Bazar günü, 2024-05-05, 9:06 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Şübhə doğuran suallar » Şübhə doğuran suallar

Şübhə doğuran suallar
2012-10-19, 7:21 AM
PEYĞƏMBƏR (S) ƏBU-BƏKRIN XILAFƏTƏ TƏ'YIN OLUNMASINA IŞARƏ EDIBMI?
Bə'zi müsəlmanlar Əbu-Bəkrin xilafətə daha layiq olmasına və Peyğəmbərin (s) buna işarə etməsinə istinad edirlər. Buna səbəb İbn-əl-Cəvzininin öz sənədilə Əlidən (ə) rəvayət etdiyi hədisdir, Əli (ə) deyir: "Peyğəmbər (s) vəfat edərkən, Əbu-Bəkri, namaz qılmaq üçün təqdim etdi. Peyğəmbərin (s) dinimiz üçün razı bildiyini, biz də dünyamız üçün razı bildik və Əbu-Bəkri təqdim etdik." { İbn-əl-Cəvzi. "Səfvətus-səfvə" kitabı. } Bu rəvayət ağ yalandır. Əlidən (ə) bu hədisin rəvayət olunmasını iddia edənlər bilməlidirlər ki, O Həzərət və ətrafında cəm olan məşhur səhabələr Əbu-Bəkrə müxalif olunmuş və yalnız altı aydan sonra ona bey'ət etmişdir. Əgər bu rəvayət doğrudursa, onda gərək İmam Əli (ə) ən əvvəl bey'ət etməliydi. 

Əlinin (ə) Əbu-Bəkrə müxalif olması bu rəvayətin saxta olmasına kifayət edir. Buna əlavə olaraq adı çəkilən rəvayətin yalan olmasını başqa dəlillərdə sübuta yetirir: 

1. Peyğəmbərin (s) şərafətli ömrünün axır anlarında bayrağı Üsamə ibn Zeydin əlinə bağlaması və səhabələrə onunla yola çıxmasına əmr etməsi. Halbuki, həmin ordunun sıralarında Əbu-Bəkr, Ömər və Əbu-Übeydə kimi mühacirlərin böyükləri də var idi. Əgər Peyğəmbər (s) Əbu-Bəkri özündən sonra xəlifə tə'yin etmək istəsəydi, onu həmin orduya qoşmazdı. 

2. Əgər yuxarıda deyilən rəvayət doğrudursa, onda Əbu-Bəkr "Səqifə" günü mübahisəni həll etmək üçün dəlil gətirməyə ehtiyac duyduğu bir vaxtda öz müxalifətlərinə dəlil gətirərdi. Lakin gördüyümüz kimi bunun əvəzinə o, dəlil gətirərək demişdir: "Qureyş qəbiləsi, ərəblərin ən nəcabətlisidir." 

3. Bütün bunlara uyğun olaraq həqiqətəndə bu rəvayət, Əlinin (ə) xilafətə tə'yin olunmasını sübuta yetirən ən qəti hədisləri saxtalaşdırır.
Category: Şübhə doğuran suallar | Added by: Ənfal
Views: 672 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]