Cümə günü, 2024-04-26, 6:23 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Saxtakar » Saxta hədislərin yaranması

Saxta hədislərin yaranması
2012-10-17, 7:33 AM
Saxta hədislərin yaranması

5-ci hissə

Müaviyənin zamanında ən gəlirli işlərdən biri də Peyğəmbər (s)-in ailəsinin əleyhinə yalan hədislərin uydurulması idi. Bəni Üməyyə xilafətinə yaxınlaşmaq və var-dövlət sahibi olmaq istəyən hər bir şəxs bu yol ilə istəyinə nail ola bilərdi. Hədis ticarəti müsəlmanları çaşqın vəziyyətə salmış, cəmiyyətdə misli görünməyən təlatümə səbəb olmuşdu. O dövrün ən məşhur hədis dəccalları bunlar idi: Həmid ibni Abdullah, Məhəmməd ibni Kəb Fərzi, Əbu Hüreyrə və s. Bəni Üməyyə xilafətinə bu işdə böyük xidmətlər göstərən hədis dəccallarının sayı günbəgün artmaqda idi. Minbərlərdə oxunan təhrif olunmuş hədislər nadan Şam camaatı tərəfindən həqiqət kimi qəbul olunurdu. Dəccallar nəql və sonra bəyan etdikləri hədislərdə onlara sübut etməyə çalışırdılar ki, Əli (ə) və onun övladları dindən çıxmış, azğın şəxslərdir və gündəlik namazlardan sonra onlara lənət oxumaq hər bir şəxsin şəri borcudur. Təəssüflər olsun ki, onlar sadəlövh Şam əhlinin bir çoxunu özlərinə tərəf çəkə bilib, Əli (ə)-ın və onun məsum ailəsinin qatı düşmənlərinə çevirdilər.
Barmaqla sayılan məzlum və sadiq möminlərin belə bir şəraitdə sükutdan başqa gücləri bir şeyə çatmayırdı. Onlar haqq-ədalətin ayaqlar altına atıldığını görür, amma cürət edib xilafətə qarşı etiraz edə bilmirdilər.
Onlardan bu hədislər barəsində sual edildikdə çarəsizlikdən kinayə və ya üstü örtülü yollar ilə cavab verməli olurdular.
Verilən suallar da adətən Siddiqin (Əbu Bəkrin) və Faruğun (Ömər ibni Xəttabın) fəzilətləri haqqında olardı. Bəni Üməyyənin hiylə və şərrindən yaxa qurtarmaq üçün daim nəzarət altında olan əshab təqiyyə edər və hər kəslə ünsiyyətdə olmazdılar.
Beləliklə haqq-ədalət batil əqidələr ilə əvəz olundu. Bu hədis dəllallarına daha çox gəlir gətirdi və az bir zaman ərzində cəmiyyətdə yayılmağa başladı. Onlar hədis bazarının qızışdığını görüb onu (hədisi) Əli (ə)-dan, əmisi oğlu İbni Abbasdan, ən yaxın səhabə olan Cabir ibni Abdullah Ənsaridən və İmam Baqir (ə) kimi mötəbər şəxslərin adından nəql etməyə başladılar. Zaman keçdikcə uydurulmuş hədislər kitablarda yazılır və müsəlmanlar arasında rəğbətlə qarşılanırdı. Sadəlövh müsəlmanlar bu hədisləri Peyğəmbər (s)-dən nəql olunmuş hədislər ilə birlikdə oxuyur və qorunub saxlanmasında çox səy göstərirdilər.
Əli (ə)-ın qatı düşmənlərindən biri olan Əbu Zərə ibni Raşid hədis tarixinə ən böyük zərbə vuran dəllallardan biri olmuşdur. Nasibilərdən olan bu şəxs tək Əli (ə) ilə deyil, Bəni Haşimlərlə də düşmənçilik edər və onların əleyhinə hədis nəql edərdi. O bu hədisləri adətən öz şeyxi (ustadı) Yunis ibni Yəzid Əbəlidən nəql edərdi. O isə Müaviyənin azad etdiyi qullardan biri idi. (Əbu Nəsr Kəlabazi, Əbu Bəkr İsfahani və Əbul-Fəzl Şeybani (Qeysərani kimi məşhur idi) öz kitablarında Yunis İbni Yəzidin həyatı haqqında geniş məlumatlar vermişlər. (Qeysəraninin kitabına müraciət et, səh.458) Yunis Əbəlinin nəql etdiyi hədislərdən biri də Peyğəmbərin əmisi Əbu Talibin vəfatı hədisini məhz Əbu Zərədən nəql etmişdir.)
Bu əsassız hədisi İbni Abbasın ayağına yazan şəxs Əli (ə)-ın qatı düşmənlərindən biri olan Məczat oğlu Əbül Qasim Muqsəm olmuşdur. Məşhur ravilərdən biri olan Hakim onu Buxarinin mötəbər bildiyi şəxslərdən biri bilib özünün «Əl-Mustədrək» adlı kitabında bu hədisi ondan nəql etmişdir.
Buxari özü Muqsəmi zəif ravilərdən hesab etmiş və kitabında onların (zəif ravilərin) adlarını ayrıca qeyd etmişdir.
Zəhəbi özünün «Əl-mizan» adlı kitabında Buxari və İbni Həzmə istinad edərək Muqsəmin zəif ravi olduğunu bəyan etmişdir.
İbni Səd özünün «Təbəqat» adlı kitabında (5-ci cild, səh.346) yazır: «Muqsəm çox hədis nəql etmişdir, amma onların əksəriyyəti zəif və etibarsızdır. Elə bu səbəbdən də Müslüm və Buxari ondan bir hədis olsun belə nəql etməmişlər».
Buxari Malik oğlu Əbdül Kərimdən nəql etdiyi rəvayətdə deyir: Günlərin biri Muqsəm ibni Abbasdan mənə belə bir rəvayət nəql etdi:
«Bədr döyüşündə Peyğəmbər (s) ilə birlikdə döyüşənlər, Bədrdə olub döyüşdə iştirak etməyən və onu (Peyğəmbər (s)-i) tərk edib döyüş meydanından qaçanlarla bir deyillər».
Buxari hədisin təfsirini İbni Abbasdan (Muqsəmin vasitəsilə) öz kitabında iki yerdə nəql etmişdir:
1 - Bədr döyüşünün şərhində. («Səhihi-Buxari», 3-cü cild, səh.2)
2 - «Nisa» surəsini təfsir edərkən. («Səhihi-Buxari», səh.81)
Buxari bu hədisdən başqa Muqsəmdən heç bir şey nəql etməmişdir.
Hədisi Cabir ibni Abdullah Ənsariyə istinad edən şəxs Nəcihul Mələtin oğlu Əbu Saleh İshaq olmuşdur. O öz nadanlığı və yalançılığı ilə hər yerdə şöhrət tapmışdı. Vəziyyətdən sui-istifadə edərək hədis nəql etməyə başlamış və bu yol ilə xeyli var-dövlət əldə edə bilmişdi. Zəhəbi «Mizan»da onun nə qədər yalançı və nalayiq insan olduğu və imamlar (ə) haqqında uydurduğu təhqiramiz hədislər haqqında dəyərli məlumatlar vermişdir.
Hədisi İmam Baqir (ə)-a istinad edən şəxs İshaq oğlu Məhəmməd olmuşdur. Onun nəql etdiyi hədis başdan-ayağa yalan olmaqla yanaşı heç bir dəlilə əsaslanmayır. Əli (ə)-ın məqamını dərk etməyən bu nadan insanlar tarix boyu heç bir ravinin nəql etmədiyi hədis və rəvayətləri öz kitablarında müxtəlif yollar ilə nəql edərdilər.

