Şənbə günü, 2024-04-20, 5:29 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Seyr-süluk » Seyr-süluk

Məsumə hərəminin xidmətçiləri
2012-12-26, 12:40 PM

Məsumə hərəminin xidmətçiləri

İran İslam Respublikasının Qum şəhəri təbiət baxımından dünyanın səfalı guşələri sırasına daxil deyil. Yayın ortalarında Qumda olanlar bunu yaxşı bilir. Amma Qumu dünyada şöhrətə çatdıran onun mənəvi səfasıdır. Bu şəhərdə cəmi bir il yaşayanlar ondan ayrılanda bir hicran ağrısı çəkirlər. Bu Peyğəmbər övladı Həzrət Fatimeyi-Məsumədən (s.ə) ayrılıq ağrısıdır.
Xanım Məsumənin hərəmində (s.ə) xidmət edən insanların əksəri savaba işləyir. Onların arasında elmlər doktoru da var. Hərəmin xidmətçisi olmaq, ziyarətçilərin ayaqqabılarını rəflərdə yerləşdirmək hamıya nəsib olmur. Gördüyünüz fotoda isə hərəmin xidmətçiləri onun günbəzinin tozunu alırlar. Bu iş təkcə ağır yox, həm də təhlükəlidir. Xoş halına Allahın razılığı yolunda həytını təhlükəyə atanların! (görüntü HaqqYolu saytının müxbiri tərəfindən lentə alınıb)

Category: Seyr-süluk | Added by: Ənfal
Views: 714 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]