Cümə axşamı, 2024-04-25, 1:47 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Salavat » Salavatın fəzilətləri

Salavatı niyə “əccil fərəcəhum” kəlməsi ilə bir yerdə deyirik?
2014-01-13, 7:41 PM
Salavatı niyə "əccil fərəcəhum” kəlməsi ilə bir yerdə deyirik?

  Əhli-beyt (ə) davamçıları adətən salavat dedikdən sonra "əccəl fərəcəhum” kəlməsini işlədirlər (اللهم صل علی محمد و آل محمد و عجل فرجهم) və bunun də səbəbi budur ki, İmam Zaman ağnın (ə.f) dəvətinə ləbbeyk deyib, fərəcini gözləyirlər. Çünki İmam (ə.f) özü buyurmuşdur: "Fərəcin tezləşməsi üçün dua edin ki, bu sizin fərəcinizdir”. (Tebyan)
Biz Əhli-beyt (ə) davamçıları İmamın (ə.f) zühurunun həsrəti ilə yanıb-yaxılırıq və bu kəlməni salvatın sonunda deməklə zühurun tezləşməsini istəyirik. Bu əməl şeytanın belinə ağır bir qərbə vurar və onu əzər.
Salavatı "əccil fərəcəhum” kəlməsi ilə demək İmam Zaman ağaya (ə.f) olan əhdimizə vəfa etməyimizin nişanəsidir, şeytandan uzaq olmağımızın nişanəsidir, şeytanın qarşısında Haqq ordusunun olduğunu nümayiş etdirməyin nişanəsidir. Həzrət Rəsulun (s) əcrinə çatmağın nişanəsidir. Ali-Muhəmməd (ə) nuruna məhəbbətin nişanəsidir. Bu kəlməni demək - İmam Zaman ağanın (ə.f) diqqətini cəlb edər. O, bizim sevgimizi hiss edərsə, bizə də sevgi ilə yanaşar. Əlbəttə, hər bir müsəlman ki, bu salavatı göndərər, gərək namazlarına xüsusi diqqət etsin ki, Həzrət Haqq tərəfindən qəbul olan namazlardan olsun.
Salavat deyən zaman yüksək və aydın səslə demək lazımdır. Hədislərdə oxuyuruq ki, salavatı yüksək səslə demək - nifaqı qəlbdən çıxardar və şeytanı titrədər.
Hər kim İmam Zaman ağa (ə.f) üçün dua etmək istəsə, salavatı bu cür göndərsin. Çünki salavatın özü də bir duadır. Hədislərdə oxuduğumuz kimi, salavat Allahın rəhmətinin Həzrət Muhəmmədə (s) və Ali-Muhəmmədə (ə) nazil olmasıdır. Bu rəhmət dünyada İmam Zaman ağanın (ə.f) zühuru ilə aşkar olacaqdır. O zaman ki, salavatı "əccil fərəcəhum” kəlməsi ilə göndərərik, həqiqətdə demək istəyirik ki, "Allahım! Həzrət Muhəmmədə (s) və Ali-Muhəmmədə (ə) öz rəhmətini nazil et və Həzrətin (ə.f) zühurunu da onunla bir yerdə qərar ver. Onun (ə.f) vasitəsilə bu Yer kürəsini cəhalətdən, zülmətdən xilas et”.
İmam Sadiq (ə) buyurur: "O zaman ki, Muhəmmədə (s) və Ali-Muhəmmədə (ə) salavat göndərirsən, fərəc üçün duadan sonra öz hacətini istə ki, bu cür dua yerinə yetər”.
Mərhum Hacı Muhəmmədəli Fəşəndi nəql edir: "Cəmkəran məscidinə həyat yoldaşımla bir yerdə gəlmişdim. Gördüm ki, nurani simalı bir ağa məscidin salonuna daxil oldu və məscidə tərəf getməyə başladı. Öz-özümə dedim ki, bu ağa uzaq yoldan gəlib susuzlayıbdır, su ilə dolu qabı ona verdim ki, su içsin. O, suyu içib qabı mənə qaytaranda dedim ki, mənə görə dua edin. İmam Zamanın (ə.f) fərəcini Allahdan istəyin. O, mənə dedi: "Bizim davamçılarımız bizi su içmək qədər də sevmirlər. Əgər istəsəydilər, dua edərdilər və fərəc də yetişərdi””.
İnsanlar İmam Zaman ağanı (ə.f) unutduqları üçün böyük bir bəlaya düçar olublar, yəni Həzrətdən (ə.f) məhrum olublar. Onlar susuz bir topağa bənzəyilər ki, sonradan şoranlığa çevrilər. Əgər əvvəlki nəsillər bu torpağa su verməyiblərsə, yeni nəsil də eyni qaydanı davam etdirir və onlar da torpağı susuz saxlayırlar. Əgər mənəviyyat dənizindən susuz olan cavanlarımız, qocalarımız, qadın və kişilərimiz bu sudan içmək istəsələr də, onlara bu suyu verən az tapılır. Çünki İmam Zaman ağanı (ə) xatırlayıb fərəcinin tezləşməsi üçün dua edənlər azdır. Elə ona görə də bu bəlaya düçar olmuş halda qalmaqdayıq.
Heç olmasa hər dəfə salavat deyən zaman "əccil fərəcəhum” kəlməsini deyək ki, bəlkə bu zaman İmamın (ə.f) dəvətini xatırlayıb, fərəcin tezləşməsi üçün dua edərik.
 
/Deyerler.org/

Category: Salavatın fəzilətləri | Added by: Ənfal
Views: 1383 | Downloads: 0 | Comments: 1 | Rating: 5.0/3
Total comments: 1
0  
1 GADİR   (2014-01-16 10:27 AM) [Daxil et]
ALLAH RAZİ OLSUN ! 
ÇOX DƏYƏRLİ VƏ ƏHMİYYƏTLİDİR NƏSİHƏT!

Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]