Çərşənbə günü, 2024-04-24, 6:05 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Seyr-süluk » Seyr-süluk

Qiyamətdə təkziblər görərsən!
2013-05-18, 5:59 AM
Qiyamətdə təkziblər görərsən!

Yezid necə bir çirkaba batdığını Kərbəla hadisəsindən sonra anladı və qətliamı ətrafındakıların ayağına yazmağa cəhd etdi. Amma kimsə Kərbəla qırğınının məsuliyyətinə sahib durmaq istəmirdi.
Bir gün bugünkü rejimin təkbətək hər bir nümayəndəsi Hicab Qadağası məsuliyyətindən qaçmaq istəyəcək. Təsəvvür edin ki, Qiyamət səhnəsi qurulub. Dünyaya başı qatılan "Dünyəvi dövlətçi”lər oyadılıb və sorğuya çəkilir. Bu gün xalqın namus tələbini İranla əlaqələndirib, əslində xalqı namussuz sayan deputatcıqlar və yapçıqlar nə cavab verəcək? Bütün günahları yıxacaqlar krallar və kardinalların boynuna. Həmin hadisənin görüntüləri bu gün yaşanmaqdadır.
Ötən gün bəzi mətbuat orqanlarında bildirilib ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəhbərliyi və Qazilər Şurası orta məktəblərdə hicab geyinilməsinin qadağan edilməsi məsələsi ilə bağlı fətva verib. Bu barədə İslam Universitetinin rektoru Sabir Həsənliyə istinad edilib.
Deyerler məsələnin nə dərəcədə doğru olub-olmadığın öyrənmək üçün Hacı Sabir Həsənlinin özü ilə əlaqə saxlayıb. Hacı Sabir bildirib ki, mətbuatda onun adına verilən xəbər təhrif olunub. Yayılan xəbərdən təəssüf hissi keçirən Hacı Sabir belə məlumatları əsassız sayıb. "Xəbəri görəndən sonra əsəbləşmişəm. Belə bir şey ola bilməz. Mən özüm idarənin adından gedən bəyanatın hazırlanmasında, iştirak eləmişəm. Necə ola bilər, mən demişəm ki, qazilər şurası belə bir bəyanat verib? Özü də hansı din xadimi hicabın əleyhinə gedə bilər. Bunlar ağıla sığan şey deyil”, -deyə Hacı Sabir bildirdi.
Qeyd edək ki, QMİ sözçüsü Rəhimə xanım da bunlar həqiqətə uyğun olmayan informasiya və təhrif olunmuş fikir adlandırmışdı.
"Şeyx hicab barəsindəki mövqeyini dəyişibmi?” sualına isə Rəhimə xanım "Şeyx Həzrətləri dini lider olaraq fikrini dəyişən insanlardan deyil. O, mövqeyini bir mənalı olaraq bildirib”, - deyə cavab vermişdi.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə əvvəllər məktəblərdə yaranan hicab məsələsi ilə bağlı mövqeyini "Turan"a ifadə edərkən bildirmişdi: "Hicab məsələsi müzakirə obyekti deyil, bu, Allahın əmridir və ona əməl olunmalıdır. Hicabın olub-olmaması yox, onun hansı şəkildə olması müzakirə edilə bilər". Amma… Ortada nə Şeyxin, nə də Həsənlinin təkzib edə biləcəyi bir bəyanat var: Hacı Mövsümə qarşı Böyük Şər bəyanatı!
Belə-belə işlər… Sığınaq Allaha Qiyamət gününün təkziblərindən!

Babək Təbrizli
HaqqYolu üçün
Category: Seyr-süluk | Added by: Ənfal
Views: 816 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]