onlardan bir neçəsini dərc edirik.
1."...ömər Fatimənin evinə tərəf yollandı və onun evinə yetişəndə dedi:- Ey peyğəmbərin qızı and olsun Allaha sənin atandan başqa heç kəs bizə əziz deyil və atandan sonra heç kəs bizə sənin qədər əziz deyil. Lakin and olsun Allaha bu məhəbbət heç vaxt başına yığdığın adamlara görə evi yandırmaq əmrini verməkdə mənə mane ola bilməz” ıbn Əbu şeybə (hicrətin 235-ci ildə vəfat edib "əl-Musənnəf” 7/432 hədis 37045 Beyrut nəşri kitabu məğazi –ma caə fi xilafət Əbi Bəkr).
2- «....Sonra Əbu Bəkr öməri Əlinin evinə yığışanların ardınca göndərdi. Onlar evdən çıxmaqdan imtina etdilər. Bu zaman ömər əmr etdi ki, odun gətirsinlər və Əlinin evinə yığışanlara dedi:- And olsun o kəsə ki, ömərin canı onun əlindədir! Gərək evdən çıxasınız. Əgər evdən çıxmasanız evi içindəkiləri ilə yandıracağam.
Orada olanlardan biri ömərə dedi:- Bilirsən ki, Fatimə də evdədir?
ömər dedi:- Hətta Fatimə də evdə olsa belə yandıracağam....» (ıbni Quteybə. (hicrətin 276-cı ilində vəfat edib) "əl-ımamətu vəs-siyasət” 1/12 Misir nəşri).
Xatırladaq ki, bəzi əhli sünnət alimləri "əl-ımamətu vəs-siyasət” kitabının müəllifinin ıbn Quteybə olduğunu inkar edirlər. Onların cavabında deyirik:- Muhəmməd Fərid Vəcdi "Dairətul-məarif” kitabının 3-cü cildinin 750-ci səhifəsində yazır:- ıbn Quteybənin "əl-ımamətu vəs-siyasət” kitabı xilafət məsələsi haqqında yazılmış ən qədim və etibarlı kitablardan biridir.
3- "Əbu Bəkr Əlidən beyət almaq üçün onun ardınca adam göndərdi, amma Əli beyət etmədi. Bu vaxt ömər Əlində məşəl Əlinin evinə tərəf yollandı. Fatimə qapının arxasından ömərə dedi:- Ey Xəttabın oğlu nə xəbərdir, mən səni evimin qapısını odlayan görürəm?
ömər dedi:- Bəli! Məni inkar etmək sənin atanın dinindən ağırdır” (Bəlazəri (hicrətin 279-cu ilində vəfat edib) "Ənsabul-əşraf” 1/576 Misr nəşri, səqifə əhvalatı hədis 1184).
4- «Təlhə, Zubeyr və mühacirlərdən bir dəstə Əlinin evində cəm olduqları bir vaxt ömər ibn Xəttab ora gəlib dedi:-And olsun Allaha əgər beyət etmək üçün çölə çıxmasanız evi sizin üstünüzə yandıracağam» (Təbəri (hicrətin 310-cu ilində vəfat edib) "Tarixul-uməmi vəl-muluk” 2/443 nəşr Beyrut).
5- «....sonra Əmirulmöminin bir dəstə tərəfdarları ilə öz mənzilində yığışıb mübarizəyə əl atdılar. çünki Peyğəmbər ona bu cür göstəriş vermişdi. Bu vaxt bir dəstə onun evinə hücum çəkib evinin qapısını odladılar. Onu zorla evdən çıxartdılar. Hücum çəkənlər qadınların seyyidəsi (Fatiməni) qapı ilə divar arasında elə sıxdılar ki, hətta bətnindəki uşağı Möhsin ziyan oldu» (Məsudi (hicrətin 346-cı ilində vəfat edib) "ısbatul-vəsiyyət” səh 142 hekayətus-səqifə bəhsi).
6- "Əbu Bəkr ömərə göstəriş verdi ki;- Əgər Əlinin evinə yığışanlar evdən çıxsmaqdan imtina etsələr onda onlarla cəng et. ömər də əlində məşəl Fatimənin evinə tərəf yollandı ki, oranı odlasın. Bu arada ömər Fatimə ilə qarşılaşdı. Fatimə ona dedi:- Ey Xəttabın oğlu mənim evimi yandırmağa gəlmisən? ömər dedi:- Bəli, necə ki, ümmət Əbu Bəkrə beyət edib gərək siz də beyət edəsiniz......” (ıbn Əbdi Rəbbih (hicrətin 327-ci ilində vəfat edib) "Əqdul-fərid” 3/64 nəşr Misir)
7- ıbni Əbil Hədid (hicrətin 655-ci ilində vəfat edib, "şərhu Nəhculbəlağə” 2/56 nəşr Beyrut) Covhəridən (4-cü əsrin alimlərindəndir "Səqifə və Fədək” kitabının müəllifidir. Əhli sünnətin bu mövzuda ən mühüm mənbələrindən sayılır) nəql edib:- "..... ömər onlara tərəf yollandı və onlara dedi:- And olsun o kəsə ki, mənim canım onun əlindədir ya gərək beyət etmək üçün evdən çıxasınız ya da ki, evi sizin üstünüzə yandıracağam” Həmçinin adı çəkilən kitabın həmin səhifəsində Covhəri Əbu Bəkrin dilindən nəql edir:- "....Bu zaman ömər evi odlamaq üçün onlara hücum çəkdi. Zubeyr əlində qılınc ömərin üstünə gəldi”
Müəllif Kitabın 2-ci cildinin 57-ci səhifəsində yazır:-" Əbu Bəkr dedi:- Ey ömər və ey Xalid ibn Vəlid! Durun ayağa və onların üstünə gedin. O iki nəfəri mənim yanıma gətirin. Sonra o iki nəfər Əlinin evinə tərəf yollandılar. ömər içəri daxil oldu və Xalid ibn Vəlid qapının astanasında dayandı”
Qeyd:-Bəziləri ıbn Əbil Hədidin Sünnü olmasında şübhə ediblər. Cavabında deyirik ki, Zəhəbi"Sirətu ə`əlamunnəbla” kitabında (23/274) yazır:-"ıbn Əbil Hədid kəlam, nəzm, nəsr və bəlağət elminin ərbablarındandır. O mötəzili məzhəbindən olubdur”.
