Şənbə günü, 2024-04-20, 5:59 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Saxtakar » Saxta hədislərin yaranması

Saxta hədislərin yaranması
2012-10-17, 8:06 AM
Saxta hədislərin yaranması




Əbu Hüreyrənin elmi və nəql etdiyi hədislərin dini qanunlarla ziddiyyətliliyi

Əbu Hüreyrə deyir: Günlərin biri Peyğəmbər (s) bizə belə bir göstəriş verdi: Əgər filan yerdə filan kəsləri tapa bilsəniz od vurub yandırın. Amma onunla vidalaşmazdan əvvəl buyurdu: «O iki nəfəri yandırmağı əmr etdim, amma yandırmaq yalnız Allaha məxsusdur və bu, Ona xas olan əzab növüdür. Siz onları başqa yol ilə öldürün».
Göründüyü kimi bu söz «əməl etmə vaxtı çatmadan edilən nəsxdir» («Nəsx»-verilən hökmə əməl etmədən geri götürmək.) və belə bir iş Allah və Onun Peyğəmbəri üçün mahal və qeyri-mümkündür.
Əbu Hüreyrə əqlə zidd olan hədislər də nəql etmişdir. Məsələn: Həzrəti Davud (ə)-ın az vaxt ərzində Quran oxuması və s..
Bu rəvayətdə deyilir: Həzrəti Davud (ə) atını yəhərləyib qurtaranadək Quranı bir dəfə xətm edərdi.
Onun bu məzmunda uydurduğu başqa hədislər də vardır. Biz onlardan altısını on birinci fəsildəki qırx hədisin sonunda nəql etmişik.
Amma onun Bəni-Üməyyə sülaləsinə yaxınlaş-maq və camaat arasında rəğbət qazanmaq məqsədi ilə nəql etdiyi hədislər digər mövzularda söylədiyi hədislərdən daha çoxdur.
Biz onlardan bəzilərini kitabın beş, yeddi və doqquzuncu fəsillərində ətraflı bəyan edəcəyik. Əlbəttə, bu hədislərin özləri də növbənövdür. Onun nəql etdiyi hədəslərə yersiz təəssüb hissi olmadan diqqət yetirsəniz, görəcəksiniz ki, bu şəxs sanki özünü hədislə doydurmaq istəyən bir acdır və öz xəyalını həyatla doldurmaq istəyir.
O, özü etiraf edir ki, bir zamanlar fəqiranə və dözülməz həyat tərzi keçirmişdir. Amma az bir vaxtdan sonra hədis uydurmaqla aclığı dəf edə bilmiş və qənaətbəxş həyat tərzi əldə etmişdir. Belə olduğu bir halda onun nəql etdiyi hədis və rəvayətləri dəlil kimi qəbul etmək olarmı? Əgər bu iş düzdürsə, onda qoy Əbu Hüreyrə və onun havadarları kor-koranə təqlid siyasətini özləri üçün ən münasib yol bilib onunla hərəkət etsinlər. Biz də gözləyək, görək nə olur. Onlar öz məqsədlərinə çata biləcəklər, ya yox.
Mən bu işdə əlimdən gələni əsirgəməyəcəyəm, müvəffəq olub-olmamağımız isə yalnız Allahdan asılıdır. Allaha təvəkkül edib Ondan kömək gözləyirəm.

*** 
Əbu Hüreyrə

O, Peyğəmbər (s)-in adından həddindən artıq çox hədis nəql etmişdir. Altı «Səhih» kitablarının hamısı və digər «Müsnəd» kitabları da Əbu Hüreyrədən hədis nəql etməkdə ifrata varmışlar. Biz bu iki hədis toplumu müqabilində yalnız onların mənşəyindən söz açacağıq. Çünki, onun bizim dini və əqli həyatımızla birbaşa bağlılığı vardır. Əgər bu bağlılıq olmasaydı, onda o hədislərin mənşəyindən də söz açmazdıq və özümüzü bu çətinliklərlə qarşılaşdırmazdıq.
Bu hədislərin əhatə dairəsi o qədər genişdir ki, üsulidin və füruidin məsələlərinə də şamil olur. Necə ki, dörd sünnü məzhəbi əşairə və başqa şəriət və kəlam elminin alimləri ilahi hökm və qanunların bir çoxunda bu hədislərə istinad edərək onlardan geniş şəkildə istifadə etmişlər. Bu səbəbdən də Əbu Hüreyrə və onun nəql etdiyi hədislərin kəmiyyət və keyfiyyəti barəsində araşdırma aparmaq məcburiyyəti qarşısında qaldıq. Bəlkə bu yolla hədislərin, Allahın hökmlərinə aid olan hissəsini yaxşı tanıya bilək!

