Main » Files » Salavat » Salavatın fəzilətləri |
Salavatın vaxtı
2012-11-04, 8:29 AM | |
Cümə günü tövsiyə olunur Allahın Rəsulu (səlləllahu əleyhi və alihi) buyurdu: "Cümə günündə mənə çoxlu salam və salavat göndərin. O gün elə bir gündür ki, mələklər onu görürlər və salavat deyən şəxs salavatdan fariq olana qədər mənə ərz olunur.” İki salavatın arasında hacət İmam Sadiq (əleyhis-səlam) buyurur: "Hər kəsin Allaha bir hacəti olsa, gərək onu Məhəmməd (səlləllahu əleyhi və alihi) və əhli-beytinə salavatla başlasın və sonra öz hacətini istəsin və yenə axırda Məhəmməd (səlləllahu əleyhi və alihi) və əhli-beytinə salavat göndərsin. Çünki Allah (əzzə və cəllə) ondan daha kərimdir ki, iki tərəfi qəbul etsin və ortanı buraxsın. Çünki, Məhəmməd (səlləllahu əleyhi və alihi) və əhli-beytinə salavat ondan məhcub olmaz.” Cümə günündə 1000 salavatın təsiri Allahın Rəsulu (səlləllahu əleyhi və alihi) buyurdu: "Hər kəs cümə günündə 1000 dəfə mənə salavat göndərsə, onun 80 illik xətaları bağışlanar.” Cümə günündə çoxlu salavat Allahın Rəsulu (səlləllahu əleyhi və alihi) buyurdu: " Hər cümə günündə mənə çoxlu salavat göndərin: çünki ümmətimin salavatı hər cümədə mənə təqdim olunur və hər kəs mənə çoxlu salavat göndərsə onun məqam mərtəbəsi mənə daha yaxın olur.” Ona kömək edərəm Allahın Rəsulu (səlləllahu əleyhi və alihi) buyurdu: "Hər kəs hər sübhdə və gecədə 10 dəfə mənə salavat göndərsə, mən ona o, möhtac olan bir vaxtda kömək edərəm.” Axirətin 30 hacətinin həyata keçməsi Məhəmməd ibn Füzeyl səkkizinci İmam (əleyhis-səlam)-dan rəvayət edib ki, buyurdu: Allahın Rəsulu (səlləllahu əleyhi və alihi) buyurdu: "Hər kəs cümə günü, mənə 100 dəfə salavat göndərsə, Allah onun altmış hacətini həyata keçirər, otuz hacət dünyası üçün və otuz hacət axirəti üçün.” Günahların məhv olması İmam Sadiq (əleyhis-səlam) buyurdu: "Cümə gecəsində və onun günündə sədəqə vermək və həmçinin "Məhəmməd (səlləllahu əleyhi və alihi) və onun əhli-beytinə” "salavat” göndərmək min ehsana bərabərdir və min günah onun vasitəsilə məhv olar və min dərəcə bir insanın məqamına artırılar.” | |
Views: 957 | Downloads: 0 | Rating: 5.0/1 |
Total comments: 0 | |