Çərşənbə günü, 2019-10-16, 11:48 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Seyr-süluk » Seyr-süluk

İnanmayıb itirən sənsən!
2012-12-15, 8:20 PM
İnanmayıb itirən sənsən!

İnsan bəzən sadəlöhvlük edib yalana inanır və zərər çəkir. Bəzən də əksinə, həqiqətə inanmadığı üçün xeyirdən məhrum olur. İkinci hala ən gözəl misal dini təlimlər, dini göstərişlər, dini rəvayətlərdir. İnsan səmavi buyuruqlara inanmamaqla yalnız özünə zərər vurur. Əlbəttə ki, dini mətnlərdə də bəzən təhriflər, əlavələr olur. Amma rəvayətin ayə və mötəbər hədislərdə kökü varsa, ona ciddi yanaşmaq lazımdır.
Bu qəbil rəvayətlərdən birində zikr və salavatın əhmiyyətindən danışılır...
* * *
Bir gün həzrət Məhəmməd (s) həzrət Əli (ə) ilə birlikdə xurma bağında əyləşmişdi. Bir bal arısı onların ətrafında dövrə vururdu. Həzrət Peyğəmbər (s) buyurdu:
-Bilirsənmi bu arı nə deyir?
-Nə deyir? – soruşdu Əmirəlmöminin (ə).
-Bizim üçün ayırdığı balın yerini deyir...
Sonra həzrət balın yerini dedi və Əmirəlmöminin (ə) gedib həmin balı gətirdi. Arı isə hələ də dövrə vururdu.
Həzrət buyurdu:
-Mən ondan soruşuram ki, acı çiçəklərdən qidalandığın halda bal nə üçün bu qədər şirindir? Deyir ki, bizə çiçəklərdən qaidalanan zaman Məhəmməd və Ali-Məhəmmədə üç salavat göndərmək əmr edilib. Bu salavatlar balı şirinləşdirir... (salehat-fouladshahr)
* * *
Salavatın əhəmiyyəti haqqında cildlərlə kitab yazılıb. Təəssüf ki, bəzən səhlənkarlıq, bəzən inamsızlıq bu ilahi nemətdən bəhrələnməyə mane olur. Qəti olan budur ki, eşq şirinlik yaradır. Salavat da Allah övliyalarına eşq nümunəsidir. Küsülü olduğunuz bir adama salam versəniz dərhal arada şirinlik yaranar. Salavat da səma qapısına ünvanlanmış bir salamdır. Salam olsun Məhəmməd və Onun pak əhli-beytinə! Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd...

Nurəddin
HaqqYolu
Category: Seyr-süluk | Added by: Ənfal
Views: 557 | Downloads: 0 | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]