19-cu hədis
Ömərin mələklər ilə söhbəti



Buxari («Səhihi-Buxari», 2-ci cild, səh.194, ömərin fəzilətləri fəsli.) bu hədisi Əbu Hüreyrədən və o da Peyğəmbər (s)-dən nəql etmişdir. Hədisdə deyilir: «Sizlərdən əvvəl bəni İsrail övladlarından elə şəxslər var idi ki, peyğəmbər olmamaqlarına baxmayaraq mələklər onlar ilə söhbət edərdilər. Mənim ümmətimdən elə bir şəxs olarsa, Ömər özü olacaqdır».
Əbu Hüreyrənin Peyğəmbər (s)-dən nəql etdiyi başqa bir hədisdə deyilir: «Keçmiş ümmətlər arasında elə şəxslər var idi ki, mələklər ilə birbaşa əlaqədə olar və onlar ilə söhbət edərdilər. Əgər mənim ümmətimdən onlar kimi bir şəxs olsa, Ömərin özü olacaqdır».
Əbu Hüreyrə bu hədisi Ömər vəfat etdikdən bir neçə il sonra Peyğəmbər (s)-in dilindən nəql etmişdir. (Ömər ibni Xəttab isə Peyğəmbər (s)-dən on iki il sonra vəfat etmişdir).
Hökuməti əldə saxlamaq üçün Peyğəmbər (s)-in ailəsi haqqında təhqiramiz hədislər nəql olunmalı, Əbu Bəkr və Öməri məsumluq dərəcəsinə çatdırmaq lazım idi. Xəlifə Ömərin zamanında belə bir hədisin nəql olunması qeyri-mümkün idi, çünki onu hamı yaxşı tanıyırdı və artıq heç bir tərif və tənqidə ehtiyac yox idi.
Müaviyə isə tam başqa bir insan idi. Ona yalnız şan-şöhrət və islam ümməti üzərində güclü hakimiyyət qurmaq lazım idi. Haqqı batildən ayıran əql sahibləri yaxşı bilirlər ki, mələklər ilə ünsiyyətdə olan yalnız peyğəmbərlər və onların məsum naibləri (canişinləri) olmuşlar. Peyğəmbərlər vəhy yolu ilə, onların naibləri isə Allahdan ilham alaraq mələklərlə ünsiyyətdə olmuşlar. Xəlifə Ömər isə nə Peyğəmbər, nə də peyğəmbər (s)-in naibi deyildi. Deməli onun mələklər ilə ünsiyyətdə olması (danışması) qeyri-mümkündür.

Mələklər ilə ünsiyyətdə olan naiblər isə heç olmazsa Harun, Yuşə və Şəmun (ə)-ların kəsb etdikləri məqama nail olmalı idilər.


Seyyid Əbdülhüseyn Şərəfuddin Amili


Category: Saxta hədislərin yaranması | Added by: Ənfal
Views: 800 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]