Cümə günü, 2024-04-26, 6:10 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Seyr-süluk » Seyr-süluk

Məni bəndələrinin ümidinə buraxsan…
2012-12-26, 12:37 PM

Məni bəndələrinin ümidinə buraxsan…

İlahi! Mənə elə bir iş əmr etmisən ki, o işi yerinə yetirməkyə Sənin qüdrətin məndən daha çoxdur, o iş və mənim üzərimdə qüdrətin mənim qüdrətimdən daha artıqdır. Beləsə elə et ki, məndən razılığını əldə edilsin, salamatlığıma zərər verməklə razılığına səbəb olacaq şeyləri məndən al.
İlahi! Çətinliyə tab gətirmək, bəlaya səbir etmək, yoxsulluğa dözmək üçün qüdrətim yoxdur. Belə isə ruzimi kəsmə, məni öz yaratdıqlarına tapşırma, Özün işimi sahmana sal, mənə məhəbbət gözü ilə bax, bütün işlərdə xeyrimi nəzərə al. Çünki məni özbaşıma buraxsan işlərimdə çarəsiz qalaram, məsləhət olan işi yerinə yetirmərəm. Əgər məni bəndələrinin öhdəsinə buraxsan həlak edərlər, qohumlarıma həvalə etsən məhrum edərlər və bir şey verər, çox minnət qoyarlar. Elə isə ey mənim Allahım, öz lütfünlə məni ehtiyacsız et, ucalığınla məqamımı ucalt, geniş bəxşişinlə əlimi açıq qərar ver, öz rəhmətinlə bütün işlərimdə mənə kifayət et!

Səhifeyi-Səccadiyyə

Category: Seyr-süluk | Added by: Ənfal
Views: 709 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]