Cümə günü, 2024-04-19, 7:43 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Seyr-süluk » Seyr-süluk

Allaha yaxınlıq istəsən...
2013-05-18, 5:57 AM
Allaha yaxınlıq istəsən...

Dinin bir sıra hökmlərini yerinə yetirmək vacibdir və bu hökmlərdə güzəşt yoxdur. İstənilən bir şəraitdə "vacibat” adlandırılan bu hökmlər qeyd-şərtsiz yerinə yetirilir. Namaz, xüms-zəkat, hicab bu qəbildəndir. İnsan vacib namazlarını ayaq üstə dura bilməsə oturaq, otura bilməsə uzanmış vəziyyətdə qıla bilər. Bu kimi vacib vəzifələrin icrası dini qəbul etmiş hər bir fərdin vəzifəsidir.
Amma dində kiçik də olsa, "aşiqlər” adlanan bir zümrə var. Bu zümrə aşiq məşuq yolunda hər şeydən keçdiyi kimi, Allah yolunda mütidir, hətta canını fəda etməyə hazırdır. Aşiq Allahı razı salan bütün işləri özünə vacib sayır. Yəni "vacib” sözünü zehninə gətirmədən Allahın istəklərinə tabe olur. O, gecə namazına mükafat yox, Allahla görüş üçün qalxır. Bu zümrə üçün Qurani-kərimlə yanaşı Peyğəmbər (s) və onun əhli-beytindən (ə) nəql olunmuş hədislər də əhəmiyyət kəsb edir. Adi halda qadın hicabla cəmiyyətə çıxa, təhsil ala, işləyə bilər – din buna yasaq qoymur. Amma aşiq qadın Peyğəmbərin "qadının Allaha ən yaxın halı naməhrəm gözlərdən uzaq ölan mənzilindədir” buyuruğuna əməl edir, ailə-övladının qayğısına qalmağı bütün başqa işlərdən üstün sayır. Bir daha qeyd edək ki, bu kimi göstərişlər zorla yox, sevərək yerinə yetirilir.

HaqqYolu
Din və Mədəniyyət bölməsi
Mənbə: Hicab haqqında 40 hədis
Category: Seyr-süluk | Added by: Ənfal
Views: 786 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]