Cümə günü, 2024-04-26, 12:21 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Seyr-süluk » Seyr-süluk

Həzrət Yusif kimi xəlvətdə…
2012-12-21, 3:50 AM
Həzrət Yusif kimi xəlvətdə…

Arif Şeyx Rəcəbəli Ustad Şahabadi kimi böyük şəxsiyyətlərin məclislərində iştirak etsə də əsaslı dini təhsil almayıb. Maraqlıdır ki, hövzə təhsili almamış bir insan belə yüksək məqama necə çatır? Ayətullah Milaninin hüzurunda Şeyx bu sirri açaraq nəql edir: Qohumlar arasında çox cazibədar bir qız vardı. Bu qız mənə aşiq olmuşdu. Bir gün məni xəlvətə çəkdi. Günahla üzbəüz dayanmışdım. Allaha pənah aparıb dedim ki, Ey Rəbbim, mən yalnız sənə görə bu günahı tərk edirəm, əvəzində mənə özün tərbiyə ver. Duam qəbul oldu…

Şeyx Rəcəbəli Xəyyatın dostlarından biri onun dilindən nəql edir:
Bir gün bazara yolum düşdü. Bir an zehnimdən məkruh bir fikir ötdü. Dərhal istiğfar edib yola düzəldim. Qarşıdan dəvə karvanı gəlirdi. Yanımdan ötəndə dəvələrdən biri qəfildən məni vurmaq istədi. Geri çəkilməsəydim bu zərbə axırıma çıxacaqdı. Məscidə dönüb təvəssül etdim, Allahdan bu hadisənin hikmətini soruşdum. Məna aləmində cavab verildi ki, bu hadisə pis fikrin nəticəsi idi. Dedim axı günaha yol vermədim. Cavab gəldi ki, zərbə də sənə dəymədi!

HaqqYolu/Rajabalikhayyat
Category: Seyr-süluk | Added by: Ənfal
Views: 879 | Downloads: 0 | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]