Bazar ertəsi, 2024-12-30, 8:26 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Saxtakar » Saxta hədislərin yaranması

Saxta hədislər
2012-10-17, 12:28 PM
Saxta hədislər

Allah-təala Qurani-Kərimdə buyurur: " Ey iman gətirənlər! Etməyəcəyinin bir işi niyə deyirsiniz?" 
("Səf" surəsi, ayə 2)


İbn Qutəybə Dəynəvəri " Təvilul muxtəliful əhadis" adlı kitabında Əbdulla ibn Müslimdən belə bir hədis nəql olunur:
" Peyğəmbər (s.ə.s) buyurur:" Dəvələrin yatdıqları yerdə namaz qılmayın, çünki dəvələr Şeytandan yaranıb". 
Ravi (hədisi nəql edən şəxs) bunu natəmizliklə əlaqələndirsəydi, bəlkə də dərdyarı olardı. Amma dəvələrin Şeytandan yaranması ağ yalandır.

Əvvəla ona görə ki, Şeytan mələk cinsindəndir, mələklərin isə insan və heyvanlartək artması qeyri-mümkündür, çünki onlarda belə bir keyfiyyət olmur. Digər tərəfdən, istər indi, istərsədə min il öncə, yaxud bizim eramızdan əvvəl dəvənin Şeytandan yaranması faktı qeydə alınmamışdır. Dəvələrin dişi və erkək dəvənin cütləşməsi nəticəsində doğulması elmə, hətta sadə çobana bəllidir.

Süyutinin Səid ibn Cərir və Xətib Bağdadidən Harut və Marut barədə nəql etdiyi  rəvayətdə deyilir: 
"Zührə (Venera) ulduzu əvvəllər əxlaqsız bir qadın olmuşdur. O, Harutla Marutun yanına gələrək onların qəlbində özünə yer edir... Sonra onlardan göylərə ucalmağın sirrini soruşur.  Göylərə ucalmaq istədikdə isə ulduza çevrilir".

Əllamə Təbətəbai rəvayətə işarə edərək deyir:" Hədis kitablarında buna oxşar iyirmiyə yaxın hədis nəql olunmuşdur və onlardan bəziləri İmam Sadiqə (ə) aid edilmişdir. Bu hədislərdə Zührə ulduzunun əvəllər zinakar qadın olduğu və sonradan ulduza çevrildiyi qeyd olunur. Bu isə gülünc bir şeydir. Çünki Zührə ulduzu digər ulduzlar kimi Allah tərəfindən yaradılmışdır.

 Zührə gecənin  qaranlığında Yeri öznuru ilə işıqlandıran bir ulduzdur. " Təkbir" surəsi, ayə 16-da Allah-Təala həmin ulduzla yanaşı, digər ulduzlara and içir:
" ( Günəşdə, Ayda)seyr edib (onlar batdığı zaman)gizlənən səyyarələrə (ulduzlara) (Zührəyə, Zuhələ, Məştəriyə, Mərrixə və Ütaridə) and olsun!".

 Bir anlığa düçünək! Bütün eyib və nöqsanlardan uzaq olan Allah, əgər dedikləri doğru olsa belə,  əxlaqsız qadından yaranan ulduza and içə bilərmi? Digər tərəfdən, müasir astronomiya elmi demək olar ki, müşahidəsi mümkün olan bütün ulduz, planet və digər göy cismlərinin xüsusiyyətlərini , çəki və məsafəni aşkar edərək elmi şəkildə sübuta yetirilir.
 Gərəsən, bütün bunlar gün işığı kimi  aydın olduğu halda bu kimi saxta hədislər nə üçün hələ də bərli-bəzəkli, çoxcildli hədis kitablarından çıxarılmır?

Category: Saxta hədislərin yaranması | Added by: Ənfal
Views: 934 | Downloads: 0 | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]