Cümə günü, 2024-04-19, 10:37 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Saxtakar » Saxta hədislərin yaranması

Saxta hədislərin yaranması
2012-10-17, 8:11 AM
Saxta hədislərin yaranması




XEYRİYYƏ MÜƏSSİSƏLƏRİ

Bu müəssisələri biz Livanın Sovr şəhərində yaxından müşahidə etdik. Həmin müəssisələr hörmətli alim Seyyid Musa Sədrin tərəfindən təkmilləşdirilərək genişləndirilmiş və müxtəlif formalara salınmışdır. Seyyid Musa Sədr Qumun Elmiyyə Hövzəsinin alimlərindən olub. O, Mərhum Ayətullah Sədrin oğlu və mərhum Şərəfuddinin xalasının oğludur. O mərhumun vəfatından sonra Sovr şəhərinə dəvət olundu.
Allahın köməyi ilə yaxın gələcəkdə «İmam Musa Sədr» adlı kitab da nəşr olunacaqdır.
Seyyid Şərəfuddin buyururdu: «Yoldan azmaq hansı vasitə ilə başlayırsa, hidayət vasitələri də elə həmin vasitə ilə hazırlanmalıdır». Bu cəhətdən də o, böyük elmi və dini şəxsiyyət kimi öz səyi ilə müəyyən işlər görərək ümumxalq mənfəəti olan müəssisələr təsis etmişdir. O cümlədən:
1. «Əl-mədrəsətul-Cəfəriyyə; Bu mədrəsəni yeniyetmə şiə övladlarının maariflənməsi, habelə cavanların təfəkkürünün formalaşdırılması, məlumat səviyyələrinin yüksəldilməsi məqsədilə tikmişdir. Hal-hazırda isə «Əl-kulliyyətul-Cəfəriyyə adlı böyük institut kimi fəaliyyət göstərir.
2. «Nadil-İmam Sadiq (əleyhissalam)»; (Yəni İmam Sadiq (əleyhissalam) adına salon.) Dini-mədəni bayramların və iclasların keçirilməsi üçün tikmişdir.
3. Bu mədrəsə və salonun yaxınlığında bir məscid də tikmişdir ki, şagirdlər öz dini vəzifələrini yerinə yetirib dini vacibləri vaxtlı-vaxtında yerinə yetirmək ruhiyyəsində böyüsünlər.
4. «Cəmiyyətul-birri vəl-ehsan» (yaxşılıq və ehsan cəmiyyəti); Bu xeyriyyə cəmiyyətinin təsis olunmasında məqsəd yoxsullara kömək, habelə ölülərin dəfn-kəfən işlərini təşkil etməkdir. Buna görə də Sovr şəhərində çox az hallarda kasıb tapmaq olar.
Bu xeyirxah, mədəni və ümumxalq əhəmiyyətə malik olan müəssisələrin tikilişində Seyyidin oğlanlarından Seyyid Sədrəddin («Ən-nəhc» məcəlləsinin baş redaktoru) və Seyyid Cəfər (Sovr şəhəri üzrə dövlət parlamentində nümayəndə, həm də atasının müavini idi) bu müəssisələrin genişləndirilməsində ciddi səy edirdilər.

