Çərşənbə günü, 2019-10-16, 11:43 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Seyr-süluk » Seyr-süluk

Ən güclü kimdir?
2013-06-03, 2:29 PM

Ən güclü kimdir?

Nəql edilir ki, Peyğəmbər (s) Mədinədəki məhəllələrdən birindən keçən zaman bir qrup gənc güclərini yoxlamaq üçün daş qaldırırdı. Onlar böyük bir daşı qaldırmaqla güclərini sınayırdılar. Biri daşı yerindən bir az qaldıra bilirdi, o biri ondan bir az çox və nəhayət hamı daşı yuxarı qaldırmağa çalışırdı. Peyğəmbər (s) onların yanında dayanaraq buyurdu: Mən sizə bu yarışda hakimlik edimmi? Onların hamısı sevindilər və dedilər: – Ey Allahın Peyğəmbəri! Bundan yaxşı nə ola bilər? Siz bizim bu yarışımıza hakimlik edin və bizlərdən hansımızın daha güclü olmağımızı deyin.
Peyğəmbər (s) buyurdu: Yaxşı, mən hakim oluram, amma sizin daşı qaldırmağınıza ehtiyac yoxdur. Siz daşı qaldırmamış mən sizə hansınızın güclü olduğunu müəyyənləşdirən bir meyar deyirəm. Soruşdular: Kim daha güclüdür? Həzrət buyurdu: Nəfsinin günaha sövq etməsinə baxmayaraq, həmin istək müqabilində müqavimət göstərən şəxs daha güclüdür. Yəni insan, qarşısında olan günah işdən xoşu gəldiyi halda, ondan uzaq olur və öz nəfsinin müqabilində dayanaraq bu istəyini həyata keçirmir!

Kamil insan (Şəhid Mütəhhəri)


Category: Seyr-süluk | Added by: Ənfal
Views: 519 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]