Şənbə günü, 2024-12-21, 6:34 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Saxtakar » Saxta hədislərin yaranması

Hədis və mühəddislər
2012-10-17, 12:24 PM
Hədis və mühəddislər
Hakim özünün "Müstədrək",Təbərani və Beyhəqi isə hədis kitabında Həzrət Muhəmməddən (s.ə.s) belə bir hədis nəql edirlər: "Üç şeyə görə ərəbləri sevin: mən ərəbəm, Quran ərəbcədir və Cənnət əhlinin dilidə ərəbdir". Peğəmbərin (s.ə.s) buyurduğu "Mənim dediklərim Allahın kitabı ilə uğyunlaşdırın, onda onları qəbul edin, olmayanları divara vurun" hədisini əsas götürərək, Qurana nəzər salaq; "Ey insanlar! Sizi bir kişi ilə bir qadından yaratdıq. Sonra bir-birinizi tanıyasız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınızdır. Həqiqətən, Allah (hər şeyi) biləndir, (hər şeydən) xəbərdardır". ("Hucurat", 13).
Göründüyü kimi, Allah yanında ən üstün insan Ondan daha çox qorxandır. İnsanların müxtəlif millət, tayfa və qəbilələrə bölünməsində ən başlıca məqsəd isə onların bir-birini tanımasıdır.

Quran dili
Quranın ərəb dilində nazil olmasına gəldikdə isə bunun səbəbini Quran özü açıq aşkar tərzdə  bəyan edir. Əvvəla ona görə ki, ərəb dili dünyanın ən zəngin və ən mükəmməl dilidir.  Bu dildə çox qəsa ibarələrə bəyan  olunan mətləbləri başqa dillərə istıfadə etmək sadəcə olaraq, mümkün deyil və onlar təfsilatı verildiyi təqdirdə tərəf-müqabilə aydın olunur.  Bu isə oxucu üçün bir çox hallarda yorucu olur.
قُرْآنًا عَرَبِيًّا غَيْرَ ذِي عِوَجٍ لَعَلَّهُمْ يَتَّقُونَ
"Biz (onlara) nöqsansız-qüsursuz (heç bir əyri-üyrülüyü, dolaşıqlığı olmayan) ərəbcə bir Quran nazil etdik ki, Allahdan qorxub pis əməllərdən çəkinsinlər."("Zümər" 28)
Bu və bu kimi ayələrdən Quranın Cənnət dili olduğu üçün deyil, məhz nöqsansız olduğu üçün  ərəb dilində nazil olduğu bəlli olur. Lakin bu yeganə səbəb deyil. Başqa bir ayəyə nəzər salaq. 
Əgər bunu özgə bir dildə olan Quran eşitsəydik (Məkkə müşrükləri): "Məgər onun ayələri müfəssəl izah olunmalı deyilmi?! Bu bədir? (Quran) özgə dildə, (Peyğəmbər isə) ərəbmidir?!" - deyərdilər.  (Ya Rəsulum!) De: "O iman gətirənlərə hidayətdir və şəfadır. İman gətirməyənlərin isə qulaqlarında karlıq (ağırlıq) vardır. O, (Quran) onları dor etmişdir. Onlar (sanki) uzaq bir yerdən çağırılırlar.(Heç bir şey eşitməz, heç bir şey anlamazlar) ("Fusillət", 44)
Deməli, Quran ərəb dilində deyil, başqa bir dildə nazil olsaydı, ərəb təəssükkeşliyi ona iman gətirməyə imkan verməzdi. Necə ki, əgər Həzrət Muhəmməd (s.ə.s) qeyri-ərəb millətindən olsaydı, ərəblər ya iman gətirməz, gətirən olsa da belələrinin sayı çox az olardı. 

(Qənimət əldə etmək iştahası ilə islama daxil olan) bədəvi ərəblər: "Biz iman gətirdik!” – dedilər. (Ya Peyğəmbər! Onlara) de: "Siz (qəlbən) iman gətirmədiniz! Ancaq: "Biz islamı (müəyyən şəxsi məqsəd, mənfəət naminə) qəbul etdik!” – deyin. ("Hucurat" 14).
Digər tərəfdən, ərəb xalqının sevilməsi  digər müsəlmanlara vacib olsaydı, sonradan xalqlar arasında ixtilaf meydana gəlməsin deyə, heç olmasa, bir ayə nazil olardı.  Tarixə nəzər salanda görürük ki,  Peyğəmbərdən (s.ə.s) üz çevirən, ona qarşı çıxan, hətta küfr edən də ona iman gətirən ərəb mənşəli şəxslər olmuşlar və "Münafiqlər" surəsində məhz onlar barədə nazil olmuşdur.

Peyğəmbər sünnəti
İndi isə Quran aynası olan Peyğəmbərin (s.ə.s) sünnətinə bir nəzər salaq. Ona iman gətirən şəxslərin kimliyinə bir daha diqqət yetirək. Həbəşistanlı Bilal. Peyğəmbər (s.ə.s) qaradərili zəncini özünə yaxın bilərək onu ilk azançı təyin edir,  Peyğəmbər (s.ə.s) əslən fars olan Ruzbeh (Salman Farsi) haqda bu sözləri deyir: " Salman biz Əhli-Bəytdəndir!".  Təbii ki, bu siyahını davam etdirmək olar. Amma buna qədər yetərli bilib son nəticəyə gəlmək istəyirik. Allah Peyğəmbəri (s.ə.s) xalqlar arasında heç bir fərq qoymamış və insanlar arasındakı fərqi Qurana əsaslanaraq, ilahi təqva və iman qərar vermişdir.
Category: Saxta hədislərin yaranması | Added by: Ənfal
Views: 761 | Downloads: 0 | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]