Cümə axşamı, 2024-03-28, 12:52 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Seyr-süluk » Seyr-süluk

Bu qapıdan boş qayıdan yox
2012-12-26, 12:29 PM

Bu qapıdan boş qayıdan yox

HZ. MƏSUMƏNİN KƏRAMƏTLƏRİNDƏN (5,6)

Kəramət (5)

Ağa Səbzvarinin maraqlı dastanı var. Həmin dastanı "Kərimeye-Əhli-beyt” (ə) kitabında xülasə olaraq nəql etmişdik. İndi ətraflı olaraq o cənabın əlyazmasından təqdim edirik:
Biz Qum şəhərinin Cəmkəranlılar küçəsində ev aldıq. Həmin evin yarı pulunu borc etdik. Onu çətinliklə ödədik. Qərzül-həsənə verilən yerlərdən (xeyriyyə sandığı, fondu) borc götürmüşdük. Onların aylıq ödənişi geri düşmüşdü. Bundan əlavə bir miqdar əlborcu da almışdıq. Çalışırdıq ki, öz vəziyyətimizi kimsəyə söyləməyib sirrimizi gizli saxlayaq. Səkkizinci və doqquzuncu dəfə borc götürmək üçün zəruri şərtlər düzəldi. Uyğun borcları götürmək istədik. Birini zamin gətirdik. Amma işin ortasında o belə dedi: "Mən şəri zamin deyiləm, yalnız imzalayıram.” Bunun üçün onun zəmanəti qəbul olunmadı.
Onunla birlikdə çölə çıxdıq. Xəstəxananın dörd yol ayrıcında məni danlayıb qəlbimi qırdı. On dörd ay ötməsinə baxmayaraq hələ də qəlbim yaralı idi. Onun dil ilə qəlbimə vurduğu yaralar hələ də sağalmayıb.
Mən ona dedim: Mən quyuya düşmüşəm. Əgər bacarırsansa əlimdən tut. Daha nə üçün bu qədər danlayırsan? O yenə də davam etdi.
Bu borcu götürüb digər borclarımı bununla ödəyəcəkdim. Onların ödənmə vaxtı çatmışdı. Bütün planlarım bir-birinə dəydi. Tam naümid evə qayıtdım. Günortadan sonra halım çox pisləşdi. Yoldaşım soruşdu ki, nə olub? Ona bir söz deməyib, yatdım.
Gecə Xanım Məsumənin (s) hərəminə gedib dedim: Xanım! Mənim bundan sonra nə Qərzül-həsənələrlə bir işim var, nə də əlborcu ilə. Hər nə ola, ola!
Əbamı başıma çəkib bir küncdə əyləşərək dedim: Xanım! Əgər başqa yerim olsaydı ora gedərdim. Sınıq qəlblə Xanım Məsumə (s) ilə minacat etdim və onun üçün rövzə dedim.
O gecə ötdü. Mən hər yerdən naümid oldum və kiməsə müraciət etmədim. İkinci və üçüncü gecəni də həminki kimi Xanım Məsumənin (s) hərəminə gedib təvəssül etdim. O üç gecədə halım olduqca qəribə idi.
Bizim qəlbimizi qıran kəs nə baş verdiyini bilmədi. Amma bu iş bizim xeyrimizə, onun isə zərərinə tamamlandı. Ona işarə etdim amma anlamadı və hələ də anlamayıb. Sonra o kəs Qumdan Tehrana köçdü. Daha sonra bir-birinin ardınca cürbəcür hadisələr baş verdi. Onlar indi də davam edir.
Üçüncü gecə Xanım Məsumənin (s) hərəmindən çıxarkən mənimlə bir şəxs rastlaşdı və soruşdu: Siz evə görə nə qədər borclusunuz? Onun cavabında dedim: Mən atama, anama və ailəmə bunu deməmişəm. Bunu heç kəs bilmir və mən heç kəsə deməyəcəyəm. O mənə dedi: Mən bunu hökmən bilməliyəm. O israr etdi. Amma mən demək istəmirdim. Sonda onun israrları nəticəsində mən borcun məbləğini dedim. Bir gün sonra o bizim evə gəldi və özü ilə torbada pul gətirdi. Həmin pul ilə bizim borcumuz ödəndi. Mən ondan çox soruşdum ki, bu nədir? O mənim cavabımda dedi: Xanım Məsumənin (s) inayətlərindəndir. Mən həmin sualı neçə dəfə ondan təkrar soruşsam da o yenə də həmin cavabı verdi. Bu vasitə ilə mənim borclarım ödəndi.

Kəramət (6)

Mənəviyyat əhli olan dostlardan biri deyir: Mən on səkkiz yaşımdan indiyə kimi, yəni qırx bir yaşıma kimi istəniləm vaxt öz hacətim üçün iki aləmin Xanımına (Məsumə xanıma) təvəssül etmişəm. Heç zaman naümid olmamışam. Onlardan birinə misal: bir neçə gün bundan əvvəl borc almağa ehtiyaclı idim. Hərəmə getdim. Bunu Xanıma dedim. Həmin günün səhərisi gün tanışlardan biri yüz əlli min tümən İran pulunu mənə qərzül-həsənə (xeyriyyə borcu) kimi borc verdi.

HaqqYolu Tərcümə Mərkəzi



  

Category: Seyr-süluk | Added by: Ənfal
Views: 795 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]