Cümə günü, 2024-04-26, 3:08 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Seyr-süluk » Seyr-süluk

Mələklərin salamını istəsən...
2013-01-08, 2:31 AM
Mələklərin salamını istəsən...

Quran ayələrində Allahın peyğəmbərə (s) müraciəti və təvəkkül göstərişi səkkiz dəfə, səcdə göstərişi iki dəfə, istiğfar göstərişi səkkiz dəfə, ibadət göstərişi beş dəfə, Allahın zikri göstərişi beş dəfə, təkbir göstərişi iki dəfə, təsbih göstərişi isə on altı dəfə xatırladılmışdır. Peyğəmbərin (s) daim Allahı düşünməsi üçün müxtəlif hallarda təsbih göstərişi verilmişdir:
1. "Günəş doğmamışdan və batmamışdan əvvəl...”
2. "Gecə və’dəsində və günorta radələrində...”
3. "...Axşam-səhər Rəbbini həmd-səna ilə təqdis et.”
4. "Yuxudan qalxdıqda və başqa vaxtlar Rəbbini həmd-səna ilə zikr et.”
Bütün bunlar "subhanəllah” zikrinin əhəmiyyətini açıqlayır və insanın əməl, düşüncəsində onun təkmilləşdirici rol oynamasını bəyan edir. İmam Səccad (ə) buyurur: "Bəndə "subhanəllah” dedikdə bütün mələklər ona salam deyərlər.”

erfan
Category: Seyr-süluk | Added by: Ənfal
Views: 872 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]