Cümə günü, 2024-03-29, 3:52 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Seyr-süluk » Seyr-süluk

Axirət müsafirləri üçün…
2012-11-17, 6:37 PM
Axirət müsafirləri üçün…


Ayətullah Behcət (r) xeyir əməllər haqqında danışarkən deyirdi: "Mərhum Ayətullah Hacı Şeyx Fəthəli Kazimeyni Kazimeyndə hərəmdə tədrislə məşğul idi. Çox vaxt dərs gedişində dəfn üçün meyyit gətirərdilər. Gecələr ölülər üçün vəhşət namazı qılmaq Ustadın adəti idi. Kazimeyn alimlərindən biri dünyasını dəyişmiş bir şəxsi yuxuda görür, halını soruşur. Mərhum deyir: "Vəziyyətim çox pis idi, Ağanın namazı dadıma çatdı…”
Dünyasını dəyişən əzizimiz üçün şivən qoparıb, haray salmağın heç bir faydası yoxdur. Əgər mərhum əziziniz üçün faydalı iş gərmək istəyirsinizsə, bu sədəqə və vəhşət namazından başlayır. Hələ can verən zaman Yasin, Saffat, Əhzab surələrini, Ayətəl-Kürsi, Bəqərə surəsinin son 3 ayəsini oxumaq çox təsirlidir. Dünyasını dəyişən insan üçün görüləsi işlərdən biri onun qəzaya getmiş vacib əməllərini əda etməkdir. Həzrət Peyğəmbər (s) buyurur ki, ölülərinizi unutmayın, onlar sizdən ehsan gözləyir. İmam Sadiq (ə) buyurur: "Dirini hədiyyə sevindirdiyi kimi ölünü ehsan, dua sevindirir…” Quran oxuyub mərhuma hədiyyə etməklə onu şad edin.

HaqqYolu/Tebyan
Category: Seyr-süluk | Added by: Mursəlat
Views: 817 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]