Cümə günü, 2024-04-26, 0:07 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Seyr-süluk » Seyr-süluk

Hər nədən qiymətli
2012-11-17, 11:07 PM
Hər nədən qiymətli

Bir arif səfərdə səhradan keçərkən qiymətli bir daş tapdı. Onu çantasına qoyub yoluna davam etdi. Yolda suyu, çörəyi qurtarmış bir müsafirlə rastlaşdı. Müsafir arifdən su və çörək istədi. Arif çantasını açıb olanlarını müsafirlə bölüşdü. Çantasını açanda müsafir qiymətli daşı gördü. Bu işdə mütəxəssis olduğundan daşın çox qiymətli olduğunu gördü. Arifdən daşı istədi. Arif tərəddüd etmədən qiymətli daşı müsafirə verdi...
Zaman ötdü. Arif şagirdləri ilə şirin söhbətdə olduğu bir gün qapı döyüldü. Qapını açdılar. Gələn həmin müsafir idi. Arifə yaxınlaşıb qiymətli daşı onun qabağına qoydu. Arif onun məqsədini soruşdu. Müsafir cavab verdi:
- Mən bu daşı satıb bütün ömrümü rifah içində yaşaya bilərdim. Amma qəlbimdə bir nigarançılıq baş qaldırdı. Düşündüm ki, həmin daşı zərrəcə tərəddüd etmədən mənə verməyiniz səbəbi nədir? Sizdə bu daşdan çox qiymətli nəsə var ki, ondan rahatca imtina etdiniz. Mən daşdan qiymətli həmin eşqin dalınca gəlmişəm...

HaqqYolu
Category: Seyr-süluk | Added by: Ənfal
Views: 1130 | Downloads: 0 | Rating: 4.0/2
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]