8- "əl- Muxtəsər fi əxbaril-bəşər” (Misr nəşri 1/156. müəllif Ismayil ımaduddin 732-ci ildə vəfat edib). "... Sonra Əbu Bəkr ömərə Əli və onun ətrafına yığışanları Fatimənin evindən çıxarmağı göstəriş verdi. Əbu Bəkr ömərə göstəriş verdi ki, əgər onlar evdən çıxmaqdan imtina etsələr onlarla cəng etsin. ömər də əlində məşəl Fatimənin evinə tərəf yollandı ki, oranı odlasın. Fatimə ona dedi:- Hara gəlirsən istəyirsən evimizi yandırasan? ömər dedi:- Bəli, əks halda gərək siz də ümmət kimi Əbu Bəkrin beyəti altına daxil olasınız”
9- ömər Rza Kuhalə, əhli sünnətin müasir alimlərindəndir. "Ə`əlamunnisa” kitabında Beyrut nəşri, "F” hərfi bölməsində Fatimə bintə Muhəmməd adı altında istinad mənbələrini söyləyib yazır:- "... ömər Fatimənin evinə tərəf yollandı fəryad çəkirdi. Evdə yığışanları Əbu Bəkrə beyət etmək üçün çölə çıxmağa çağırırdı. Amma onlar evdən çıxmağa imtina edirdilər. Bu zaman ömər odun gətirməyi əmr etdi və and içdi:- And olsun o kəsə ki, ömərin canı onun əlindədir! Ya evdən çıxın ya da ki, evi onun içində olanların üstünə yandıracağam. Bir nəfər ömərə dedi:- Ey Əbu Həfs! Fatimə bu evdədir! ömər dedi:- Hətta Fatimə belə bu evdə olsa yandıracağam”
10- Əbdul Fəttah Əbdul Məqsud, əhli sünnətin müasir alimlərindəndir. "əl-ımam Əli ibn Əbu Talib” kitabında (Beyrut çapı 1/190) yazır:- ".... Bəli belə deyirlər ki, ömər ibn Xəttab o gün əshabı ilə bir yerdə Fatimənin evinə tərəf yollandı. ömər bu nəticəyə yetişmdi ki, musəlmanlar arasında vəhdəti və sakitliyi qorumaq üçün yeganə yol oddur”
12- Muhəmməd Hafiz ıbrahim (1351-ci hicri ilində vəfat edib):- Əhli sünnətin müasir və mühüm saydıqları şairlərdəndir. Divanında (Beyrut nəşri.1/82 öməriyyə qəsidəsində) deyib:- Və qovluhu li Əliyyin qaləha Omər, Əkrim bi samiiha əəzim bi mulqiha.
Hərrəqtu darəkə la əbqi ələyha biha, ınləm tubaye bə bintul Mustəfa fiha.
Tərcümə: "ömər necə də Əliyə gözəl deyib, Bu kəlamı eşidəni əzizlə və deyəni böyük bil. Evini odlayaram və qoymaram orda qalasan, Əgər beyət etməsən hətta Mustəfa qızı Fatimə evdə olsa yandıraram!”
Söhbətimizin əvvəlində işarə etdiyimiz kimi əhli sünnət alimlərinin bu mövzuya dair nəql etdikləri rəvayətlər çoxdur. Onların hamısını burada nəql etməyə imkan olmadığından biz mövzuyla bağlı bir neçə əhli sünnət aliminin ünvanını sizə yaddaş kimi göstəririk. Onların nəql etdikləri rəvayətlər yuxarıdakılarla oxşarlıq təşkil etdiyindən onları nəql etmədən ünvanlarını sənədli şəkildə dərc edirik:
1- "Kənzul-ummal” 5/651 müəllif: Muttəqi Hindi
2- "Nihayətul-ərib fi fununil-ədəb” 19/40 müəllif: Nuveyri
3- "əl-Vafi bil-vafiyat” 17/311 müəllif: Səfdi
4- "əl-ıstiab” 3/975 müəllif: ıbn Əbdulbir
5- "Tarix Yəqubi” 2/123 müəllif: Yəqubi
Əhli sünnətin mühüm saydıqları kitablarda Fatimənin evinə olunan hücumlar və yandırılması haqqında rəvayətləri mutaliə edəndən sonra məlum olur ki, bu hadisənin baş verməsi inkar olunmaz dəlillərə malikdir. Baxmayaraq ki, bir dəstə cahil və mütəəssib adamlar onun müqabilində ya sükut ediblər ya da inkar etməyə çalışıblar. Əlbəttə bu macəranı üçüncü fəsldə ətraflı şəkildə təhlil edəcəyik. ardı var
Category: Şübhə doğuran suallar | Added by: Ənfal
Views: 1245 | Downloads: 0 | Rating: 3.5/4
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]