Main » Files » Saxtakar » Saxta hədislərin yaranması |
SAXTA HƏDISLƏR
2012-10-17, 12:23 PM | |
SAXTA HƏDISLƏR İslamın zühur etdiyi ilk dövrlərdən Həzrət Muhəmməd (s.ə.s) səhabələri barədə tərif və tənqid məzmunlu bəyanatlar verir. Bu bəyanatlar həm bu dövrdə, həm də sonradan hədis şəklində nəql olunaraq xalqa çatdırılır. Raşidin xəlifələrindən sonra xilafəti səltənətə çevirən əməvi sülaləsi hakimiyyəti rəsmiləşdirmək və möhkəmləşdirmək məqsədilə onun həyata keçirdiyi siyasətlə razılaşmayan səhabələr barədətəhqiramiz hədislər uydurur və bununla onların şəxsiyyətlərini ləkələməyə başlayır. Hədəfə alınan qabaqcıl səhabələrindən biri də İslamın parlaq günəşi olan İmam Əli ibn Əbi Talib (ə) olur. Müaviyyə o dövrün hədis dəllallarına küllü miqdarda pul və ənamlar verərək Əli ibn Əbi Talibin (ə) və ailəsinin ünvanına təhqiramiz ifadələr işlətməyi və şəninə yaraşmayan xislətlər nəql etmələrini nəql edir. Müaviyyənin əlaltı mühəddislərindən biri də Əmr ibn As və Muğəyrə ibn Şabə olur. İbn Ürfə deyir: "Əməvi sülaləsinin fəziləti (üstünlüyü) barədə yaranan saxta hədislərin əksəriyyəti onların hakimiyyəti dövründən bəhs edir".Əməvilər tək şexsiyyətlərin, həm də onların yaşadıqları məntəqənin fəziləti barədə saxta hədislər nəql etməkdən çəkinmirlər. Vaqidi nəql etdiyi hədisdə deyir: Müaviyyə Həsən ibn Əli (ə) ilə beyət etdikdən sonra Şamda məscidə gələrək belə bir xütbə oxuyur;" Ey camaat! Allah peyəmbəri buyurmuşdur;" Məndən sonra tezliklə xilafətə keçərsən. Xilafəti idarə etmək üçün müqəddəs məkanı seç və bil ki, orada Allaha yaxın təqvalı şəxslər sakin olarlar. Sizi mənə deyilənlərdən agah etdim, elə isə bundan belə Əbu Turaba lənət oxuyun!". Bundan bir neçə gün sonra Şam əhalisinə bu məzmunda məktub göndərir:" Bu məktub möminlərin əmiri, vəhy katibi Müaviyyə ibn Ənu Süfyan tərəfindən yazılıb. Allah Həzrət Muhəmmədi (s.ə.s) yazıb-oxumaq bilmədən peyğəmbər göndərdi. Və ona öz ailəsindən olan bir köməkçi qərar verdi. O, nazil olan ayələri oxuyaraq, mən də yazardım, amma mənim nə yazdıqlarımdan xəbərsiz olardı. Mənimlə Allah arasında heç bir Allah bəndəsi olmazdı". Orada iştirak edənlər qorxudan və ikiüzlülükdən dediklərini təsdiqləyərək deyirlər:"Düz deyirsən, ey möminlərin əmiri". Əbu Riyə rəvayəti nəql etdikdən sonra deyir;"Hamımız bilirik ki, onun dediklərində zərrə qədər də həqiqət yox idi". İndi isə gəlin hədisin saxtalığını sübuta yetirən dəlillərə nəzər salaq: * Müaviyyə çıxışının əvvəlində özünün Peyğəmbərdən (s.ə.s) sonra xilafətə keçəcəyinə dair xəbər verir. Amma nədənsə belə bir bəyanət ondan əvvəl xilafəti idarə etmiş Raşıdın xəlifələrinin (Əbu Bəkr, Ömər ibn Xəttab, Osman ibn Əfvan və Əli ibn Əbu Talib) heç birinin dilindən eşidilməmişdir. Heç şübhəsiz ki, belə mühüm təyinat nəzərdə tutulsaydı, Peyğəmbər (s.ə.s) onu Müaviyyənin qulağına pıçıldamaz, səhabələrinə və Əhli-Bəytinə (ə) xəbər verərdi. Halbuki, bu barədə İslami mənbələrdə heç bir məlumat verilməmişdir. * Çıxışının ardında Müaviyyə müqəddəs məkandan, yəni Əməvi sülaləsinin mərkəzinə çevirən Şamdan söz açır. Halbuki, Şamın müqəddəsliyinə dair nə bi ayə nazil olmuş, nə də Peyğəmbər (s.ə.s) tərəfindən bir hədis nəql olunmuşdur. Quran ayələrinə və Peyğəmbərin (s.ə.s) hədislərinə nəzər salsaqda biz iki müqəddəs şəhərin - Məkkə və Mədinənin adlarına rast gəlmirik. *Müaviyyə həyasızlıq və ikiüzlülük nümayiş etdirərək İmam Əliyə (ə) lənət oxunmasının zəruriliyinə toxunur. Halbuki, İmam Əli (ə) elə şəxsiyyət olub ki, fəziləti barədə 300-dən artıq ayə nazil olmuş və yüzlərlə hədis nəql olunmuşdur. *Müaviyyə Şam əhalisinə göndərdiyi məktubda özünün cahiliyyət xüsusiyyətlərinə sadiq qaldığını bir daha sübuta yetirir. Nəyin bahasına olur-olsun əməvilərin digər qəbilələrindən üstünlüyünü vurğulayır və bu işdə hətta Allah Peyğəmbərindən (s.ə.s) irəli getdiyini iddia edir. | |
Views: 852 | Downloads: 0 | Rating: 3.0/2 |
Total comments: 0 | |