Cümə axşamı, 2024-04-18, 8:13 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Seyr-süluk » Seyr-süluk

Sənə sevməyi arzulayıram
2012-11-17, 6:35 PM
Sənə sevməyi arzulayıram

Hər şeydən öncə Sənə aşiq olmağı arzulayıram...
Əgər aşiq olmusansa, Səni də sevən olsun...
Əgər belə deyilsə tənhalığın uzun sürməsin...
Tənhalığın ardınca kimsədən nifrət görməyəsən...
Əvvəla belə olmamasını istəyirəm. Əgər olsa ümidsizlikdən qaça biləsən...
Qoy çoxlu dostların olsun – pisi də, yaxşısı da...
Çox olsun ki, aralarında birinə etibar edə biləsən...
Həyat belədir, Sənə düşmən də arzulayıram – nə az, nə də çox...
Düşmənin olsun ki, inandıqlarını sual altına alsın və onun etirazlarından biri düz çıxanda qazanasan... Belə olsa çox qürrələnməzsən...
Xeyir verən ol, həddində... Çətinə düşəndə çarəsiz qalmazsan...
Sənə səbir arzulayıram... Amma kiçik səhv edənlərə qarşı yox... Bu çox asandı... Böyük səhv edənlərə səbirli ol! Qoy bu işdə Səndən nümunə götürsünlər...
Tez qocalmayasan... Qocalsan cavan görünməyə çalışma...
Qocalanda ümidini itirmə, hər yaşın sevinci, qəmi var...
Quşlara dən ver, onları dinlə...
Sübhün avazı həyat eşqini gücləndirər...
Ümid edirəm ki, torpağa bir toxum əkib cücərdəsən, onunla yoldaş olasan... Görəsən ki, bir ağacda necə böyük həyat var...

Sadat

HaqqYolu/askdin
Category: Seyr-süluk | Added by: Mursəlat
Views: 764 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]