Bazar günü, 2019-08-18, 11:25 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Seyr-süluk » Seyr-süluk

İnsaf olmasa…
2013-05-22, 4:58 AM
İnsaf olmasa…


Çox olur ki, Allaha yaxınlaşmaq ardınca min bir zəhmətə qatlaşan insan elementar dəyərlərə əhəmiyyət vermir.
Bir alim İmam-Zamanla (əc) görüşmək arzusunda idi. Amma istəyinə çatmadığından ruhi əzab çəkirdi. Nəcəfi-əşrəfin elm hövzələrinin tələbələri arasında belə bir məşhur qayda var ki, hər kəs ardıcıl qırx çərşənbə gecəsi Səhlə məscidinə gedib məğrib və işa namazlarını orada qılmağa müvəffəq olsa, İmam-Zamanla (əc) görüşə nail olar.
Həmin şəxs uzun müddət bu məqsədlə çalışdı, lakin arzusuna çata bilmədi. İstəyinə nail olmaq üçün müxtəlif elmlərə yiyələndi, ruhi riyazətlə məşğul oldu.
Bu şəxs İmamla görüşə (əc) nail ola bilməsə də, gecələr oyaq qalmaq, səhərlər Allah dərgahında ah-nalə nəticəsində batini nuranilik və səfa əldə edə bilmişdi.
Bir gün ona deyildi: «Sənin İmam-Zamanla (əc) görüşün filan şəhərə səfər etməklə mümkün ola bilər.» Bu səfərin çox çətin olmasına baxmayaraq, öz məqsədinə çatmaq üçün həmin şəxs dərhal yola çıxdı.
Deyilən şəhərə çatdı. İmamı bir qıfıldüzəldəninin dükanında tapdı. Kənardan heyrətlə seyr etməyə başladı.
Bu zaman əldən düşmüş bir qoca qarı əlində qıfıl dükançıya yaxınlaşdı:
-Allah rizasına bu qıfılı məndən üç şahıya al.
Qoca kişi qıfıla diqqətlə baxdıqdan sonra dedi:
-Qıfılın heç bir nöqsanı yoxdur, bunun iki abbası dəyəri vardır…
Qarı dedi:
-Mənim pula ehtiyacım var. Siz bu qıfılı üç şahıya məndən alın, mən sizə dua edərəm.
Uzun söhbətdən sonra usta yeddi şahı verib qıfılı aldı.
Qarı gedəndən sonra İmam (əc) buyurdu:
- Əzizim, bu mənzərəni müşahidə etdinmi?! Belə olun ki, biz özümüz sizin görüşünüzə gələk…

haqyolu
Category: Seyr-süluk | Added by: Ənfal
Views: 504 | Downloads: 0 | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]