Bazar günü, 2024-05-05, 6:06 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Şübhə doğuran suallar » Şübhə doğuran suallar

3 Xəlifənin Dövründə Hədis Qadağalari
2012-10-19, 7:17 AM
3 Xəlifənin Dövründə Hədis Qadağalari 

ƏBU BƏKRİN XİLAFƏTİ DÖVRÜNDƏ HƏDİS YAZILIŞININ QADAĞAN EDİLMƏSİ 

Əbu Bəkr Rəsuli Əkrəm (s)-in vəfatından sonra camaatı bir yerə yığdı və dedı: 
"Siz, Peyğəmbər (s)-dan hədislər nəql edirsiniz. Bə`zən sizin aranızda ixtilaflar baş verir. Əgər iş belə getsə gələcəkdə müsəlmanlar çox möhkəm və şiddətli ixtilaflara düçar olacaqlar. Bu səbəbdən, bu gündən e`tibarən Peyğəmbər (s)-dən heç bir hədis nəql etməyin. Əgər sizlərdən bir kəs sual soruşarsa deyin ki, bizimlə sizin aranızda həmin Qur`an kitabı kifayət edər və bəsdir. Onun halalını halal və haramını isə haram bilin[1]. 
Ayişə deyir: Atam (Əbu Bəkr), Peyğəmbər (s)-dən 500 hədis yazaraq toplamışdır. Bir gecə gördüm ki yatağında çox narahatdır. Onun narahatlığı məni də narahat etdi. Səhər açılanda narahatlığının səbəbini ondan soruşdum. 
Dedi:- Qızım! Sənin yanında olan hədisləri mənə gətir. Sonra əmr etdi bir od qaladılar. Hədislərin hamısını yandırdı. Bu əməli özü belə izah etdi: "Qorxuram öləm və bu hədislər sənin yanında qalsın. Bəlkə onların içində elə bir hədislər vardır ki, onları e`timadlı şəxslərdən nəql etmişəm. Lakin, mükündür ki, onlar saleh insanlar olmasın və onların səhvlərinin məsuliyyəti mənim üzərimə düşsün.”[2] 
Həqiqət burasındadır ki, xəlifənin bu əməli bir tətərfdən öz sözü ilə hədis nəql etməyi qadağan olunmasını e`lan etmış və başqa cəhətdən isə əməli surətdə 500 hədis yazdıqdan sonra onları oda ataraq yandırmışdır. Görəsən bu əməl musəlmanlarda, hədis əzbərləyənlərdə və söyləyənlərdə hansı əks tə`sirləri qoydu və ya arzu olunmaz nəticələri verdi? Nəticə belə oldu ki, təqribən üç il müddətində Əbu Bəkrin xilafəti dövründə hədis yazmaq və nəql etmək qadağan olundu. Müsəlmanlar təkcə Qur`ana, onun təfsiri və izahı olmadan diqqət etdilər. Xəlifənin bu əmri verməkdə məqsədi guya müsəlmanların bütün bəhslərini Qur`ana yönəltmək idi. 

