Şənbə günü, 2024-12-21, 7:05 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Saxtakar » Saxta hədislərin yaranması

Yalan hədis günahı
2012-10-17, 8:17 AM
Yalan hədis günahı


Əhli sünnə qardaşlarımızın inandıqları on nəfərin cənnətlə müjdələndikləri barəsindəki Peyğəmbərdən (s) nəql etdikləri hədisi araşdırmaq zərurəti doğmuşdur. Allah haqdır və biz haqq olanı araşdırmaqla görəvləndirilmişik.
Əbdur Rəhman Ouf öz atası Əbdür Rəhmandan belə nəql edir: Peyğəmbər (s) buyurmuşdur: Əbu Bəkr, Ömər, Osman, Əli, Təlhə, Zübeyir, Əbdür Rəhman Bin Ouf, Səid bin Əbi Vaqqas, Səid Bin Zeyd, Əbu Ubeydə cənnətlikdirlər.
Əvvəl gəlin bu hədisin sünni səhih kitablarında nəql olunmasını araşdıraq. Məlum olmuşdur ki, Səhiheyn kitablarında bu hədis nəql olunmamışdır.
Ikincisi Əbdur Rəhman Ouf dünyaya gəldikdən bir il sonra dünyadan köçmüşdür. (Əksər tarixi kitablara əsasən) Deməli O atasından birbaşa nəql edə bilməz. Arada bir vasitəçi olmalıdır. Bu da məlum deyil. Deməli bu hədis səhih hədis olmaqdan çıxır.
Üçüncüsü əgər belə hesab etsək ki, o atasından doğurdan da bu hədisi nəql etmişdir. Bəs nə üçün bu hədisi Peyğəmbərin (s) şəhadətindən 29 il kimi uzun vaxt keçdikdən sonra kufədə Müaviyənin zamanında söyləmişdir və Xilafət zamanında söylənməmişdir?
Bu da böyük sual doğuran bir məsələdir.
İndi biz əminliklə və haqqımız çatır ki, bu hədisi sənəd baxımından doğru hədis hesab etməyək.
Gəlin bu məsələni Quran nöqteyi-nəzərindən araşdıraq: Əgər bu on nəfər hər növ günah və ya səhv etmələrinə baxmayaraq cənnətlə müjdələniblər və onlara zəmanət verilibsə, bəs nə üçün Qurani kərim İsra surəsinin 74- 75- ci ayələrində o uca məqamla Peyğəmbər (s) barəsində belə buyurur: " Ya Peyğəmbər! Əgər Biz səni sabit qədəm etməsəydik, yəqin ki, azacıq da olsa onlara uyacaqdın! ( Belə olduqda) Sənə həyatın və ölümün ikiqat əzabını daddırardıq.”
Allah təala o böyük məqamla Peyğəmbərə belə buyurur ki, Əgər sən bir az belə haqq yolundan azsan və müşriklərə meyilli olsan sənə əzab veriləcək. Bu halda necə mümkündür ki, onun Əshabına belə bir azadlıq verilsin. Hər növ səhv və günala cənnətlə müjdələnsinlər?!
Digər tərəfdən Allah təala cənnətlə müjdələnlərin xüsusiyyətlərini belə bəyan edir:
" Ya Peyğəmbər! İman gətirən və yaxşı işlər görən kimsələrə müjdə ver: Onlar üçün altından çaylar axan cənnətlər vardır.” ( Bəqərə surəsi, ayə 25)
" İman gətirib yaxşı işlər görənlər və ümidlərini Rəbbinə bağlayanlar isə cənnətlikdirlə.” ( Hud surəsi, 23) Və s
İndi isə gəlin baxaq görək onlar doğurdan da mı Allah yolunda olmuşlar?! Əgər görsək ki, onların səhv və ya günahları olub, onda bu zamıçilik və təminatşılıq düzgün deyil!
Gəlin bu barədə Həzrət Əlinin (ə) Nəhcül Bəlağə kitabının şıqşiqiyyə xütbəsinə müraciət edək!
Allah təala yuxarıda deyilən İsra surəsinin 71- ci ayəsində belə buyurur: Bir gün (Qiyamət günü) bütün insanları öz imamları ilə birlikdə çağıracağıq.

Pərviz Mustafa

haqyolu.com
Category: Saxta hədislərin yaranması | Added by: Ənfal
Views: 923 | Downloads: 0 | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]