Main » Files » Salavat » Salavatın fəzilətləri |
Salavatın tam forması necədir?
2013-12-16, 5:15 PM | |
Salavatın tam forması necədir? Sual: Qurani-Kərimdə ancaq Həzrət Muhəmmədə (s) salavat göndərmək qeyd edilmişdir. Ancaq Əhli-beyt (ə) davamçıları "Ali-Muhəmməd” kəlməsini də əlavə edirlər. Cavab: Şübhəsiz ki, bunu soruşanın Qurani-Kərimdən və Həzrət Peyğəmbərdən (s) gələn hədislərdən məlumatı yoxdur. Məsələn, Allah Təala "Ali-İmran” surəsinin 32-ci ayəsində buyurur: "De: "Allah və onun peyğəmbərinə itaət edin. Beləliklə, əgər arxa çevirsələr, onda (bilsinlər ki,) həqiqətən Allah kafiləri sevmir””. "Nisa” surəsinin 59-cu ayəsində də çətinliyi olan hər bir kəsin Peyğəmbərə (s) müraciət etməsinə əmr edilir. Allah Təala vəhy yolu ilə insanları düz yola hidayət etmişdir. Ancaq bəzi yerlərdə öz göstərişlərini buyurmuş, açıqlamasını Həzrət Peyğəmbərin (s) öhdəsinə buraxmışdır. Möminlərə əmr etmişdi ki, ona itaət etsinlər və onu özlərinə ülgü hesab etsinlər. Namaz və həccin hökmü kimi. Allah Təbarəkə və Təala Quranda buyurmuşdur ki, namaz qılın, ancaq necə və nə cür qılmağı açıqlamamışdır. Bunların cavabını almaq üçün Həzrət Peyğəmbərə (s) müraciət etmək lazımdır. Salavat da onun kimi məsələlərdəndir. Allah Təala "Əhzab” surəsinin 56-cı ayəsində buyurur: "Həqiqətən, Allah və Onun mələkləri daim Peyğəmbərə salam (salavat) göndərirlər. Ey iman gətirənlər, ona salam (salavat) göndərin və tamamilə (onun əmrinə) təslim olun”. Burada "onun əmrinə təslim olun” dedikdə, Həzrət Peyğəmbərin (s) əmri nəzərdə tutulur. Salavatın da namaz və həcc kimi necəliyi Peyğəmbər (s) tərəfindən göstəriş verilir. Müsəlmanlar Peyğəmbərdən (s) soruşurlar ki, namazı necə qılmalıyıq? Buyurur ki, mən necə qılıramsa, o cür. Salavat haqqında da bu cür sual verirlər. Əhli-təsənnün alimlərinin bu suala verdikləri cavablara diqqət edək. 1. Bir kişi Peyğəmbərin (s) xidmətinə gəlir və deyir: "Biz bilirik ki, sizə necə salam vermək lazımdır. Ancaq sizə salavat göndərmək necə olmalıdır?”. Həzrət Peyğəmbər (s) buyurur: "De: Allahummə salli alə Muhəmmədin və Ali-Muhəmməd”. (Tirmizi, cild 5, səh. 359). 2. İbni Həcər nəql edir ki, o Həzrət (s) buyurmuşdur: "Heç vaxt mənə naqis salavat göndərməyin”. Soruşur: "Naqis salavat nədir?”. Buyurur: "Allahummə salli alə Muhəmməd” deyəsizin, amma davamını deməyəsiniz. Yəni deməyəsiniz: "Allahummə salli alə Muhəmmədin və Ali-Muhəmməd””. ("Əlsəvaiqil-məhrəqə” səh. 225). 3. İmam Şafei deyir: "Ey Rəsulallahın Əhli-beyti! Sizə məhəbbət göstərmək Allah tərəfindən Quranda vacib buyurulmuşdur. Sizin məqamın əzəmətinə görə, hər kim sizə salavat göndərməsə, namazı yoxdur deməkdir. (yəni namazı qəbul olmaz)”. Belə ki, Şafei və Hənbəli məzhəbinə görə, salavatda "Ali-Muhəmməd (s)” kəlməsinin zikr edilməsi vacibdir. Beləliklə deyə bilərik ki, Həzrət Peyğəmbərin (s) göstərişinə görə, salavat göndərən zaman "Ali-Muhəmməd” kəlməsini də işlətmək vacibdir. (Avini saytı) /Deyerler.org/ | |
Views: 1043 | Downloads: 0 | Rating: 5.0/1 |
Total comments: 0 | |