ÖMƏRİN XİLAFƏTİ ZAMANI HƏDİS NƏQLİNİN QADAĞAN OLUNMASI 

Ömər ibn Xəttabın on illik xilafəti dövründə[3] yürütdüyü qəzəbli siyasət nəticəsində hədis yazmaq və söyləmək qadağan edildi. 
İkinci xəlifə nəinki hədis yazmağa və söyləməyə qadağa qoydu bəlkə, bu işin icra olunmasında zor tətbiq etməkdən çəkinmədi. Tanınmış səhabə Qerzətibni Kə`b[4] belə deyir:- Eləki Ömər bizi İraqa tərəf yola salmaq istədi, özü bizi "Sərar”[5]-a kimi ötürdü. Yol arasında bizdən soruşdu: 
- Bilirsiniz sizi nəyə görə yola salıram? Dedik:- bizə hörmət etdiyin üçün! Dedi:- Hə, amma burda başqa bir mətləb də var. O da budur ki, siz elə bir yerə gedirsiniz ki o şəhərin əhli Qur`an oxumaqla məscidləri və oranın mühütini zinətləndirmişlər. Hədis söyləyib onları Qur`an tilavətindən saxlamayın. Qur`anı gücləndirin və onunla birgə heç bir kəlməni və ya hədisi dilinizə gətirməyin. Peyğəmbər (s)-dan olan rəvayətləri az danışın. Mən də sizin bu işinizdə sizə şərik, sizinlə həmkar və bu əməldə sizi müdafiə edərəm. 
Eləki Qerzət ibn Kə`b Kufəyə daxil oldu. Ondan Peyğəmbər (s)-in hədislərindən və kəlamlarından söyləməsini istədilər. Qerzə onların cavabında belə dedi: - Ömər bizə hədis söyləməyi qadağan edib [6]. 
Zəhəbi "Təzkiratul hifaz”- kitabında nəql edir ki: - Əbu Sələmə Əbu Hureyrəyə dedi:- Ömərin xilafəti dövründə də indiki kimi hədis söyləməkdə azad idin? (yə`ni hədis söyləyə bilirdin?) 
Əbu Hureyrə onun cavabında belə dedi:- Əgər Ömərin zamanında hədis söyləsəydim cavabımı taziyanə ilə verirdilər [7]. 
Ömər, Peyğəmbər (s)-in səhabələri ilə hədislərin söylənilməsində onları çox çətin və ağır vəziyyətdə qoyaraq yersiz bəhanələr gətirirdi. Eləki Əbu Musa Əş`əri "iste`zan” (ev sahibinə əziyyət vermək) barədə bir hədis nəql etdi, Ömər dedi:-"Əgər bu hədisinə şahid gətirməsən səni pis cəzalandıracam.” Bə`zən bu hədə qorxular camaatın e`tirazina səbəb olurdu. Beləki, Əbu Munzir həmin dastanda Ömərə belə dedi: 
Ey Xəttabın oğlu! Peyğəmbər (s)-in səhabələrinə narahatlıq və əziyyət vermə.[8] 
Ömər tanınmış hədisçilərdən üç nəfəri: "İbn Məs`ud, Əbu Dərda` və Əbu Məs`ud Ənsarini” hədis nəql etdiklərinə görə Mədinədə nəzarət altında saxlamış və ta ölənə kimi bu üç nəfər ev dustağı kimi yaşamışlar.[9] 
Hakim öz "Mustədrək” adlı kitabında Ömərin əmri il üç nəfəri - "İbn Məs`ud, Əbu Dərda` və Əbazər[10]- hədis söylədiklərinə görə, onların qarşısını almaq üçün nəzarət altında saxlanılaraq sonradan həbs olunduqlarını yazır. 
Bu hədə qorxuların və hədis söyləməyin qadağan olunmasının nəticəsini, Peyğəmbər (s)-in səhabələrindən olan Saib ibn Yezid (vəfati-hicri-qəməri tarixi ilə 80-ci il.) nəql edərək belə açıqlayır: ”Mən, Səid ibn Maliklə[11] Mədinədən ta Məkkəyə kimi bir yerde yol yoldaşı oldum. Sə`d, bu uzun səfərdə yol boyu hətta bir dənə də olsun Peyğəmbər (s)-dən hədis söyləmədi”. [12] 
Şə`bi deyir:-"Bir il Əbdullah ibn Ömərlə bir məclisdə oldum. İl boyunca Peyğəmbər (s)-dən bir dənə də olsa hədis söyləmədi.”[13]

ÖMƏRİN VAXTINDA HƏDİS YAZMAQ VƏ TOPLAMAĞIN QADAĞAN OLUNMASI 

İbn Sə`d öz Təbaqat adlı kitabında deyir : 
Ömər ibn Xəttab bir gün sunən və hədislərin yazılması barədə qəti qərara gəldi. Bu barədə Peyğəmbər (s)-in səhabələri ilə məşvərət etdi. Səhabələr hamısı müsbət cavabla razı olduqlarını bildirdilər və bu işin çox lazım olduğunu vurğuladılar. Ömər, bir ay şübhə ilə səbr etdi. Bir aydan sonra dedi: 
- "Mən özüm hədislərin yazılmasında qabaqcıl şəxslərdənəm. Bu mövzunu da özüm açdım. Lakin, sonra bu məsələyə diqqət etdim ki, sizdən öncə kitab əhlindən olan bir qrup Allahın kitabı olan yerdə, başqa kitabların yazılmasına üstünlük verirdilər və ona çox rəğbət bəsləyirdilər. Nəticədə isə, Allahın kitabını tərk etdilər. Bu səbəbdən mən də Allahın kitabına bir şey artırılmasına yol verə bilmərəm.” 
Bununla da Ömər öz fikrindən döndü və hədisin yazılmasını və toplanmasını tərk etdi.[14] 

