Cümə günü, 2024-03-29, 3:19 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Seyr-süluk » Seyr-süluk

Bir parça çörəyə qane olmaq üçün...
2013-05-28, 4:33 AM
Bir parça çörəyə qane olmaq üçün...


Həzrət Əli Nəhcül-bəlağədə (Namə 45,10/ 25,26) buyurur: "Mən nəfsimi təqva vasitəsilə riyazətdən keçirirəm... Ona elə adət verirəm ki, bir parça çörək tapsam ona qane olsun...)" Seyr-süluk yolçusunun qarşısında dayanan əsas proqramlardan biri riyazətdir. Allah-taala riyazət barəsində buyurur: "Kim Rəbbinin hüzurunda durmaqdan qorxmuş və nəfs istəyini boğmuşsa, həqiqətən, onun yurdu cənnətdir!” 
"Riyazət”in lüğəvi mənası heyvanı ram etmək, onu xoşagəlməz hərəkətlərdən çəkindirmək və sahibinin əmrlərinə müti etməkdir. Riyazət dedikdə, heyvani nəfsin şəhvət və qəzəb qüvvəsinə, bu iki qüvvəyə aid olanlara itaətinə mane olmaq, həmçinin natiqə nəfsin heyvani qüvvəyə, var-dövlət, vəzifə hərisliyi və bu hərislikdən törənə biləcək hiylə, məkr, qeybət, təəssüb, qəzəb, kin, həsəd, fisq, şərə batmasına yol verməmək nəzərdə tutulur.
Riyazət dedikdə məqsəd kamala çatmaq üçün nəfsin, əql və əmələ itaətini adətə çevirməkdir. Şəhvət qüvvəsinə tabe olan nəfsə "bəhimi”, qəzəb qüvvəsinə tabe olan nəfsə "səbui” deyirlər. Əxlaqi rəzilətləri özündə adətə çevirmiş nəfs "şeytani” nəfsdir.
Allah Quranda bu üç nəfsi "əmmarə nəfs” adlandırmışdır. Amma bu rəzilətlər nəfsdə sabit olmasa və ya hərdən insanda gah xeyirə, gah da şərə təmayül etsə və ya xeyirə meyilli olub, şərə meyillilikdən peşman olsa və özünü danlasa, ona "ləvvamə nəfs” deyərlər.
Əqlə tabe olub xeyir tələbini özündə adətə çevirmiş nəfs isə "mütməinnə nəfs”dir.
Nəfsin tərbiyəsi yolunda riyazət dedikdə üç nöqtə nəzərdə tutulur:
-Haqqa qovuşmaq yolunda zahiri və batini maneələrin aradan qaldırılması;
-Kamillik tələbi ilə heyvani nəfsin əməli əql qarşısında cilovlanması;
-İlahi feyzin qəbulu yolunda insani nəfsin sabitliyə adət etdirilməsi...

haqyolu
Category: Seyr-süluk | Added by: Ənfal
Views: 735 | Downloads: 0 | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]