Cümə günü, 2024-03-29, 11:21 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Saxtakar » Saxta hədislərin yaranması

Saxta hədislərin yaranması
2012-10-17, 8:03 AM
Saxta hədislərin yaranması




DÖRDÜNCÜ FƏSİL

Əbu Bəkr və Ömərin xilafəti zamanında

Bu iki xəlifənin yaşadıqları dövranı araşdırarkən Əbu Hüreyrə barəsində çox da mühüm məsələyə rast gəlmədik. Diqqəti cəlb edən tək bu oldu ki, Ömər hicrətin 21-ci ilində onu Bəhreynə vali təyin etmiş, 23-cü ilində isə onu vəzifəsindən azad edərək yerinə Osman ibni Əbil Ası göndərmişdir. Əbu Hüreyrənin bu vəzifədən kənarlaşdırıl-masının əsas səbəbi onun vəzifəsindən sui-istifadə edərək beytül-maldan on min dinar pulu oğurlaması olmuşdur. Ömər xəlifə olduğu müddət ərzində bu məsələni nəyin bahasına olursa olsun, həll edib pulları beytül-mala qaytarmaq istəyirdi. Dəlil üçün İbni Əbdi Rəbbih Malikinin «Əlqdul-Fərid» kitabının birinci cildində Ömər barəsində dediyi sözlərə diqqət yetirin:
«Ömər Əbu Hüreyrəni yanına çağırıb dedi: özün yaxşı bilirsən ki, sən Bəhreynə vali təyin edildikdən sonra bir cüt çarığın belə yox idi. Amma indi eşidirəm ki, özün üçün min altı yüz dinarlıq bir neçə seçmə at alıbsan. Əbu Hüreyrə dedi: Atlar doğaraq artıblar. O ki, qaldı şəxsi əşyalara, onlar camaatın mənə verdiyi hədiyyələrdir. Ömər dedi: Mən əvvəlcədən sənin bütün xərcliyini vermişdim, deməli sənin ixtiyarında olan hər bir şey artıqdır və sən onları (beytül-mala) qaytarmalısan. Əbu Hüreyrə həyacənlı halda dedi: Yox, sən belə etməzsən. Ömər dedi: And olsun Allaha, bu işi görəcəyəm, hələ üstəlik sənə şallaq da vuracağam. Ömər dediyi işi də etdi: Əbu Hüreyrənin bədəni bir neçə yerdən yaralanana qədər ona şallaq zərbəsi vurdu. Sonra yenə malların qaytarılmasını tələb etdi. Əbu Hüreyrə dedi: Onların Allah yanından olduğunu hesab et. Ömər dedi: Əgər halal yol ilə alsaydın, dediyin kimi edərdim. Amma camaat onu sənin qarnın və gözün doymaq üçün yox, Allah yolunda (imkansız) bəndələri üçün vermişlər! Yoxsa sən uzaq yerdən gəlibsən? (Yəni hamı səni çox yaxşı tanıyır) Anan Əmimə səni eşşək otarmaqdan başqa bir iş üçün doğmayıb!»
İbni Əbdi Rəbbih Əbu Hüreyrədən belə nəql edir:
«Ömər məni Bəhreyn valiliyindən uzaqlaşdırdıqdan sonra dedi: Ey Allah və Quranın düşməni! Allahın malınımı oğurlayıbsan? Mən cavabında dedim: Mən nə Allahın, nə də Onun kitabının düşməniyəm. Mən yalnız sizin düşmənlərinizin düşməniyəm. Allahın malını da oğurlamamışam. Ömər soruşdu: Bəs bu on min dinarı haradan və necə əldə etmisən? Dedim: Bunlar doğaraq artmış atlar və ardıcıl mənə verilən hədiyyələrdir. Sonra Ömər onların hamısını məndən aldı. Mən də sübh namazından sonra dua edərək Allahdan Ömərin bağışlanmasını istədim».
İbni Əbil Hədid «Nəhcül-Bəlağə»-nin şərhinin üçüncü cildində Ömər barəsində danışarkən bu hadisəni nəql etmişdir.
İbni Səd «Ət-təbəqatul-kubra» kitabında Əbu Hüreyrədən danışarkən Məhəmməd ibni Sirinin Əbu Hüreyrədən nəql etdiyi sözləri belə bəyan edir: «Ömər mənə dedi: Ey Allah və Quranın düşməni! Allahın malınımı oğurlayıbsan?»
İbni Həcər Əsqəlani də özünün «Əl-isabə» adlı kitabında Əbu Hüreyrənin həyatından danışarkən bu hadisəyə işarə etmişdir. O, Əbu Hüreyrənin tərəfini saxlayaraq alimlər arasında yekdil olan bir həqiqəti inkar edərək onlarla müxalif bir mövqedə durmuşdur. Amma o yaddan çıxarmışdır ki, o özünün bu əməli ilə Əbu Hüreyrəni cəzalandıraraq mənimsə-nilmiş malları beytül-mala qaytaran xəlifəyə böyük tənə vurmuş və onun məqamına xələl gətirən şeylər söyləmişdir.

