Cümə axşamı, 2024-04-25, 7:02 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Seyr-süluk » Seyr-süluk

Bir yuxunun ardınca
2012-12-26, 12:21 PM
Bir yuxunun ardınca

HZ. MƏSUMƏNİN KƏRAMƏTLƏRİNDƏN (9)

Kəramət (9)

Etibarlı mənbələrdə mərhum Seyyid Muhəmməd Rəzəvi adlı hərəm xidmətçisi deyir: Gecələrin birində yuxuda Xanım Məsuməni (s.ə) gördüm. O buyurdu: "Qalx günbəzin işığlarını yandır.” Ayılıb saata baxdım. Gördüm sübh azanına dörd saat qalır. Yenidən yatdım. Yenə də həmin yuxunu gördüm. Üçüncü dəfə Xanım mənə hirslənərək buyurdu: "Məgər sənə demədim ki, qalx günbəzin işığını yandır!”
Yerimdən qalxıb günbəzin işığını yandırdım. Xeyli qar yağmışdı. Hər tərəf ağappaq, hava olduqca soyuq idi. Səhəri gün günəş çıxdı. Hərəmin salonunda dayanmışdım. Gördüm bir dəstə zəvvar öz aralarında söhbət edərək deyirlər: "Biz Xanım Məsuməyə (s) nə qədər təşəkkür etməliyik! Əgər günbəzin işıqları bir neçə dəqiqə də gec yansaydı soyuqdan öləcəydik.”
Məlum oldu ki, onlar çoxlu qar yağdığına görə yolu itiriblər. Heç bir nəqliyatsız biyabanda azıblar. Xanım Məsumənin (s.ə) əmri ilə işıqlar yandıqdan sonra şəhərin istiqaməti məlum olur və onlar özlərini şəhərə çatdıraraq soyuğun bəlasından nicat tapırlar

HaqqYolu Tərcümə Mərkəzi


Category: Seyr-süluk | Added by: Ənfal
Views: 991 | Downloads: 0 | Rating: 4.5/2
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]