Cümə günü, 2024-04-26, 2:37 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Seyr-süluk » Seyr-süluk

Daş qəlbin fəsadları
2012-11-17, 6:39 PM
Daş qəlbin fəsadları

Daş qəlb insan üçün dünya və axirət bədbəxtçiliyi səbəbidir. Qəlbi daşlaşmış insana Şeytan hakimdir, onda mərhəmətdən əsər-əlamət tapılmaz. Daş qəlbli insan həqiqəti görməkdə acizdir, yalnız özünü haqq, sözünü həqiqət sayır. Beləsinin gözündən yaş gəlməz, kimsəni bəyənməz, azğınlıq içində itib-batar.
Daş qəlbi yumşaltmağın yolları var. İnsan özündə bu halı müşahidə etdikdə dərhal çarə qılmalı, nəfsinin tərbiyəsi ilə məşğul olmalıdır.
Əxlaq ustadlarının bu barədə tövsiyələri var:
1.İmam Sadiq (ə) buyurur ki, qəlbinizin pasını istiğfar, tövbə ilə təmizləyin;
2.Dünya arzularınızı azaldın, ölüm hər an qapıdadır;
3.İbadətə diqqətli olun;
4.Sədəqə verin, yoxsulların görüşünə gedin;
5.İmanlı insanlarla yaxınlıq edin;
6.Düşmənçilik, kin-küdurət, dava-dalaşdan uzaq olun;
7.Günahdan uzaq olun;
8. Moizələrə qulaq asın;
9.Həzrət Peyğəmbər (s) buyurur ki, qəlbinizin pasını təmizləmək üçün ölüm barədə çox düşünün;
10.Elmi söhbətlər gedən məclislərə qatılın;
11.Yetimlərə nəvaziş göstərin;
12.Quran oxumaqla qəlbinizi yumşaldın;
13.Oruc tutun;
14.Xəmsə-əşər minacatını oxuyun;
15.Namazınızı son namaz kimi qılın;
16.Düşünün, düşüncə həqiqəti tapmağa kömək edir.

HaqqYolu
http://www.niksalehi.com/din-andishe/archives/134206.php
Category: Seyr-süluk | Added by: Mursəlat
Views: 814 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]