Cümə günü, 2024-04-19, 9:05 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Seyr-süluk » Seyr-süluk

Sadiq aşiq
2012-11-27, 7:12 AM
Sadiq aşiq

Həsən Bəsri, Malik Dinar, Şəfiq Bəlxi xəstələnib yatağa düşmüş Rabiə Ədəviyyənin görüşünə gedirlər. Həsən Bəsri deyir:
-Allaha eşqində yalnız o şəxs sadiqdir ki, Allahın zərbələrini dözümlə qarşılasın.
Rabiə deyir:
-Bu sözlərdən mənəm-mənəmlik qoxusu gəlir.
Şəfiq Bəlxi deyir:
- Allaha eşqində yalnız o şəxs sadiqdir ki, Allahın zərbələri qarşısında şükür etsin.
Rabiə eyni sözləri təkrarlayır.
Malik Dinar deyir:
- Allaha eşqində yalnız o şəxs sadiqdir ki, Allahın zərbələrindən ləzzət alsın. Bu sözlər də Rabiənin etirazıyla qarşılanır.
Nəhayət, əsil aşiq barədə Rabiədən soruşurlar:
Rabiə deyir:
-Əsil aşiq məhbubunu görəndə öz ağrılarını unudur.


HaqqYolu


Category: Seyr-süluk | Added by: Ənfal
Views: 972 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]