Cümə günü, 2024-04-19, 11:16 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Seyr-süluk » Seyr-süluk

Ruzi dərdi çəkən…
2013-01-24, 10:21 AM
Ruzi dərdi çəkən…
Müqəddəs Məşhəd şəhərində Əsrin İmamının (əc) yolunu gözləyən abid qrup başçlarından biri mərhum arif Şeyx Əbdülkərim Hamidin görüşünə gəlir. Arif soruşur:
-Dolanışığınız haradandır?
Abid deyir:
-Çörəkçiyik.
Hamid:
-Əgər dükanınızla üzbəüz başqa biri çörək dükanı açsa nə edərsiniz?
Abid cavab verir:
-Yzbəüz iki çörək dükanı olmaz ki. Şikayət edib, bağlatdırarıq.
Mərhum arif pərişanlıqla deyir:
-Get işinlə məşğul ol, sən İmamın yolunu gözləyən, intizarda olan deyilsən. İmamın intizarında olan nəfsini tərbiyə edir. Sən ki Allahın ruzi verməsinə inamsızsan, özünü necə tərbiyə etmisən?! Sən hələ ruzindən arxayın deyilsən, intizar sənlik iş deyil!

HaqqYolu
Category: Seyr-süluk | Added by: Ənfal
Views: 710 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]