İRAQDA VƏ İRANDA İMAMLARIN MƏZARININ ZİYARƏTİ

Seyyid Şərəfuddin 1355-ci hicri qəməri ilində İraqda məsum imamların müqəddəs şəhadət yerlərini ziyarət etdi və öz qohum-əqrəbaları ilə görüşdü. Alimlərdən, nazirlərdən, hökumət adamlarından, İraqın parlament nümayəndələrindən çoxu Cəsr Fluce şəhərində onun pişvazına çıxdılar. O, öz dayısı oğlu mərhum Seyyid Məhəmməd Sədrin evində gəldi (o, İraqın Ali Məclisinin sədri idi və böyük şiə alimlərindən sayılırdı).
Bu evdə böyük elmi şəxsiyyətlər və hökumət adamları onun görüşünə gəldilər. Seyyid Sədr onun iftixarına üç gün təntənəli ziyafət verdi. Sonra Kazimeyn, Samirra və Kərbəla şəhərlərinə getdi və hər yerdə alimlərin və camaatın alqışları ilə qarşılandı.
Sonra əziz cəddi Həzrət Əmirəl-Möminin Əli (əleyhissalam)ın məqbərəsini ziyarət etmək məqsədi ilə Nəcəfi-Əşrəfə getdi. Orada Nəcəfin mərcəyi-təqlidlərindən sayılan öz xalası oğlu mərhum Şeyx Məhəmməd Ali-Yasinə qonaq oldu. Bu evdə Nəcəfin böyük alimləri, mərcəyi-təqlidlər, fazil tələbələr, habelə müxtəlif siniflərdən olan şəxslər onun görüşünə gəlirdilər. Nəcəf şəhərinin ədəbi rabitə cəmiyyəti də onun bu şəhərə gəlişini əzizləmək məqsədilə bayram şənlikləri təşkil etdi, bütün elmi şəxsiyyətər və adi camaat orada iştirak etdi.
Sonra Həzrət İmam Riza (əleyhissalam)ın qəbrini ziyarət etmək üçün İrana yola düşdü, Qumda xalası oğlu mərhum Ayətullah Sədrin qonağı oldu. (Ayətullah Sədr Qum Elmiyyə hövzəsinin böyük alimlərindən və elmi rəhbərlərindən sayılırdı.) O, Qumda mərcəyi-təqlidlər və sair alimlərlə tarixi görüşlər keçirdi və onların arasında elmi müzakirələr başlandı. İranın sair şəhərlərində də alimlər və müsəlman kütlələr tərəfindən rəğbətlə, hörmətlə, hərarətlə qarşılandı.

VƏFATI

Seyyid Şərəfuddin ömrünün axırlarını İraqda–öz doğulduğu yerdə keçirmək istəyirdi ki, həm təhsil illərini yad edib, ömrünü qohumlarının arasında başa vursun, həm də öz cəddi Əmirəl-möminin Əli (əleyhissalam)ın qəbrinin yanında dəfn edilsin. Amma ilahi təqdir belə idi ki, o, ömrünün axırıncı saniyələrini əsl vətənində–Livanda keçirsin.
1377-ci hicri qəməri ilinin cəmadiyəs-saninin 8-də (1957) o şöləli çıraq söndü. Həmişə haqqı müdafiə edib batili dəf edən dəyərli əllər işdən dayandı. Nəfis və misilsiz əsərlər yazıb yaradan barmaqlar hərəkətdən düşdü.
Onun vəfat xəbəri yayılan kimi Livanın cənubunun əhalisi paytaxta–Beyruta tərəf axışmağa başladılar ki, özlərinin böyük dini rəhbərləri ilə vidalaşsınlar. O günlərdə Beyrutda ağır hüzn və həyəcanlanma var idi. dini alimlər, siyasi-dövlət rəhbərləri, bir sözlə, bütün cəmiyyət təbəqələri dövlət işçiləri və ruhanilər öndə hərəkət etməklə bu alimin dəfn mərasimində iştirak etdilər və cənazəni Bağdada yola saldılar.
Xüsusi təyyarə onun cənazəsini Bağdada gətirdi. Bağdadda müxtəlif siniflərdən olanlar onun yolunu gözləyirdilər. Bağdad və Kazimeyn əhalisi cənazəni müşayiət etdilər və gecə ikən Kərbəlaya daxil oldu. Kərbəlaya qədər yol boyu hamı cənazənin dəfn mərasimində iştirak etmək üçün özünü hazırlamışdı. Kərbəlada da vida mərasimi sona çatdı. Günəşin qüruba enməsindən bir az əvvəl cənazə Nəcəfi-Əşrəfə gətirildi. Nəcəfin bütün sakinləri: alimlər, ədiblər, böyük şəxsiyyətlər, cəmiyyətin müxtəlif təbəqələri dərin hüznə, kədərə qərq olan halda Əllamə Seyyid Şərəfuddinin pak cəsədini müşayiət edirdilər. Nəcəf şəhəri o vaxta qədər böyük mərcəyi-təqlidlərin, fəqih və müctehidlərin vəfatında təntənəli dəfn mərasimlərinin şahidi olmuşdu. Lakin Seyyid Şərəfuddin Həzrətlərinin cənazəsinin dəfn mərasimində iştirak edənlərin sayı-hesabı yox idi.
Beləliklə, o cənabın pak cəsədi 1377-ci il, cəmadiyəssani ayının 10-da, çərşənbə günü dərin qəm-kədər içərisində Həzrət Əmirəl-möminin Əli (əleyhissalam)ın mübarək məqbərəsinin həyətində dəfn edildi.
Seyyid Əbdülhüseyn Şərəfuddin Amili
Category: Saxta hədislərin yaranması | Added by: Ənfal
Views: 793 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]