BİRİNCİ FƏSİL
ADI VƏ NƏSƏBİ

Əbu Hüreyrə əsil nəsəbi müəmmalı və naməlum olan şəxslərdəndir. Tarixçilər və başqa alimlər arasında onun atasının adı barədə çoxlu ixtilaflar vardır. Belə ki, cahiliyyət və sonrakı dövrlərdə onun adından heç bir əsər-əlamət yoxdur. Bu səbəbdən də onu hamı künyəsi ilə tanıyır. Bəziləri onu «Dus» qəbiləsinə aid edirlər. Bu qəbilənin kökü Dus ibni Ədnan ibni Abdullah ibni Zəhran ibni Kəb ibni Haris ibni Malik ibni Nəzr ibni Əzd ibni Qəusa çatır.
Atasının adı barədə isə bəziləri deyirlər ki, o, Ümeyr ibni Əbd Zimişəra ibni Türeyf ibni Qiyas ibni Əbi Səb ibni Həniyyə ibni Səd ibni Sələbə ibni Səlim ibni Fəhm ibni Qənəm ibni Dus olub.
Anası isə Səfih ibni Haris ibni Şabi ibni Əbi Səb ibni Qəniyyə ibni Səd ibni Sələbə ibni Fəhm ibni Qəni ibni Dusun qızı Əmimə olmuşdur.
Əbu Hüreyrənin özünə gəldikdə isə ona «Hüreyrə» (kiçik pişik) ləqəbi verilmişdir. Deyilənlərə görə o, pişiyin vurğunu olmuşdur və bəlkə də elə buna görə Peyğəmbər (s)-dən pişik haqqında belə bir rəvayət nəql etmişdir.
Rəvayətdə deyilir: «Bir qadın pişiyi (həyət heyvanlarını yediyi üçün) iplə bağlayıb bir otağa saldı və onu orada bir neçə gün ac-susuz saxladı. Buna görə də Allah-Taala onu cəhənnəm odu ilə cəzalandırdı».
Ayişə eşitdikdə Əbu Hüreyrə (qorxudan) bu hədisi təkzib etmişdir.

İKİNCİ FƏSİL
Əbu Hüreyrənin böyüyüb İslamı qəbul etməsi və Peyğəmbər (s) ilə etdiyi yoldaşlıq

O, Yəməndə doğulmuş və otuz yaşına qədər orada yaşamışdır. Əbu Hüreyrə cahil və heç bir elmə malik olmayan adi bir şəxs idi. Savadsızlıqla yanaşı, yoxsul və fəqiranə həyat tərzi keçirirdi. Bir sözlə, zəmanə ona yoxsulluq libası geyindirmişdi. O qarnını doydurmaq üçün ayaq yalın, başı açıq gecə-gündüz yaşadığı məntəqənin əhalisinə nökərçilik edirdi. («Ət-təbəqat», «Əl-İsabə», «Hilyətul-övliya» və s. Əbu Hüreyrə haqqında yazılan mənbələrə müraciət edə bilərsiniz.) Bununla belə, o heç bir narahatçılıq və iztirab keçirmədən belə bir həyat tərzi ilə razılaşırdı. Amma Allah öz Peyğəmbərm (s)-inin Mədinədə dəvətini ucaltdıqdan və Bədr, Ühüd və digər müharibə və hadisələrdən sonra bu biçarə Peyğəmbər (s)-ə birləşməkdən başqa bir çıxış yolu tapmadı. Beləliklə o, Xeybərin fəthindən sonra islamı qəbul edərək Peyğəmbər (s) ilə beyət etdi. Tarixçilər yekdilliklə bu hadisənin hicrətin yeddinci ilində baş verdiyini qeyd etmişlər. O ki, qaldı onun Peyğəmbər (s) ilə birlikdə olmasına, Əbu Cürəyr özü Səhihi Buxaridə nəql olunan hədisə əsasən, deyir ki, Əbu Hüreyrə, Peyğəmbər (s)-lə üç ildən artıq bir əsrdə olmamışdır. («Səhihi-Buxari», 2-ci cild, səh.182; həmçinin «Əl-isabə, «Ət-təbəqat».)
Seyyid Əbdülhüseyn Şərəfuddin Amili
Category: Saxta hədislərin yaranması | Added by: Ənfal
Views: 818 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]