Main » Files » Saxtakar » Saxta hədislərin yaranması |
Saxta hədislər
2012-10-17, 12:31 PM | |
Saxta hədislər Ənkəbut surəsi, 44-cü ayə: Allah Göyləri və Yeri haqq olaraq (zərurət kimi) yaratmışdır. Həqiqətən, bunda (bu yaradılışda) möminlər üçün bir ibrət vardır! İmam Muhəmməd Baqir (ə) buyurur; "Doğru danışan şəxsdən bir hədis öyrənməyin sənin ucün bütün dünyadan yaxşıdır" Saxta hədislərin tanınması üçün istifadə olunan ümumi qaydalardan biri də sübuta yetirilmiş elmi dəlillərdir. Allahın bəşər övladına bəxş etdiyi mənəvi nemətlərdən biri də ağıl və dərrakədir. İnsan ixtiyarında olan aglın gücü ilə elmi ixtiralar edir və gün-gündən tərəqqiyə nail olur. Elmi təcrübələrdə bunun daha çox hiss olunduğunu desək, yanılmarıq. Lakin elmi tərəqqi bizim təkcə maddi həyatımızda deyil, həm də din və əqidəmizin qorunmasında rol oynayır. Dini mənbələrdə Peyğəmbər (s.ə.s) və məsum İmamlardan (ə) nəql olunan hədislərə nəzər saldıqda burada sağlam düşüncə və elmi ixtiralara zidd olan xeyli hədislərlə qarşılaşırıq. Bəlkə də coxlarınız bu hədisləri dəfələrlə oxuyub düz qəbul etmisiniz. Lakin bir qədər dərindən düşünüb-daşınsanız, onların saxtalığına əmin olacaqsız. Daha çox Əbu Xəttab kimi tanınan Muhəmməd ibn Vəhəb Əsədi səmamdan nəql edərək deyir; " Günlərin biri Malik ibn Ənəs ilə birlikdə idim. Söhbət etdiyimiz zaman milçək suyun içinə düşdü. Malik milçəyi suya bütövlüklə batırdıqdan sonra kənara atdı və "Bismillah" deyib suyu içdi. Sonra dedi: " Bunu bizə Peyğembər (s.ə.s) öyrətmişdir. Buyurmuşdur ki, Milçəyin bir qanadında zəhər varsa, o biri qanadında onun şəfası vardır". Halbuki, bioloji elm təcrübələr milçəyin mikrob daşıyıcısı olduğunu və onun qanadlarında heç bir şəfa olmadığını, əksinə, onların mikroblar və virus daşıyıcısı olduğunu sübuta yetirmişdir. Digər tərəfdən, milçək su və ya yeməyə qanadlarından da təhlükəli olan qanadları ilə daxil olur ki, bu da onun təhlükəsini daha çox artırmış olur. Bizlər, adi insanlar buna yol vermədiyimiz halda, görəsən, Peyğəbər (s.ə.s) kimi insan belə bir tövsiyəni necə verə bilərdi? Sözsüz ki, onun adından verilən bu kimi məlumatlar kimlərinsə mənafeyinə xidmət etmiş və nəticədə çoxsaylı saxta hədislərin sırasına yol tapa bilmişdir. Milçəyin zərərləri Milçək- ikiqanadlııar sinfinə aid istisevər heşəratdır. Milçəklərin çox növləri vardır. Onların bir çoxu insanların yaşayış yerlərinə yaxın məskunlaşır. Milçəklər, adətən yemək qalıqları, murdar və nəcslə, bəzi növləri isə heyvan və insan qanı ilə qidalanırlar.Milcəklər bir çox xəstəliklərim daşıyıcısı olduqlarından insanları çox asanlıqla yoluxdururlar. Onlar ayaqlarında daşıdıqları çoxsaylı virus və mikrobları qonduqları qida məhsulların üzərinə oturub bu yolla insanları dizenteriya, hepatit A, vərəm, vəba, yatalaq və bu kimi xəstəliklərə yoluxdura bilir. Qanla qidalanan milçəklər insan orqanizmi üçün daha təhlükəlidir. Onlar xəstə heyvanların qanını sovurub onu sağlam insan və heyvanlara ötürür və malyariya, qarayara kimi yolxucu xəstəliklərin yayılmasına səbəb olurlar. | |
Views: 1121 | Downloads: 0 | Rating: 0.0/0 |
Total comments: 0 | |