Cümə günü, 2024-03-29, 4:23 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Seyr-süluk » Seyr-süluk

Susamayan nə üçün su axtarır?!
2013-01-14, 7:39 AM
Susamayan nə üçün su axtarır?!

Özünütərbiyə İslamın əsas hədəfidir. Özünü tərbiyələndirmək qərarına gəlmiş insan artıq ilahi bir yola qədəm qoymuşdur. Amma bu yolda duruş gətirəcəkmi? Duruş gətirmək, bu yolun çətinlikləri ilə mübarizə aparmaq üçün ilk şərt nədir? İlk şərt susuzluq, təşnəlikdir! Susamamış adam nə üçün su axtarmalıdır? Susamamış adamın su axtarışında səbir və dözümü hansı həddədir? Təbii ki, su axtaran iki yoldaşdan biri susamayıbsa, təşnə deyilsə, yarıyolda dostunu tənha buraxıb geri dönəcək. Əsil təşnə isə başa düşür ki, su tapmamaq ölüm deməkdir. Özüntərbiyə qərarına gəlmiş insan İnsan olmağa, Tərbiyəli olmağa susamalıdır. Onun üçün məqsədə çatmamaq bədbəxt olmaqdır. Belə bir vəziyyətdə yolun çətinliklərinə dözəcək, məqsədə çatacaq.
Öncə pis xasiyyətlər tərk olunmalıdır. Dinimiz "əsəbi olanın imanı yoxdur” – buyurur. Həzrət Əli (ə) yerə yıxdığı düşməni qətlə yütirməzdən öncə ayağa qalxıb bir dövrə vurur, sonra düşməni öldürür. Səbəbi soruşulanda buyurur ki, qəzəbimi soyutmaq üçün belə etdim, yoxsa işimdə qəzəbin payı olardı!
Şərab, zina, qeybət, təkəbbür də bu qəbildəndir. Vücudunu pisliklərdən paklamadan onu zinətləndirə bilməzsən. Çirkli, toz-torpaqlı otağı necə bəzəmək olar? Amma unutmamalıqyıq ki, bütün bu işləri görmək üçün İstək lazımdır. Tərbiyəli olmaq sənə hava-su kimi lazımdırmı? Belə deyilsə, yarıyolda qalasısan!

Nurəddin
HaqqYolu
Category: Seyr-süluk | Added by: Ənfal
Views: 829 | Downloads: 0 | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]