Şənbə günü, 2024-04-20, 2:31 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Seyr-süluk » Seyr-süluk

Kimə arxayınsan?
2013-05-18, 6:13 AM
Kimə arxayınsan?


Məsum İmamlardan(ə) nəql olunan hədislərdə Allaha təvəkkül etməyin müsbət təsirləri barədə söhbət açılmışdır. Onlardan bəzilərini yada salırıq:

1. Qüvvət və şücaət:

Peyğəmbər(s) buyurur:

«Güclü olmaq istəyən Allaha təvəkkül etməlidir.»

İmam Baqir(ə) buyurur:

«Allaha təvəkkül edən və arxalanan məğlub olmaz.»

Əmirəl-möminin(ə) buyurur:

«Qəlb möhkəmliyinin əsası Allaha təvəkkül etməkdir.»

2. Təvəkkül və mütləq həqiqətin dərki:

İmam Cavad (ə) buyurur:

«Allah-Taalaya arxalanmaq hər bir qiymətli şeyin dəyəri və ali məqamlara doğru pillədir.»

3. Təvəkkül və fəaliyyətin zəruriliyi:

Peyğəmbər (s) işləməyən və əkin-biçinə getməyən bir neçə nəfəri görüb buyurdu:

-Siz kimsiniz? (niyə işləmirsiniz?)

Dedilər:

-Biz təvəkkül edənlərik və Allaha təvəkkül edirik.

Həzrət Məhəmməd (s) buyurdu:

-Siz Allaha təvəkkül edənlər yox, xalqa artıq yüksünüz.


Bir hədisdə belə nəql olunur:

...Bir gün Əmirəlmöminin (ə) məsciddə oturan bir dəstəyə rast gəldi. Buyurdu:

-Siz kimsiniz?

Onlar cavab verdilər:

-Biz Allaha təvəkkül edənlərik.

Söylədi:

-Xeyr, siz Allaha təvəkkül edənlər yox, öz yükünüzü başqalarının boynuna yükləyənlərsiz. (yəni siz camaata yük olub onların zəhmətinin hesabına yaşayırsınız.) Bəs Allaha təvəkkül etməyinizin əlaməti nədir?

Dedilər:

-Yeməyə bir şey tapanda yeyirik, tapmayanda isə səbir edirik.

Həzrət Əli (ə) buyurdu:

-İtlər də belə edirlər.

Onlar soruşdu:

-Bəs biz nə edək?

O Həzrət söylədi:

-Bizim kimi davranın.

Onlar dedilər:

-Siz necə edirsiniz?

Möminlərin ağası cavab verdi:

-Əlimizə düşən neməti Allah yolunda bağışlayırıq, heç nəyimiz olmayanda isə Allaha şükr edirik.



Mömin və özünü islah etmiş şəxs bütün işlərini Allaha həvalə edib həyatın hər mərhələsində onu özünə arxa bilir. İmam Səccad(ə) Allaha yalvararaq deyir:

«....(İlahi!) Təkcə səni haraya çağırıram və yalnız sənə ümid bəsləyirəm, Sənə dua edib sənə pənah gətirirəm. Sənə inanıb səni özümə arxa, kömək bilirəm. Sənə iman gətirib, sənin kərəminə təvəkkül edirəm.»

Başqa bir hədisdə isə İmam Səccad (ə) Allahdan sədaqət və səmimiyyətlə ona təvəkkül etməsini diləyərək tam surətdə uca Tanrıya arxalanır:

«(İlahi!) Sənə sədaqətlə təvəkkül etməkdə və arxalanmaqda mənə kömək ol.»

Əgər bir kəs zahirən bütün nicat qapılarının üzünə bağlandığını görüb həyatın çətin anlarında təkcə Allaha təvəkkül etsə və bütün işlərini ona həvalə edərsə, şübhəsiz, təvəkkülün ən uca mərhələsinə yetişmişdir. (erfan)

haqyolu
Category: Seyr-süluk | Added by: Ənfal
Views: 723 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]