Cümə axşamı, 2024-04-25, 11:43 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Şübhə doğuran suallar » Şübhə doğuran suallar

İmam Əlini (ə) kim və nə baxımdan Yer üzünün dördüncü xəlifəsi adlandırmışdı?
2012-12-20, 7:01 AM
İmam Əlini (ə) kim və nə baxımdan Yer üzünün dördüncü xəlifəsi adlandırmışdı?

 İmam Əli (ə) həmişə Peyğəmbərlə (s) bir yerdə olmuş və İslam yolunda hər bir fədakarlığı əsirgəməmişdir. Bir gün Peyğəmbərə (s) buyurur: "Ey Allahın Rəsulu! Bir dəfə Mədinə yolunda uzun boylu bir kişi ilə rastlaşmışdıq. Bu uzun boylu kişi böyük bir ehtiramla Peyğəmbərə (s) salam verir və halını soruşur. Sonra üzünü mənə çevirib, deyir: "Allahın salamı sənə olsun, ey dördüncü xəlifə”. Sonra Peyğəmbərə (s) baxıb dedi ki: "Məgər belə deyildir?”.


Həzrət Peyğəmbər (s) də onu təsdiq edir. Sonra bu qoca kişi çıxıb getdi. Onun siması çox nurlu idi və necə də böyük bir şəxsiyyət idi. Məni niyə dördüncü xəlifə adlandırdı? Ey Peyğəmbər (s)! Bu qoca kişinin dedikləri nə idi? Siz də onu təsdiq etdiniz”. Həzrət Peyğəmbər (s) buyurdu: "O, düz söz deyirdi. Həqiqətən, sən onun dediyi insansan. Allah Quranda buyurur: "Və (yadına sal) o zaman(ı) ki, Rəbbin mələklərə dedi: «Həqiqətən Mən yer üzündə bir canişin (Allahın oradakı nümayəndəsi, ya da oranın nəsli kəsilmiş qədim sakinlərinin canişini) qoyacağam». ("Bəqərə” 30). Birinci xəlifə Həzrət Adəm (ə) idi. Quran buyurur: "(Sonra dedik:) «Ey Davud! Biz səni yer üzündə (Öz) xəlifə(miz) etdik”. ("Sad” 26). İkinci xəlifə Həzrət Davud (ə) idi. Quran buyurur: «Qövmümün içində canişinlik et, islahla məşğul ol və fəsad törədənlərin yoluna tabe olma». ("Əraf” 142). Harun üçüncü xəlifə idi.

Quran buyurur: «Allah və Onun Peyğəmbəri müşriklərdən uzaqdırlar (onlarla heç bir əhd-peymanları yoxdur)» ("Tövbə” 3). Allah və Peyğəmbəri (s) tərəfindən elan edən sənsən! Sən Vəsi və vəzirsən! Sən mənim üçün Harun Musa (ə) üçün nə idisə, osan. Ancaq məndən sonra peyğəmbər gəlməyəcəkdir. Ona görə də bu hündür boylu qoca kişi səni dördüncü xəlifə adlandırmışdı! Bilmək istəyirsən ki, o kimdir?”. İmam Əli (ə) buyurdu: "Bəli!”.

Həzrət Peyğəmbər (s) buyurdu: O, sənin qardaşın Xızr (ə) idi”.



(Tebyan/ Deyerler.org)
Category: Şübhə doğuran suallar | Added by: Ənfal
Views: 1257 | Downloads: 0 | Comments: 2 | Rating: 5.0/2
Total comments: 2
0  
2 GADİR   (2012-12-20 9:59 PM) [Daxil et]
Salam aleykum.
Allah razi olsun. Bu haqda nəgədər fikir rəvayət və mövzu axtarirdim,nə deməkdir 4-cü xəlifəlik və bildiyiniz kimi 4-cü xəlifəlik yozumu başqa mənalara çevrilirdi, əhli sunnə siyasi vəzifələrə aid ömər və sayra adlarla bağlayirdi xəlifəliyi, "nəscül Bələğədə" ömər haqinda Əmirəl Mö`minin(ə.s.) tərəfindən deyilən fikir mənə kifayət edər "...iki tərəfdən qarin şişirdmək...". Və belə gözəl dəlil Qur`ani-Kərimdən, əhli sunnənin söylədiyi xəlifəliyi ləğv edir.
Qur`ani-Kərimdən belə rəvayət mənə rast gəlməmişdi aydin olmamişdi.
ALLAH RAZİ OLSUN!!! ƏHSƏN! clover
SALAM ALEYKUM ƏYUHƏN-NƏBİYYU VƏ RƏHMƏTULLAHİ VƏ BƏRƏKƏTUH.

0  
1 GADİR   (2012-12-20 8:35 AM) [Daxil et]
Salam aleykum.
Allah razi olsun. Bu haüda nə xdirki rəvayət axtarirdim,nə deməkdir və bildiyiniz kimi 4-cü xəlifəlik yozumu başqa mənalara çevrilirdi siyasi vəzifə aid ömər və sayra, "nəscül Bələğədə" ömər haqinda Əmirəl Mö`minin(ə.s.) tərəfindən deyilən fikir mənə kifayət edər "...iki tərəfdən qarin şişirdmək...". Və belə gözəl dəlil
Qur`ani-Kərimdən mənə aydin olmamişdi.
ALLAH RAZİ OLSUN!!! ƏHSƏN!:clover:
SALAM ALEYKUM ƏYUHƏN-NƏBİYYU VƏ RƏHMƏTULLAHİ VƏ BƏRƏKƏTUH.

Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]