Cümə günü, 2024-04-19, 11:03 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Seyr-süluk » Seyr-süluk

Məşuq bir addımlıqda olanda…
2012-11-17, 6:36 PM
Məşuq bir addımlıqda olanda…

Ruhumuz uzun illər tənimizə əsir oldu. Yeganə qurtuluş yolu təkamül mərhələlərini qaydası ilə keçməkdir. Bu yolda "mən heç bir köməksiz bacararam” deyənlər ilk addımda şeytanın ardınca getdi.
İbadətin əsası ibadətdə qəlbin iştirakıdır. Dil ”Allah” dediyi vaxt qəlb nəfsin yedəyində səfərdə olsa, bu ibadət yox, aldanışdır. Həqiqi ibadətdə məqsəd Allaha yaxınlaşmaqdır. Uçurumda ipdən yapışıb hər təkanda yuxarı qalxdığını görən adam kimi abid hər ibadətdə yüksəldiyini görməlidir. İbadətdə həyəcan olarsa, bu daha təsirlidir. İnsanları həyacana gətirmək üçün başqa dinlərdə ibadət zamanı musiqidən istifadə olunur. Amma həyəcan amili musiqi yox, məşuqun yaxında olduğunu hiss etməkdir. Aşiq hiss edəndə ki, məşuq bir addımlıqdadır bütün vücudu lərzəyə gəlir. İbadətə duran insan Allah hüzurunda olduğunu düşünüb həyəcanlanmalıdır. Belə bir ibadətdə abidin ətrafdakılardan xəbəri olmur.

HaqqYolu/pirehaghighat
Category: Seyr-süluk | Added by: Mursəlat
Views: 841 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]