Cümə günü, 2024-03-29, 3:41 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Seyr-süluk » Seyr-süluk

Yarpaq rahatlığı, yoxsa daş rahatlığı?
2013-03-09, 10:41 PM
Yarpaq rahatlığı, yoxsa daş rahatlığı?
Abid gənc çay kənarında əyləşib qəm-qüssəyə qərq olmuşdu. Yaxınlıqdan ötən Ustad onu görüb yanına gəldi. Gənc ayağa qalxıb Ustada ehtiram göstərdi. Ustad soruşdu:
-Nə üçün qəmginsən?
Gənc:
-Rahatlığımı itirmişəm, qəlbimdə bir an olsun aramlıq yoxdur. Ətrafda baş verən hadisələr məni üzür…
Ustad yerdən bir yarpaq götürüb iti axan çaya atdı. Su yarpağı alıb apardı. Sonra isə bir daş götürüb eyni qaydada suya buraxdı. Daş suyun dibinə oturub qaldı. Ustad soruşdu:
-Sən yarpaq rahatlığı istəyirsən, yoxsa daş?
Oğlan təəccüblə dedi:
-Yarpağın nə rahatlığı var ki, su onu bir an rahat buraxmır.
-Demək, daş rahatlığı istəyirsən…
-Bəli, Ustad mən daş rahatlığı istəyirəm.
Ustad təbəssümlə didi:
-Əgər daş rahatlığı istəyirsənsə daş kimi sakit dur və su sağından-solundan ötüb keçsin. Bax gör atdığım daş ətrafına necə biganədir!
Ustad sözünü bitirib yoluna davam etmək istəyəndə gənc soruşdu:
-Ustad, siz necə, hansını seçmisiniz, yarpaq, yoxsa daş rahatlığı?
Ustad iti axan çaya baxıb deyir:
- Mən özümü tam arxayınlıqla varlıq aləminin, iti çayların Allahına tapşırmışam. Qoy sular məni sağa-sola atsın, qorxu yoxdur. Arxayınam ki, hər damla Allahı zikr edir, məni ağuşuna almış sular Onun nəzarəti altındadır.

HaqqYolu (tərcümə bölməsi)
Category: Seyr-süluk | Added by: Ənfal
Views: 852 | Downloads: 0 | Rating: 3.0/2
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]