Main » Files » Saxtakar » Saxta hədislərin yaranması |
SAXTA HƏDISLƏR
2012-10-17, 12:26 PM | |
SAXTA HƏDISLƏR Allah-Təala Qurani-Kərimdə belə buyurur:" Ey iman gətirənlər! Etməyəcəyiniz bir işi niyə deyirsiz?" ("Səf" surəsi, ayə 2) Hədislərin saxtalaşdırılmasına səbəb olan əsas amillərdən biri də xilafətin möhkəmləndiriməsi və tərəfmüqabili zəiflətmək olmuşdur. Bu siyasət Hz. Muhəmmədin (s.ə.s) vəfatından sonra, daha dəqiq desək, Müaviyyə ibn Əbu Süfyan Şama vali təyin olunduqdan sonra heyata keçirilir. Tarixçi Vaqidi deyir:" Müaviyyə ibn Əbu Süfyan İmam Həsən ibn Əlinin (ə) beyətindən sonra, hicrətin 41-ci ilində Şamı bütövlüklə ələ keçirir. Oxuduğu xütbələrin birində deyir:" Ey camaat! Allah peyğəmbərindən bu sözləri eşitdim:" Məndən sonra xilafəti öz öhdənə götürəcəksən. Elə isə müqəddəs məmləkəti seç və bil ki, orada zahid insanlar yaşayır. Sizi bundan agah edim. Bundan belə Əbu Turabı, yeni Əli ibn Əbi Talibi hər gün namazlarınızda lənətləyin". Səhəri gün bir məktub yazaraq onu məscidə toplanan camaata oxuyur:" Bu məktub möminlərin əmiri Müaviyyə ibn Əbi Süfyan, ilahi vəhy kitabı tərəfindən yazılmışdır. And olsun yazıb-oxumağı bilməyən Muhəmmədi (s.ə.s) peyğəmbərliyə gpndərən və onun ailəsindən yazıb-oxumağı bilən inanılası bir nəfəri ilahi vəhyi yazmağa seçən Allaha! Vəhy Muhəmmədə (s.ə.s) nazil olar, mən isə ondan yazardım. O mənim nə yazdığımı da bilməzdi. Mənimlə Allahın arasında bəndələrdən kimsə vasitəçi deyildir". Məsciddə bir nəfər kimi onların hamısı deyir:" Düz deyirsiz". Əbu Riyə yazır:" Lakin biz hamımız bilirik ki, Müaviyyənin dedikləri təmamilə yalan və iftiradır". Hədisin saxtalığının sübutu: 1. Allah möminlərin əmiri Əli ibn Əbi Talibin (ə) tərifi barədə 300 ayə nazil etdiyi halda, Əbu Süfyan kimi fasiqlər barədə "Münafiqun" (ikiüzlülər) surəsini nazil edir. 2. Peyğəmbər (s.ə.s) Əlinin (ə) fəziləti barədə buyurduqlarını ikinci səhabə deməmişdir. Onlardan bir neçəsini nəzərə alaq: * "Haqq Əli ilə, Əlidə haqq ildədir. Onlardan biri harada olursa, digəri də onunla olar". * "Mən kimin mövlasıyamsa (ağasıyamsa), Əli də onun mövlasıdır". * "Məclislərinizi Əlini zikr etməklə zinətləndirin". Bir halda ki, Peyğəmbər (s.ə.s) Əbu Süfyanı yanına çağırır, o isə yemək süfrəsindən ayrıla bilməyib getmədikdə ona nifrin edərək buyurur:" Allahım! Əbu Süfyanın qarnını heç doyurma". 3. Əli ibn Əbu Talib (ə) Raşıdın xəlifələrinin dördüncüsü, Əbu Söfyan isə xilafəti səltənətə çevirən tarixi cinayətkarlar olmuşdur. 4. Müaviyyə vəhy kitabı olsa da, ayələrin yazılışında təhrifə yol verməyə can atdığı üçün məhz Peyğəmbər (s.ə.s) tərəfindən bu işdən kənarlaşdıraraq rüsvay olmuşdur. Təhrifə məruz qalan tək tarixi hadisələr deyil, həm də tarixi şəxsiyyətlərdir ki, bununda ən başlıca səbəbi nəyin bahasına olur-olsun xilafəti gücləndirmək və tərəf-müqabilini zəiflətmək olmuşdur. Hadisələrin saxtalığını ortaya çıxaran əsaslı sübutlardan biri də tarixi hadisələrdir. Belə ki, bəzən tarixdə baş verən hadisələr təmamilə təhrif olunur. | |
Views: 853 | Downloads: 0 | Rating: 0.0/0 |
Total comments: 0 | |