BEŞİNCİ FƏSİL
Osmanın xilafəti zamanı

Əbu Hüreyrə bu dövrdə Əbul-As və Bəni Üməyyədən olan sairələri ilə daha sıx rabitə yaradıb onlarla səmimi dostluğa başladı. Xüsusilə Mərvan ilə sıx rabitə yaradıb Əbu Muyit tayfasına daha da yaxınlaşdı. Beləliklə onların yanında özü üçün xüsusi hörmət qazandı. Xüsusilə «Yovmud-dar» hadisəsindən sonra (o, Osmanla birlikdə mühasirəyə alınan-ların içində idi).
Əbu Hüreyrə bu tayfaların vasitəsi ilə kasıbçılığın daşını bir dəfəlik ataraq var-dövlət sahibi oldu.
«Yovmud-dar» hadisəsi onun üçün ən yaxşı fürsət oldu. Belə ki, o mühasirə olunanlara birləşərək onlara pənah apardı və özünü Əbu-As və Əməvi tayfasından olanları yanında əziz tutdu. Onlar da özlərinin Əbu Hüreyrəyə nə qədər ehtiyaclı olduqlarını çox gözəl dərk edirdilər. Çünki (yalan hədis və rəvayət nəql etməklə) onların ixtiyarında olan hökuməti yalnız Əbu Hüreyrənin vasitəsilə qüvvət-ləndirmək olardı. Bu səbəbdən də Əməvilər və onların havadarları yoxsulluq, acizlik və nadanlıq (şəxsiyyətsizlik) xüsusiyyətlərini ondan uzaqlaşdıraraq Əbu Hüreyrəni bütün məclislərdə tərifləyir və şənini ucaltmağa çalışardılar. Əlbəttə, onlar çox yaxşı bilirdilər ki, Əbu Hüreyrə xəlifə tərəfdarlarını müharibə və qan tökməkdən çəkindirərək sakitliyə dəvət etmiş və sonra mühasirə edilənlərə qoşularaq evə daxil olmuşdu.
Osman özünün və tərəfdarlarının canını təhlükədən qorumaq üçün belə də etdi. Əbu Hüreyrə də yaxşı bilirdi ki, qiyamçıların Osman və Mərvandan başqa heç kəslə işləri yoxdur. Bu səbəbdən də o cürətlənərək mühasirədə olanlara qoşuldu və bu fürsətdən səmərəli istifadə edərək ən əlverişli gəlir mənbəyi əldə etdi. Əməvilər belə bir faydalı şəxsi ələ gətirdiklərini görüb onun nəql etdiyi hədisləri yaymaq üçün əllərindən gələni əsirgəmədilər. Onlar bir şey danışarkən Əbu Hüreyrənin nəql etdiyi hədislərə istinad edərdilər. Əbu Hüreyrə də onlara tabe olub yalnız xilafətin istəyinə uyğun hədislər nəql edirdi.
Əbu Hüreyrənin Əməvi xilafəti üçün Peyğəmbər (s)-in dilindən nəql etdiyi bir neçə hədis:
1. «Hər peyğəmbərin öz ümmətindən bir dostu olar, mənim də dostum Osmandır».
2. «Osman o qədər həyalıdır ki, mələklər ondan həya edərək çəkinərlər».
3. «Hər peyğəmbərin cənnətdə bir dostu olar, mənim də oradakı dostum Osmandır».
4. «Cəbrayıl mənim yanıma gəlib dedi: «Allah belə əmr edir ki, Ummu Kulsumu və Rüqəyyənin mehriyyəsi ilə Osmana verməlisən».
5. Başqa bir yerdə deyir: Peyğəmbər (s)-in qızı Osmanın həyat yoldaşı Rüqəyyənin yanına getdim. Onun əlində bir daraq var idi. Məni gördükdə dedi: Bir az bundan qabaq Peyğəmbər (s) mənim yanımda idi və gördüyün bu daraqla onun saçlarını darayırdım. Sonra o Həzrət (Peyğəmbər) məndən soruşdu: Əbu Əbdillah (Osman) necə adamdır. (Sonra buyurdu:) Onun xətrini əziz tut, çünki o, əxlaq baxımından səhabələrim içində mənə hamıdan çox oxşayır».
Əbu Hüreyrə bəzən özünə cəsarət verərək Peyğəmbər (s)-in sözlərini tam əksinə nəql edərək zehnlərdə yanlış təsəvvür yaradardı.
Səhih və digər ravilər tərəfindən qəbul olunmuş bir xəbərdə (hədisdə) deyilir: «Məndən sonra çox tez bir zamanda (cəmiyyətdə) azğınlıq, fitnə-fəsad və (saysız-hesabsız) ixtilaflar yaranacaqdır». Səhabələrdən bəziləri soruşdu: Ya Rəsuləllah! Belə olduqda biz nə edək? Həzrəti Peyğəmbər (s) Əli (ə)-a işarə edərək buyurdu: Onun və tərəfdarlarının ardınca gedin. («Kənzul-ümmal», 6-cı cild, 2635-ci hədis; həmçinin «Əl-istiyab» və «Əl-kəbir» kitablarında da bu hədis nəql edilmişdir. «Əl-kəbir»; «Əl-mustədrək», 3-cü cild, səh.122; «Müsnədi-Əhməd», 3-cü cild səh.33 və 82; «Hilyətul-övliya», 1-ci cild, səh.67 və bir sıra başqa kitablar.) Amma Əbul-As və Əbu-Süfyan tayfalarına yaxınlaşmağa çalışan Əbu Hüreyrə bu hədisi nəql edərkən Peyğəmbər (s)-in Osmana işarə etdiyini vurğulamışdır.
Onlar da Peyğəmbər (s)-in sözünü bəyənib qəbul etdilər. Biz bu hədisi kitabın səkkizinci fəslində qeyd edəcəyik, inşallah.

Seyyid Əbdülhüseyn Şərəfuddin Amili
Category: Saxta hədislərin yaranması | Added by: Ənfal
Views: 780 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]