Allah razi olsun.Menim bir sualim var.Cavab yazsaz co sevinerem.Bele bir hedis var ki.Qelb qirmagin gunahi 70 defe Kebeni yixmaq gunahindan daha boyukdur.Bu hedisi deye bilersiz?kimin hedisidir ve ne derecede dogrudir[size=10][color=red] ;
İnsana təkamül yolunda mane olan xasiyyətlərdən biri də küsəyənlikdir.
Küsəyən insan küsmək üçün bəhanə tapmaqda çətinlik çəkmir. Fərqli
görünən baxış, müraciət, münasibət küsəyən üçün bəhanə olur. İnsan bu
xasiyyətdən uzaqlaşmadan özünü tərbiyə edə, iman mərhələlərini adlaya
bilməz.
Bu xüsusiyyət adətən gənc yaşlarda özünü göstərir və mübarizə
aparılmadıqda xarakterə hopur. Bu səbəbdən də gənc yaşlarda küsəyənliklə
mübarizəyə başlamaq lazımdır.
Küsəyənliyin əsas səbəblərindən biri xarakter zəifliyidir. Xaraktercə
güclü insanlar adətən küsəyən olmur. Bu səbəbdən də xarakteri
gücləndirmək lazımdır.
Andisheqom.com saytı küsəyənliklə mübarizə yolları təklif edir:
1. Başqalarından diqqət, qayğı, kömək, ümumiyyətlə nəsə gözləməmək -
mömin başqalarının olanlarına göz dikməməlidir;
2.Başqalarına münasibətdə bədbin olmamaq, insanlarda eyb axtarmamaq;
3. İnciməyin mənfi nəticələrini yadda saxlamaq: küsəyən insan
dostlarını, hətta bir çox hallarda öz haqqını itirir;
4. İnsan özündə küsəyənlik xasiyyətini görməsə heç vaxt onu aradan
qaldıra bilməz. Özünüzdə küsəyənliyi gördükdən sonra bu hissi oyadacaq
şəraitlərdən qaçmağa çalışın.