Main » Files » Seyr-süluk » Seyr-süluk |
Əyyamul-beyz - Bəyaz günlər...
2013-05-22, 4:36 AM | |
Hicri-qəməri təqvimlə hər ayın 13, 14 və 15-ci günləri "əyyamul-beyz", yəni bəyaz günlər adlanır. Müsəlmanların əqidəsinə görə rəcəb, şəban, ramazan ayları bəyaz günlərin fəziləti böyükdür. İmam Sadiq (ə) Əyyamul-beyz günlərində orucla bağlı buyurur: "Rəcəb ayı əyyamul-beyzdə bir günün orucuna görə Allah-Taala bir il orucun savabını verər." Rəcəb ayı bu üç günü etikaf etmək fəzilətli əməllərdəndir. Etikaf Qurani-Kərimdə (Bəqərə, 125, 187) yada salınmış fəzilətli əməllərdəndir. Peyğəmbər (s) buyurur ki, etikaf edən şəxs (mötəkif) bütün günahlarını bəndə salar. Etikafda şərt oruc tutmaqdır. Etikaf üçün ən münasib vaxt ramazan ayının son ongünlüyü və 13-15 rəcəbdir. Həzrət Əli (ə) buyurur: "Mötəkif şəxs etikaf günləri məscidi tərk etməməlidir. Dua, namaz, Quran qiraətinə məşğul olmalıdır. Dünya söhbəti etməməlidir..." HaqqYolu | |
Views: 762 | Downloads: 0 | Rating: 5.0/1 |
Total comments: 0 | |