HƏDİS OSMANIN DÖVRÜNDƏ

Osmanın on iki illik xilafət dövrü, İslam tarixinin ən zülmətli və acinacaqlı tarixi hadisələrindən biri kimi sayılır. Çünki, bu müddət ərzində neçə illər dünyapərəstlik, haqsızlıq və zülm yüksək dərəcəyə çatmışdı. Müsəlmanların beytul malı, zəiflərin və fəqirlərin hüququ o şəxslərin əlində idi ki, onların Osmanla qohumluq əlaqəsi var idi. Osmanın sarayında qarnını doldurmaqla məşğul olanlar və təmtəraqlı saray sahibləri keyf və işrət içində olduqları bir halda, başqa müsəlmanlar bu sarayların qapısı ağzında gecələrı səhərə kimi aclıqdan yata bilmirdilər. 
Peyğəmbər (s) səhabələrindən ən ləyaqətli şəxsləri hökumət başına və məsuliyyətli vəzifələrə tə`yin etməkdənsə, onların əvəzinə Vəlid, Mərvan, Müaviyə və s.. kimi cinayətkar şəxsləri iş başına və məsuliyyətli vəzifələrə tə`yin etmişdir. 
Allah Peyğəmbərinin (s) səhabələri xilafətlə həmkarlıq etməkdikləri, Qur`an oxuduqları və Peyğəmbər (s)-in hədislərini söylədikləri üçün həmişə zəmanənin xəlifəsi Osman tərəfindən əzab və əziyyət olunurdular. Osmanın bu hərəkətləri, səhabələrin və o cümlədən haqq tərəfdarı olan müsəlamanların üsyanına səbəb oldu. 
Osmanın xilafəti dövründə nəinki hədisə, hətta Qur`an ayələrinə belə diqqət olunmurdu. Qur`an oxuyanları və hədis söyləyənləri cəmiyyətdən uzaq biyabanlara sürgün etməklə, bə`zilərini isə zindanlara salmaqla, bə`zilərini isə şallaq və taziyanələrlə hədis söyləmələrinin qarşısını alırdılar. 
Böyük və zahid səhabələrdən olan Əbazər Qəffarinin sürgün olunması, Əbdullah ibn Məs`ud kimi böyük səhabənin məscid yanında döyülərək dişlərinin və qabirğalarının sındırılması, Əmmar Yasir kimi səhabənin döyülməsi, onun bu əzabın tə`sirindən bihuş olması və s... kimi tarixi faktları buna misal gətirmək olar. 
Xülasə, İslamın qabaqcıl və ön cərgəsində duran, Peyğəmbər (s)-in səhabələrindən sayı ona çatan bir çoxunun belə əziyyət çəkməsi (döyülmək, söyülmək, sürgün və həbs olmaları) Osmanın xilafəti dövründə gözə dəyir.[15] 
Osman mənbər üstə özü eşitdiyi hədislərdən başqa hədislərin söylənilməsinə yersiz qadağa qoyaraq belə fərman vermişdir ki; 

" Əbu Bəkr və Ömərin xilafəti zamanında onlardan eşitdiyim hədislərdən başqa heç kəsin haqqı yoxdur ki, Peyğəmbər (s)-dən hədis söyləsin[16].” 
Beləliklə, hədis söyləməyi qadağan etdi və bu işi ilə hədis yazmağı qəti surətdə qadağan etdiyi mə`lum olur. 

[1] - Təzkiratul hifaz c-1,s-3. 

[2] -Təzkiratul hifaz c-5,c-1. 

[3] - Ömərin xilafəti on il altı ay və dörd gün olmuşdur. 

[4] - Qerzə( قرظه ) səhabələr içində ən tanınmış və ləyaqətli şəxslərdəndir. Uhud və başqa döyüşlərdə Peyğəmbər (s)-in kənarında igidlik göstərmişdir. İsabənin nəqlinə əsasən Kufədə Peyğəmbər (s)-a növhəsəralıq edən birinci şəxs həmin Qerzət ibn Kə`b olmuşdur. 

[5] - Məkan adı 

[6] - Mustədrəkul Hakim c-1, s-102; Sunən ibn Macə c-1, bab-3; Təbəqat c-6,s-2; Cameul bəyanul elm c-2,s-148; Sunəni Darəmi c-1, s-85; Təzkiratul Hifaz c-1, s-3 ; 

[7] - Təzkiratul Hifaz c-1, s-4 

[8] - Səhihi Buxari c-6, Babul iste`zan – bu dastanın geniş təfsili kitabın ikinci cildinin xilafət bəhsində (Xəlifələrin hökümlərə cahilliyi bəhsində) gətirəcəyik. 

[9] - Təzkiratul Hifaz c-1, s-7 və Məcməul Zəvaid c-1, s-149. 

[10] - Mustədrək c-1,s-110 

[11] - İstiabın nəqlinə əsasən c-2,s-602; - O, ənsar alimlərindən idi və Peyğəmbər (s)-dan çoxlu hədislər hifz etmişdir) 

[12] - Sunən ibn Macə c-1,s-12 

[13] - Təbəqat ibn Sə`d c-4,s-106; Sunən ibn Macə c-1, bab-3; Səhihi Buxari c-9, bab- Xəbərul mərətul vahidə. 

[14] - Təbəqat ibn Sə`d c-3, s-206; Əbu Talib muminul Qurəyş c-2 və 3 

[15] - Bu hadisələrin geniş məzmunu Əlğədir kitabında verilmişdir c-8 və 9.

[16] - Qubulil əxbar c-29, Musnəd İmam Əhməd c-1,s-363 - Sunət tədvindən oncə s-97 kitabından nəql etmişdir; Təbəqat ibn Sə`d c-2, 2-ci qism, s-100.

"Buxari və Müslümün səhihlərinə bir baxış 1" kitabından
Category: Şübhə doğuran suallar | Added by: Ənfal
Views: 677 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]